reklam
USD
18 ℃
EUR
BAKI

Şamaxıda bəzi yaşayış məntəqələrinə gediş-gəliş kəsilib, qarın qalınlığı 50 santimetrə çatıb

CANLI TV / 12.01.2023 21:26

Artıq dörd gündür ki, ölkə üzrə əksər bölgələrimiz ağ örpəyə bürünüb. Lakin dağlıq və dağətəyi rayonlarda qar həm daha şiddətli yağır, həm də ara vermir.


"carciTV" xəbər verir ki, günlərdir davam edən aramsız qar Şamaxıda da səngimir. Şamaxı dəniz səviyyəsindən xeyli yüksəkdə olduğundan temperatur da kəskin aşağı düşüb. Hətta bəzi yerlərdə mənfi 5-10 dərəcəyə çatıb. Yaranan mənzərə uşaqların sevincinə səbəb olsa da, böyüklərin işini çətinləşdirib. Hava şaxtalı olduğundan yağan qar ərimir, əksinə yollarda buz təbəqəsi yaradır ki, bu da nəqliyyatın hərəkətini iflic edir.

19 saylı Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin canlı qüvvəsi və texnikası Şamaxı-Dəmirçi-Pirqulu yoluna səfərbər edilib. Adıçəkilən yolda vəziyyət rayonun digər kəndlərinə nisbətən daha pisdir. Buzların əriməsi üçün asfalt örtüyünə qum və buz qarışığı səpilir.

Şamaxı-Pirqulu-Dəmirçi kəndinə gedən yol açılıb, qış şinləri ilə hərəkət edən avtomobillərin gediş-gəlişində heç bir məhdudiyyət yoxdur. Amma ərazinin tez-tez qardan təmizlənməsinə baxmayaraq, güclü yağıntı yolların yenidən buz bağlamasına səbəb olur.

Pirqulu-Dəmirçi yolundan fərqli olaraq Qəleybuğurd, Qala dərəsi, Sis və Keçmədin kəndlərinə gediş-gəliş çətinləşib. Bu kəndlərə yağan qarın qalınlığı artıq 50 santimetrə çatıb. Kəndlərin rayon mərkəzi ilə gediş-gəlişi tam kəsilməsə də, yollarda dördçarxlı avtomobillər hərəkət edə bilir.

Bu saatlara qədər qar yağmaqda hələ də davam edir. Havanın temperaturu bəzi ucqar kəndlərdə mənfi 10 dərəcəyə düşüb. Şamaxı-Pirqulu-Dəmirçi yolunda qarla yanaşı, qatı duman da müşahidə edilir.

Sakinlərin sözlərinə görə, Şamaxıdan Pirbəhli, Ərçiman, Dəmirçi və Lahıc kəndlərinə avtomobillərin gediş-gəlişi isə demək olar tamamilə dayanıb. Bu yollarda heç bir nəqliyyat vasitəsi hələ ki, hərəkət edə bilmir. Hazırda həmin ərazilərdə qarın təmizlənməsi və yolların açılması işləri görülür.

Qeyd edək ki, mövcud hava şəraitinin növbəti 1-2 gün ərzində də davam edəcəyi gözlənilir. Odur ki, Şamaxı istiqamətində hərəkət edən sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.


Oxunub: 221






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim