reklam
USD
30 ℃
EUR
BAKI

Eldar Əzizovun sərəncamı vətəndaşları evsiz qoya bilər

CANLI TV / 12.01.2023 23:05

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. 


"carciTV" xəbər verir ki, Ləzgiyev Fazil Hüseyn oğlu, Qasımov Zaməddin Cavanşir oğlu, Dadaşov Rəhim Tahir oğlu, Əyyubov İlqar Aqil oğlu, Nağıyev Şamil Salman oğlu və Qasımov Vüsal Zaməddin oğlu icra hakimiyyəti ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırıb. Vətəndaşların iddiası təmin edilmədiyi üçün onlar apellyasiya şikayəti veriblər. Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun icraatındadır. 

"Qaynarinfo"ya istinadən araşdırma zamanı məlum olub ki, məsələnin kökü Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış binaların sökülməsindəm qaynaqlanır. Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verən vətəndaşlar həmin binaların sakinləridir. 

Bakı şəhərinin icra başçısı Eldar Əzizovun 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamı ilə Nəsimi rayonu, akademik Mirəsədulla Mirqasımov küçəsi, ev 4 ünvanında yerləşən 1,55 ha torpaq sahəsi yeni yaşayış binalarının tikintisi üçün "İnvest.M Construction” MMC-yə icarəyə verilib. Şirkət də binadakı mülkiyyətçilərin bir qismi ilə razılığa gələrək söküntü işlərinə başlayıb. 30-35 mənzilin mülkiyyətçiləri ilə razılığa gəldikdən sonra mənzillərin qapıları, pəncərələrini söküblər. Halbuki söküntüdən narazı olan xeyli sayda sakin var. 

Sakinlər ayrıca şirkəti də məhkəməyə veriblər. Nəsimi Rayon Məhkəməsi onların iddiasını təmin edib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Lakin şirkət məhkəmə qərarlarına məhəl qoymayaraq söküntünü davam etdirib. Bu baxımdan sakinlər Eldar Əzizovun sərəncamını mübahisələndirməyi qərara alıblar. 

"İnvest.M Construction” MMC 25 oktyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Musayev Cavid İntiqam oğludur. 

Şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Mediada isə "İnvest.M Construction” MMC-nin adı keçən xeyli sayda materiala rast gəlinir. Həmin materiallarda şirkətin "yaşıl soyqırım” apardığı və başqa qanunsuz əməllərindən bəhs edilir. 

Bir məqamı da qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verən sakinlərdən Fazil Ləzgiyev hüquqşünasdır. O Vəkillər Kollegiyasının üzvüdür.


Oxunub: 190






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim