reklam
USD
9 ℃
EUR
BAKI

Azərbaycan Prezidentinin qlobal liderliyi, etibarlı tərəfdaşlığı və yüksək nüfuzu Avropada növbəti dəfə etiraf olundu

NƏŞR / 02.12.2022 00:03

 Azərbaycan Prezidentinin qlobal liderliyi, etibarlı tərəfdaşlığı və yüksək nüfuzu Avropada növbəti dəfə etiraf olundu


Prezident İlham Əliyevin Serbiyada yüksək səviyyədə qarşılanması hələ bu ölkənin hava məkanından başladı. Səmaya qaldırılan qırıcılar Azərbaycan Prezidentinin təyyarəsini yüksək ehtiramın əlaməti olaraq Belqrad hava limanına qədər müşayiət etdilər. Bəzən qonaq prezidentə ehtiram nümunəsi kimi onu motosikletçilər dəstəsi, atlılar müşayiət edirlər. Lakin qırıcıların havalandırılması qarşılanma protokolunda çox nadir hadisədir.

Qırıcıları havalandıran Aleksandar Vuçiç İlham Əliyevi hava limanında özü qarşıladı

Rəsmi protokol qaydalarında daha geniş yayılmış təcrübəyə əsasən, rəsmi və ya işgüzar səfərləri zamanı dövlətin başçısını bəzən baş nazirlər, çox vaxt isə nazirlər və ya müavinləri qarşılayır. Azərbaycanda da ölkəmizə səfər edən dövlət rəhbərlərinin qarşılanmasında bu praktikadan istifadə edilir.
Serbiyada isə Azərbaycan Prezidenti, qeyd etdiyimiz kimi, ilk andan ən yüksək ehtiram formatında qarşılandı. Qırıcı təyyarələri İlham Əliyev üçün havalandıran bu ölkənin Prezidenti Aleksandar Vuçiç həm də Belqrad şəhərinin "Nikola Tesla" hava limanında Azərbaycan Prezidentini şəxsən özü qarşıladı….
Beləliklə, İlham Əliyevin Serbiya ərazisinə daxil olduğu ilk andan xüsusi hörmətlə qarşılanması göz önündə idi və təbii ki, bu, Azərbaycan Prezidentinin yüksək beynəlxalq nüfuzunun ən bariz göstəricilərindən biridir.
Xatırladaq ki, ötən ay Qırğız Respublikasına dövlət səfəri zamanı Prezident İlham Əliyevi hava limanında bu ölkənin Prezidenti Sadır Japarov qarşılamışdı. İyun ayında Özbəkistan Respublikasına dövlət səfəri zamanı isə Prezident İlham Əliyevi hava limanından Prezident Şavkat Mirziyoyev yola salmışdı. 

İlham ƏLİYEV: "Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq"

Azərbaycanın keçmiş Yuqoslaviya ölkələrinin hər biri ilə sıx əlaqələri var. Bu sırada Serbiya ilə münasibətlər xüsusilə qeyd olunmalıdır. Bu ölkə hər zaman Azərbaycanla əməkdaşlıq əlaqələrinə xüsusi diqqətlə yanaşıb.  Xüsusən son onillikdə ikitərəfli əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın təməli qoyulub. 
Təbii ki, bu məsələdə dövlət başçılarının qarşılıqlı səfərləri, ikitərəfli hüquqi bazanın gücləndirilməsi əhəmiyyətli rol oynayıb. Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər. Aleksandar Vuçiçin Serbiya Respublikasının Prezidenti kimi Azərbaycana səfəri isə 2018-ci il mayın 21-22-nə təsadüf edib. Bunlar bir daha göstərir ki, Serbiya prezidentləri Azərbaycanla əlaqələrin inkişafına hər zaman xüsusi diqqət yetiriblər.
"Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı" da bu iki ölkə arasındakı əlaqələrin mahiyyətini, strateji və həm də səmimi ruhunu tam göstərir. Prezident İlham Əliyevin səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat", "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum" və onun əlavəsi olan "Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi" isə strateji tərəfdaşlığı yeni mərhələyə daşıyır. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla Serbiya sözün əsl mənasında strateji tərəfdaşdırlar: "Aramızda imzalanmış sənədlər ikitərəfli əlaqələrimizin hüquqi bazasını təşkil edir və onların arasında, əlbəttə ki, strateji tərəfdaşlıq haqqında sənədlər xüsusi yer tutur. Biz sözün əsl mənasında strateji tərəfdaşıq. Çünki bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və bizim əməkdaşlığımızın strateji hədəfləri var. Serbiya və Azərbaycan bir-birini hər zaman beynəlxalq arenalarda müdafiə edir, dəstəkləyir".

Aleksandar VUÇİÇ: "Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq"

Bütövlükdə İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı ikitərəfli gündəliyin bütün məsələləri müzakirə edildi, yeni tərəfdaşlıq imkanları nəzərdən keçirildi, qarşılıqlı münasibətlərin hüquqi bazası daha da möhkəmləndirildi. Əlbəttə ki, bu səfər iki dövlət arasındakı münasibətlərin yeni keyfiyyət mərhələsinə yüksəldilməsini təmin edəcək.
Bununla yanaşı,  bu səfər əvvəldən sona kimi Prezident İlham Əliyevə beynəlxalq səviyyədə olan yüksək ehtiramın ən gözəl nümunəsi oldu. Təyyarələri havaya qaldıran, şəxsən hava limanına gələn Prezident Aleksandar Vuçiç həm təkbətək, həm geniştərkibli görüşlərdə, həm də mətbuata bəyanatında İlham Əliyevin ünvanına söylədiyi "Sizin fəaliyyətiniz daha məhsuldardır", "Bilirəm ki, ölkəmizə səfərinizi öz gündəliyinizə salmaq nə dərəcədə çətin idi", "Bu gün Prezident Əliyevdən bir çox məsələləri öyrəndik", "Prezident Əliyev və Azərbaycan təkcə bizə münasibətdə yox, hər kəsə münasibətdə etibarlı tərəfdaşdır", "Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir" kimi ifadələr Azərbaycan Prezidentinin şəxsiyyətinə, fəaliyyətinə, etibarlı tərəfdaş olmasına verilən ali qiymətlər və yüksək ehtiramın təcəssümü idi. 
"İlham Əliyev bu gün Avropada ən populyar şəxsdir. Avropada necə dəyişikliklərin baş verməsi inanılmazdır. Adətən onlar onun üçün vaxt tapa bilmirdilər, indi isə bütün vaxtlarını ona ayırırlar, çünki onların Azərbaycan qazına və Azərbaycanın təklif edə biləcəyi hər şeyə ehtiyacları olduğundan o, orada çox sevilir. Lakin mən bilirəm ki, o, ağıllı insandır, hər şeyi görür, hər şeyi başa düşür, düzünü desəm, mən bir az paxıllıq edirəm. Onlar mənə yalnız Kosovo ilə bağlı məsələ olanda, Kosovo ilə bağlı nəyə isə ehtiyacları olanda, məni təhdid etmək üçün zəng vururlar. Lakin Prezident İlham Əliyevi sevirlər və sevdiklərinə görə ona zəng vururlar. Onlar ondan hər şeyi xahiş edirlər". Bu sözlərlə Aleksandar Vuçiç İlham Əliyevin prezidentliyinin, liderliyinin, qlobal məsələlərə baxışlarının ən mükəmməl siyasi portretini yaratdı. 
Serbiya Prezidenti Aleksandar Vuçiç Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində də Prezident İlham Əliyev haqqında yüksək fikirlər söyləmişdi. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev Avropada qəbul edilən nüfuzlu liderdir. Bunu şərtləndirən əsas amil isə Prezident İlham Əliyevin yürütdüyü siyasətdir.  Beynəlxalq münasibətlərdə Azərbaycanın güclü və aparıcı mövqeyini təmin edən bu siyasətin nəticəsi olaraq Prezident İlham Əliyevin şəxsiyyəti və fəaliyyəti qlobal miqyasda ehtiramla qarşılanır.

Rahib KƏRİMLİ,
"Ad günü" jurnalı və "carciTV.az" saytının baş redaktoru,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" Media mükafatı laureatı.



Oxunub: 224






SON XƏBƏRLƏR

2024-12-02

13:04 İşğaldan azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı

Product image

12:58 Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib

Product image

11:11 Sumqayıt şəhərinin 75 yaşı tamam olur SUMQAYIT FOTOLARDA

Product image

2024-11-30

00:40 Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib VİDEO

Product image

2024-11-28

03:06 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

Product image

02:52 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib VİDEO

Product image

01:51 Azərbaycanda bələdiyyə seçkiləri gələn il yanvarın 29-da keçiriləcək

Product image

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim