reklam
USD
23 ℃
EUR
BAKI

SOCAR-da akademik Xoşbəxt Yusifzadənin doğum günü münasibətilə tədbir keçirilib

XƏBƏR / 15.01.2023 14:29

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) 2023-cü il yanvarın 14-də SOCAR-ın birinci vitse-prezidenti, görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin doğum günü münasibətilə tədbir keçirilib.


SOCAR-dan bildirilib ki, tədbirdə çıxış edən iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə akademik Xoşbəxt Yusifzadəni təbrik edib, Azərbaycanın iqtisadi tərəqqisində neft-qaz sənayesinin və neftçilərin rolunu diqqətə çatdırıb. Müstəqil Azərbaycanın yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsində görkəmli alimin əməyinə böyük rəğbət göstərildiyini qeyd edən nazir akademik Xoşbəxt Yusifzadənin ölkəmizdə neft-qaz sənayesinin və elminin inkişafında əvəzsiz xidmətlərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən daim yüksək qiymətləndirildiyini, bu gün də ölkə rəhbərliyinin görkəmli neftçi-alimin uzunmüddətli səmərəli fəaliyyətinə böyük diqqət göstərdiyini vurğulayıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəf akademik Xoşbəxt Yusifzadənin əmək fəaliyyətinin Azərbaycan neftçiləri üçün nümunə olduğunu bildirib, görkəmli neftçi-alimin dərin elmi biliyi və zəngin təcrübəsinin bundan sonra da ölkəmizdə neft-qaz sənayesinin və bu sahədə insan kapitalının inkişafına töhfə verəcəyini qeyd edib.

R.Nəcəf 2022-ci il dekabrın 7-də ölkə başçısının təşəbbüsü ilə "Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsinin Prezident tərəfindən görkəmli alimə göstərilən diqqətin növbəti təzahürü olduğunu ifadə edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru professor Elçin İsgəndərzadə dünya elminin inkişafına verdiyi töhfələrə görə Xoşbəxt Yusifzadənin Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Türk Dünyasında İlin Adamı” mükafatı və "Avropa Korifey” ordeni ilə təltif edildiyini bildirib, mükafat və ordeni SOCAR-ın birinci vitse-prezidentinə təqdim edib.

Sonda çıxış edən SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə doğum günü münasibətilə təşkil olunan tədbir və səmimi təbriklərə görə başda iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov olmaqla, bütün kollektivə öz dərin minnətdarlığını bildirib.

Akademik Xoşbəxt Yusifzadə xalqımızın Ümummilli Lideri Heydər Əliyev, möhtərəm Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən ona göstərilən yüksək etimadı, xüsusi diqqət və qayğını hər zaman hiss etdiyini vurğulayıb.


Oxunub: 188






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim