reklam
USD
11 ℃
EUR
BAKI

Ötən ilin əsas hadisələri - XRONİKA

REPORTAJ / 01.01.2023 13:01

Ötən ilin əsas hadisələri - XRONİKA

Ötən ilin əsas hadisələri -  XRONİKA

Bakı, 1 yanvar, "carciTV"

Yola saldığımız 2022-ci il Azərbaycan tarixinə daha bir uğur səhifəsi kimi yazıldı. Qlobal sosial-iqtisadi böhrana baxmayaraq, ötən  il Azərbaycan iqtisadiyyatı təxminən 5 faiz artdı, ümumi daxili məhsul rekord həddə – 130 milyard manata çatdı.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirildi, qarşıya qoyulan əsas hədəflərə nail olundu. Azərbaycanın hərbi gücü daha da artırıldı. Uğurla nəticələn Fərrux əməliyyatı, "Qisas” əməliyyatı bunun əyani təsdiqi oldu. Sentyabr ayında Azərbaycan və Ermənistan sərhədi istiqamətində toqquşmalar nəticəsində əlverişli strateji yüksəkliklərdəki mövqelərimiz bir qədər də möhkəmləndirildi.

Qarabağ Zəfərinin davamı olaraq, ötən il Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri azad edildi, Zəngilanın Ağalı kəndinə həyat qayıtdı. Azad edilmiş torpaqlarda ikinci hava limanı istifadəyə verildi. Hazırda Böyük Qayıdış Proqramı uğurla icra edilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı genişmiqyaslı işlər aparılır.

Göründüyü kimi, 2022-ci il əlamətdar hadisələrlə, nailiyyətlərlə zəngin bir ildir.

"carciTV" ilin bu və ya digər mühüm hadisələri barədə informasiyaları xronoloji ardıcıllıqla təqdim edir.

5 yanvar. Prezident İlham Əliyev Azərbaycanda 2022-ci ilin "Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzaladı.

13 yanvar. Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi.

18 yanvar. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışı oldu. Prezident İlham Əliyev açılış mərasimində çıxış etdi.

24 yanvar. Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən Bakı-Şuşa-Bakı və Bakı-Ağdam-Bakı istiqamətlərində ilk sərnişin avtobusları yola salındı.

2 fevral. Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxış etdi.

22 fevral. Moskvada "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalandı.

20 mart. Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsinin açılışı oldu. Açılış mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər.

31 mart. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Şuşa şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi barədə qərar qəbul etdi.

2 aprel. Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin təməli qoyuldu.

22-23 aprel. Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçirildi. Zəfər Qurultayı adlanan tədbirdə 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak etdi.

10 may. Prezident İlham Əliyevin iştirakı ilə Şuşa şəhərində "Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verildi. 

 

 

12 may. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V "Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı oldu.

17 may. İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasına sədrlik Azərbaycana keçdi.

23 may. Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncam imzaladı.

26 may. Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonu ərazisində Soltanlı stansiyasının təməli qoyuldu. Layihəyə əsasən yol boyunca 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 körpünün, 7 yolötürücünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır.

26-29 may. Bakıda ilk dəfə "TEKNOFEST Azərbaycan” festivalı keçirildi. "TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı” Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir. Türkiyədən kənarda ilk "TEKNOFEST” Azərbaycanda təşkil olundu.

28 may. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən "TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak etdilər.

1-3 iyun. Bakıda Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsi keçirildi. Bakı Enerji Həftəsi öz brendi altında üç böyük tədbiri - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgiləri və Bakı Enerji Forumunu birləşdirdi.

10-12 iyun. Bakıda Formula 1 üzrə dünya çempionatının səkkizinci mərhələsi – Azərbaycan Qran-Prisi keçirildi. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatıldı.

29 iyun. Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak etdi.

30 iyun. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı işə başladı. Konfransın yekununda "Bakı Bəyannaməsi” qəbul edildi.

14 iyul. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günləri keçirildi.

18 iyul. Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzaladılar.

19 iyul. İyirmi doqquz illik həsrətdən sonra Ağalı sakinləri doğma torpaqlarına qayıtdı.

25 iyul. Bakıda Qoşulmama Hərəkatı Gənclər Sammiti keçirildi.

2-8 avqustŞuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi keçirildi. Qarabağın incisi olan mədəniyyət paytaxtımızda keçirilən Yay düşərgəsinə əlli ölkədən 115 gənc qatıldı.

3 avqust. Azərbaycan Ordusu "Qisas” əməliyyatı keçirdi. Bu əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü.

6 avqust. Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

10 avqust. Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak etdilər.

17 avqust. Bakının Dənizkənarı Milli Parkında dünyaşöhrətli müğənni Müslüm Maqomayevin abidəsi açıldı.

26 avqust. Azərbaycan Ordusunun bölmələri Laçın şəhərinə daxil oldu.

6 sentyabr. Bakıda Azərbaycan Beynəlxalq Müdafiə "ADEX” və "Securex Caspian” sərgiləri açıldı. Prezident İlham Əliyev IV "ADEX” və XIII "Securex Caspian” sərgiləri ilə tanış oldu. Otuza yaxın ölkədən 200-dən çox şirkətin qatıldığı sərgilərin ekspozisiyalarında 2 mindən çox silah-sursat və hərbi texnika nümayiş etdirildi. Eləcə də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 179 adda məhsul sərgiləndi.

12 sentyabr. Gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Bu təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verdi. Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görüldü. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susduruldu və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alındı.

 16 sentyabr. Şuşa şəhərində Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu təşkil edildi.

21 sentyabrPrezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı.

21 sentyabr. Prezident İlham Əliyev "Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu.

29 sentyabr. 2023-cü il Azərbaycanda "Heydər Əliyev İli” elan edildi.

1 oktyabr. Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etdi.

5 oktyabr. Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri” və "Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başladı.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etdilər.

20 oktyabr. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi oldu.

23 oktyabr. Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyli gənclər arasında dünya çempionu oldular.

1 noyabr. Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında Fəxri qonaq statusunda iştirak etdi.

4 noyabr. UNESCO-nun mənzil-qərargahında Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyi qeyd edildi.

1 dekabr. Azərbaycana məxsus daha dörd element UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Hökumətlərarası Komitənin 17-ci sessiyasında reprezentativ siyahıya təqdim edilmiş element arasında Azərbaycanın "Pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri” milli nominasiyası, habelə ölkəmizin iştirakı ilə hazırlanan üç çoxmillətli nominasiya yer aldı.

5-6 dekabr. Azərbaycan-Türkiyə hərbçilərinin iştirakı ilə Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarını əhatə edən "Qardaş yumruğu” birgə təlimi keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Qardaş yumruğu” təlimində iştirak edən hər iki qardaş ölkənin şəxsi heyətlərini təbrik etdilər.

7 dekabr. Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunan "Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində iştirak etdi. Uzunluğu 141, eni 16,9 metr olan "Akademik Xoşbəxt Yusifzadə” tankerinin yükgötürmə qabiliyyəti 7800 tondur.

13 dekabr. Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak etdi. Dəyəri 6 milyard dollar olan "Azəri-Mərkəzi-Şərqi” layihəsinə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddətində, 300 milyon barelədək neftin hasil olunacağı proqnozlaşdırılır.

17 dekabr. Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı. Sazişi Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzaladılar.

23 dekabr. Bakı Metropoliteninin "Xocəsən” stansiyası və "Xocəsən” elektrik deposunun açılışı oldu. Xocəsən” stansiyası Bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiya, "Xocəsən” elektrik deposu Bakı Metropoliteninin ikinci deposudur.

 28 dekabr. Prezident İlham Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak etdi



Oxunub: 192






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim