Şuşa-Laçın yolunda yandırılan tonqalın istisinə Avropanın bəzi paytaxlarında üşüyənlər var
NƏŞR / 23.12.2022 12:10
Şuşa-Laçın yolunda yandırılan tonqalın istisinə Avropanın bəzi paytaxlarında üşüyənlər var
44 günlük Vətən müharibəsi düşmənin qəlbinə elə qorxu saldı ki, çətin ki o qorxu bir daha xatirələrindən silinə. Ancaq bəzən sülhməramlıların, bəzən də kimlərinsə boş vədlərinə inanıb düşmən ümidlənmək istəyir. Bu Vətən havası ilə suyu ilə, daşı ilə bizimdir! Bu gün Şuşa Laçın yolunda Vətəndaş cəmiyyətimizin nümayəndələrinin aksiyası bunu bir daha bütün dünyaya sübut edir.
Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər. Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus təminat-təchizat və minik avtomobili maneəsiz keçir. Bundan əlavə, BQXK-yə məxsus avtomobillər Xankəndidən Laçın istiqamətinə gedir. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Axı Qarabağ iqtisadi rayondu, bizim təbii sərvətlərimiz ermənilər və onların havadarları tərəfindən talan edilir. Üstəlik o sərvətlərin hər damlasında, hər qramında bizim millətin, bizim igid övladlarımızın haqqı var. Haqq demişkən ermənilərə haqq sözünü izah etmək çətin məsələdir, onlarda ümumiyyətlə haqq anlayışı yoxdur, belə olmasaydı hər zaman başqalarının olanları özlərinin bilməzdilər. Ermənilər deyirlər ki, guya Laçın yolunun bağlanması ilə bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi prosesi gedir. Amma özləri də hər kəsdən yaxşı bilir ki, biz öz torpağımızdayıq qədim yurd-yuva yerimizdə. Aksiya bir tonqqala başladı və bu gün Şuşa-Laçın yolunda yandırılan tonqalın istisi nəyinki Xankəndidə, hətta İrəvanda belə hiss edilir. Avropanın bəzi paytaxlarında da, o tonqalın istisinə üşüyənlər var, verilən bəyanatlardan da, bu hiss edilir. İnsanlar bu aksiyaya qədər olan uzun yoldan yaxşı xəbərdardırlar. Məqsəd açıq və netdir, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq məqsədilə Azərbaycan Respublikası dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunmuşdur. Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı Azərbaycan Respublikası qanunvericiliyi əsasında həyata keçirilməlidir. İllərlə ərazimizdə törətdikləri terrorun nəticələrini bu gün dövlətimiz milyardlarla pul xərcləyərək aradan qaldırır. Və bir daha hər kəs bilməlidir ki, sifarişlə gəlmiş məkirli məqsədləri olan Ruben Vardanyan kimi ``iş adamının`` hansısa kirli əməllərini həyata keçirməsinə imkan verilə bilməz. Ekologiya fəallarımızın aksiyası cənab Prezidentin hər zaman tövsiyə etdiyi vətəndaş nəzarətinin bir təzahürüdür. Sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərimizdə yaşayan ermənilər də bilməlidirlər ki, ya cənab Prezidentimiz İlham Əliyevin dediyi kimi qanunlarımıza tabe olmalı, ya da ərazilərimizi tərk etməlidirlər.
Oxunub: 146
25.08.2026
22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
08.08.2026
17:40 Deputat:
17:14 Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR22:52 Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
22:38 Buxara şəhərində “Ark” qalası ilə tanışlıq
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim