reklam
USD
2 ℃
EUR
BAKI

Vüsalə Sədi Tağızadə "carciTV"də POEZİYA ALƏMİ

NƏŞR / 11.01.2023 13:22
Baxma mənə

Baxma mənə,
dərt gətirmə ürəyimə.
Hicranını duyub yenə,
döndüm külə.
Sən bilirsən,
zaman durub, sükunətdir
mən də hələ.
Baxma belə.

Baxma mənə,
sən baxdıqca yanıram mən,
əriyirəm gilə-gilə.
Bu yanqımı alışdırma,
ay sevgilim,
bilə-bilə.
Baxma belə.

Baxma mənə,
fəsillərim dönüb qışa,
yağma belə.
Sənsiz ömrüm, dağınıqdır
dünya mənə.
Baxma belə.

Baxma mənə,
eşq limanın tərk etdim mən.
Barışaq gəl, taleh ilə,
qismət ilə.
Baxma belə.

Baxma mənə,
ölürəm mən,
dözməyirəm ölümünə.
Hər baxışda bir məna var,
hey toxunur ölümünə.
Baxma mənə,
baxma belə.

Vüsalə Sədi Tağızadə

***

Xatırlayaraq

Uzanıb yanında, baxaydım sənə,
Dünənki gecəni xatırlayaraq.
Üzümdən təbəssüm axaydı sənə,
Bu şirin sevgini xatırlayaraq.

Gözlərin yenə də baxaydı mənə,
Kirpiklər od olub yaxaydı yenə.
Ağlama sevgilim, ağlama belə,
Mənim gözlərimi xatırlayaraq.

Dönəydim mən daşa, dönsəydim sənə,
Keçməzdi mənsizlik xatırlayaraq.
Bəlkə də biz hər gün görüşdük sənlə,
Sevgilim, sevgidən xatırlayaraq.
Mən səni, sən məni xatırlayaraq.

Vüsalə Sədi Tağızadə


Oxunub: 478






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim