reklam
USD
17 ℃
EUR
BAKI

Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən... FOTOLAR

CANLI TV / 17.01.2023 02:27

BİLGƏH KARDİOLOJİ SANATORİYASI

Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Sən gözəllər gözəlisən...
Xəzərin qucağında yatıb dincələn Bilgəh


Azərbaycanın paytaxtı Bakı şəhərinin qədim və zəngin tarixi var. Coşqun Xəzərin sahilində yerləşməsi, amfiteatr quruluşunda inşa olunması, saysız-hesabsız tarixi-memarlıq abidələri və təkrarsız mənzərələri ilə insanların zövqünü oxşayır.
Yaxın günlərin söhbətidir. Qələm dostum, təcrübəli həmkarım, "Ədalət və həqiqət” qəzetinin təsisçisi və baş redaktoru, "Turaztv.az” saytının rəhbəri Cəmil Dadaşovla birlikdə 15 gün Xəzərin qoynunda yerləşən Bilgəh nüalicəvi sanatoriyasında həm müalicə aldıq, həm də istirahət etdik. Bu barədə az sonra bəhs edəcəyəm.

Burada qaldığımız müddətdə Xəzərə olan sonsuz məhəbbətim barədə tez-tez düşüncələrə dalırdım: bu dənizi mənə sevdirən nədir? Nə üçün mən həyatımı Xəzərsiz təsəvvür etmirəm? Bu sualların cavabı sadədir: məni bu dənizlə çoxlu xoş xatirə bağlayır.
Bizə ayrılmış 214 nömrəli otağın eyvanından Xəzərə füsunkar mənzərə açılır. Tez-tez eyvanda oturub bu mənzərəni seyr edirdik. Lakin hər dəfə sanki bir yenilik kəşf edirdik. Səhərlər üfüqdən boylanan Günəş ayna kimi parlayıb bərq vuran sularda al-qırmızı rəngdə əks olunur. Lacivar dalğaların həzin pıçıltılarını lap yaxında hiss edirsən. Sanki dalğalar da canlıdırlar - hələ yatan şəhəri yuxudan oyatmamaq üçün sakit-sakit sahilə toxunub ehtiyatla geri çəkirlər. Çox keçmir ki, dəniz sahilinin sehrli sükutu pozulur. Dənizi sevən, qəlbən ona bağlı olan insanlar sanatoriyanın pilləkənlərindən düşərək səhər-axşam sahilə tələsir, Xəzərlə görüşə gəlirlər.

Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR

Günəş qüruba enib şər qarışanda isə mənim Xəzərimin başqa bir büsatı olur. Heç təsadüfi deyil ki, Xəzərin axşam mənzərələri dillər əzbərinə çevrilib, bu barədə çoxlu şeir, mahnı yazılıb.
Gündüzlər Günəşin, gecələr isə Ayın qoynunda rahatlıq tapan doğma şəhərimizin gözəlliyini tərənnüm edən nəğmələr bəstələnib. Sözləri Rəsul Rzaya, musiqisi Vasif Adıgözəlova məxsus bu mahnını XX əsr Bakısının epoxası kimi qiymətləndirmək olar.
Xəzərimin sinəsi,
Gah zil, gah da bəm olur.
Yarpaqların, güllərin,
Niyə hərdən nəm olur?
Səndən ayrı düşəndə,
Könlüm dolu qəm olur.

Musiqini dinlədikcə sanki Xəzərin coşqun dalğaları kimi şahə qalxırsan. Doğma Bakıya, dalğalı Xəzərə bir daha heyran olursan. Biz heyran qaldığımız kimi...
Nəğməli şəhərimizin hər meydanı canlı tarixdir. Şəhərin istənilən küçəsindən sənətin ətrini, yaradıcılığın səsini duymaq mümkündür. Onun tarixi, mədəni inciləri ilə bərabər, çoxlu müalicəvi ocağı, istirahət mərkəzi var. Xəzər dənizi də daxil olmaqla müxtəlif inciləri, zənginlikləri özündə cəmləşdirən bu şəhərin şəninə nə qədər mahnı bəstələnsə də, azdır.
Qeyd etdiyimiz kimi, doğma Azərbaycanımızın sahillərini yuyan bir inci var - təxminən 800 kilometr məsafədə yerləşən mavi sulu Xəzər. Bizlərdən hər birimiz Xəzərə övlad anaya isinişən kimi öyrəşmişik və qəlbimizdə ona xoş duyğular bəsləyirik. Bizi Xəzərlə bağlayan tellər çoxdur. Daha dəqiq ifadə etsək, bu dəniz taleyimizin bir hissəsinə çevrilib. Mən onu elə belə də çağırıram: mənim doğma, sevimli Xəzərim!
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR

Məgər sanatoriyanın işıqları sayrışan Milli bulvarımızı xatırladan mini bağında keçən anların, mavi suların qoynunda dəniz gəzintisinə çıxmağın, sahil zolağı boyunca uzanan narın qumun üstündə addımlayaraq uzaqlarda dənizlə səmanın qovuşmasını seyr edərək şirin xəyallara dalmağın ləzzətini başqa bir şeylə əvəz etmək mümkündürmü? Əsla! Burada qalan hər kəs, müalicə ilə yanaşı istirahətinin də qayğısına qalan hər "sakin” belə unudulmaz dəqiqələri əbədi olaraq öz yaddaşına həkk edir və bundan sonsuz qürur duyur.
İndi də dincəldiyimiz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Kurort” Qapalı Səhmdar Cəmiyyətinin "Bilgəh” kardioloji sanatoriyası haqqında söz açmaq istəyirəm. Yurdumuzun mərkəzi sayılan Bakı şəhərindən cəmi 40 km aralıda yerləşən Abşeron yarımadasının ən mənzərəli yerlərindən biri olan Bilgəh qəsəbəsində istirahətdən həzz almaq və ürək-damar sistemi xəstəliklərinin müalicəsinin aparılması məqsədilə biz də bu məkana təşrif buyurduq.
Buraya əsasən göndərişlə (putyovka) ilə gəlirlər. Mən də çalışdığım iş yerindən sanatoriyaya göndəriş almaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciət etdim. Bildirdilər ki, hələlik yoxdur, dekabrın sonuna başqa sanatoriyaya göndəriş var. Ona görə əlacsız qalıb göndərişi "Bilgəh” Kardioloji sanatoriyasının özündən götürdüm.
İlk görüşümüz sanatoriyanın baş həkimi, respublikanın Əməkdar həkimi MUXTAR ƏHMƏDOVla oldu. Hər ikimizi gülər üzlə qarşılayan Muxtar müəllim ilk baxışda bizdə xoş təəssürat yaratdı. Öyrəndik ki, yüksək mədəniyyətə, böyük təşkilatçılıq qabiliyyətinə malik olmaqla yanaşı, onun həkimlik sahəsində 48 ildən çox təcrübəsi var.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
MUXTAR ƏHMƏDOV BAŞ HƏKİM

Qısa arayış: Muxtar Qədir oğlu Əhmədov 1948-ci ilin iyul ayının 4-də həkim ailəsində anadan olub. 1965-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olub. 1971-ci ildə ali təhsilli həkim kimi təyinatla Azərbaycan Respublikası Kurortlar İdarəsinə göndərilib. Elə həmin ilin avqust ayının 2-dən Naftalan Kurort Birliyində həkim kimi əmək fəaliyyətinə başlayıb. Özünü yaxşı mütəxəssis və yüksək səviyyəli təşkilatçı insan kimi sübut etdiyinə görə Müxtar həkimi 1976-cı ildən Nattalan Kurortlar Birliyinin tabeçiliyində olan "Hacıkənd” İstirahət Evinə baş həkim-direktor təyin ediblər. Burada yüksək səviyyədə işlədiyinə görə Muxtar Əhmədovu 1980-ci ildə Naftalanda yenicə açılan "Çinar” Sanatoriyasına baş həkim vəzifəsinə təyin ediblər.
2000-ci ilin əvvəlindən isə artıq "Bilgəh” Karioloji Sanatoriyasına rəhbərlik edən Müxtar Əhmədov özünü daha yaxşı işçi və mütəxəsis kimi burada da sübut edib. Bu müddət ərzində sanatoriya və Muxtar həkim haqqında bir-birindən maraqlı məqalələr yazılıb. Onun bu maraqlı xidmətləri dövlət tərəbindən də yüksək qiymətləndirilib. Belə ki, Müxtar Qədir oğlu Əhmədov Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adına layiq görülüb. Sanatoriyaya rəhbərlik etdiyibu 22 ildə Muxtar həkimin sayəsində burada çoxlu işlər görülüb. Belə ki, Sanatoriya yüksək səviyyədə təmir olunub və əlavə korpuslar tikilib. Və bura Muxtar həkimin sayəsində öz işinin yüksək mütəxəssisləri olan insanlar işə götürülüb.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
KƏMALƏ RƏHİMOVA

Baş həkimə məmnunluğumuzu bildirib qeydiyyat otağında KƏMALƏ RƏHİMOVA ilə həmsöhbət olduq. Sənədləşmə işlərimizə yaxından köməklik göstərən Kəmalə xanım müəyyən qaydaları bizə izah etdi. Bildirdi ki, sanatoriyanın yerləşdiyi təbii amilləri, dəniz, quru və mülayim iqlim ürək-damar xəstəliklərinin müalicəsi üçün çox əlverişlidir. "Bilgəh” sanatoriyasının müalicəxanasında xəstələr təbii müalicəvi mineral yod-bromlu su ilə müalicə olunur. Onun dediklərindən məlin oldu ki, sanatoriya növbəti imkanlara malikdir. Belə ki, burada üalicə-diaqnostik kabinetlər və laboratoriyalar, müalicəvi yod-brom vannaları, masaj, müalicəvi bədən tərbiyəsi, psixoterapiya, fizioterapiya, Naftalan və parafinlə müalicə, Günəş və hava vannaları, müalicəvi dəniz vannaları, müalicəvi gimnastika, sualtı duş-masaj, elektrokardioqrafiya, USM, kliniki və biokimya laboratoriyaları kimi vacib müalicə üsulları mövcuddur. Zərurət yarandıqda stomatoloq, ginekoloq,Nevropatoloq, psixoterapevt, uroloq kimi mütəxəssislərin xidmətlərindən yararlanmaq mümkündür.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
MƏLAHƏT RZAYEVA İLƏ KƏMALƏ RƏHİMOVA

Kəmalə xanım onu da nəzərimizə çatdırdı ki, sanatoriyada istirahət axşamları kifayət qədər əyləncəli keçir: dincələnlər təşkil olunan konsertlərdə fəal iştirak edir, müxtəlif viktorina və yarışlarda isə yumor hissini, fantaziya və biliklərini nümayiş etdirərək zövq alırlar.
Qeyd edək ki, uzun müddət burada çalışan Kəmalə xanım səmərəli fəaliyyətinə və nümunəvi xidmətinə görə sanatoriyanın fəal işçisi kimi "Kurort” Səhmdar Cəmiyyətinin diplomu və pul mükafatı ilə təltif edilib.
Bəli, bu xoş təəssüratlarla əsas korpusun qalacağımız ikinci mərtəbəsində yerləşən 214 nömrəli otağa qalxdıq. Birinci mərtəbədə bizi üz-gözündən səmimiyyət yağan bir xanım qarşıladı. Tanış olduq: korpusun qeydiyyatçısı SAMİRƏ ƏLİYEVA idi. Samirə xanım da bizi təlimatlandırdı, müəyyən bilgilərini bizə çatdırdı.
Elə buradaca qapıçı NƏZAKƏT CƏFƏROVA ilə də həmsöhbət olduq.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR

Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR

Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
QONAQLARIMIZ AKİF RZAYEV VƏ RAHİB KƏRİMLİ

Ayaqüstü danışığımızdan hiss etdik ki, o, maraqlı xanımdır. Sonradan zənnimizdə yanılmadığımızı təsdiqlədik. 15 gün Nəzakət xanım, onun həmkarı TƏRANƏ QULİYEVA bizi darıxmağa qoymadı, maraqlı söhbətləri ilə qəlbimizi ovsunladılar. Burada özünün xoş rəftarı, gözəl xasiyyəti, səmimiyyəti ilə seçilən bir xanımı da tanıdıq: İLHAMƏ SADIQOVA.
Otaqda yerləşəndən sonra müayinələr almaq üçün həkimimiz FATİMƏ AKİF QIZI MƏMMƏDOVAnı arayıb axtardıq. İkimiz də eyni vaxtda böyük mədəniyyət sahibi, dəyərli ziyalı, olduqca təcrübəli, savadlı, istiqanlı, mülayim xarakterli Fatimə xanımın qəbulunda olduq.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
FATİMƏ MƏMMƏDOVA KORDİOLOQ

Elə ilk baxışdan səmimiyyəti, xoş rəftarı, xəstəyə diqqəti və xüsusi qayğısı ilə qəlbimizi ovsunlayan Fatimə xanım bizi dinlədikdən sonra düzgün qərar verərək hər gün 5-6 müalicə almağımızı tövsiyyə etdi. Bizə qulaq asa-asa yazdıqlarından heç xəbərimiz belə olmamışdı. Elə bilirdik ki, hələ bizi dinləyir. Mən "Bilgəh”dən qabaq Mərdəkandakı "Günəşli” sanatoriyasında olmuşdum. Orada aldığım müalicələri onun nəzərinə çatdıranda bildirdi ki, nəzərə alıb. Fatimə xanımla demək olar ki, hər gün rastlaşırdıq. Bizə olan diqqəti, qayğısı, xoş münasibəti nəzərimizdən yayınmırdı. Fatimə xanım əsl həkimdən tələb olunan xarakterini nümayiş etdirirdi. Onun şirin sözləri, hər bir xəstəyə xoş rəftarı dərmandan da irəlidir.
Fizioterapiya üzrə həkim KAMİL BƏDIRXANOVu da xüsusi qeyd etmək istərdim. Onun əsəb və sinir sistemi ilə bağlı təyin etdiyi müalicələr gözəl nəticə verdi, yuxusuzluğu aradan aldırmaq üçün göstərdiyi səyi xüsusi qiymətləndirmək lazımdır.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
SANATORİYANIN HƏKİM KOLLEKTİVİ

Birinci günün ilk müalicələrini almağa başladıq. Tibb bacıları Zenfira Bədirxanovanın, Roza Əliyevanın, Mətanət Sadıqovanın, Gülnarə Novruzovanın, Surət Bayramovanın, Aybəniz Muradovanın, Nigar İsgəndərovanın, Gilə Allahverdiyevanın və Qumru xanımın, Nailə Vəliyevanın, Natavan Məmmədovanın, Tahirə Kamilovanın, Gülbəstə Musayevanın, Solmaz Əjdərovanın, Nəzakət Nurverdiyevanın, Gültəkin Abdullayevanın, Raziyyə Mikayılovanın, Nadejda Tnasenkonun, Sürəyya Mehdiyevanın, Tamilla Cananovanın, Aidə Hadıyevanın, Səkinə Abuzərovanın, Səlminaz Paşayevanın, Natalya Məmmədovanın, Elnarə Hadıyevanın, Səbinə Məmmədovanın, Elza Ləbibovanın və başqalarının adlarını fəxrlə çəkmək istəyirəm. Bu xanımlar öz işlərinin öhdəsindən bacarıqla gəlir, burada müalicə alanlara öz işlərinin yüksək mütəxəssisi olmaqla bərabər, layiqli xidmət göstərir, onlara xoş münasibətlə yanaşırdılar.
Haşiyə: Müalicə korpusunda gündəlik bizi ilk qarşılayan tibb bacısı TAHİRƏ HƏSƏN QIZI KAMİLOVA idi.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
TAHİRƏ KAMİLOVA HƏKİM

Gülərüz, xoş rəftarı və səmimiyyəti bizdə xoş təəssürat yaradan Tahirə xanımla maraqlandıq. Bildirdi ki, 31 may 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə 251 nömrəli orta məktəbi, 1982-ci ildə isə Bakı şəhər 1 nömrəli tibb məktəbini qurtarıb. Elə həmin ildən də "Bilgəh” kardioloji sanatoriyasında çalışır, öz işinin öhdəsindən layiqincə gəlir. Odur ki, ixtisasını təkmilləşdirmək üçün beş dəfə kurslarda olub. Söhbət əsnasında bildirdi ki, bu sənət ona babasından keçib. O, uzun müddət Quba rayon xəstəxanasında həkim kimi fəaliyyət göstərib. Bir oğlunu evləndirib, iki nəvəsi var. Amma zahiri baxışda heç nənəyə oxşamır. Mən və otaq yoldaşım Cəmil müəllim burada müalicə olduğumuz müddətdə Tahirə xanım haqqında hamının xoş sözlər danışdığının şahidi olduq.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
NİGAR İSGƏNDƏROVA

Növbəti xanım isə NİGAR HACIRZA QIZI İSGƏNDƏROVAdır. 1968-ci ildə Bilgəh qəsəbəsində anadan olmuş Nigar xanım 1985-ci ildə buradakı 142 nömrəli orta məktəbi qurtardıqdan sonra 1988-ci ildə 1978-ci ildə 1 nömrəli tibb məktəbini də uğurla başa vurub. Elə bu ildə də təyinatla doğma el-obasında çalışmağa başlayıb, tezliklə "Bilgəh” kardioloji sanatoriyasının sevimlisinə çevrilə bilib. Fizioterapiya şöbəsinin tibb bacısı kimi buraya gələn insanların hər gün sağlamlığı keşiyində şərəflə, vicdanla dayanır. Öz işini çox sevən Nigar xanım hər gün vaxtında iş yerində olur, xəstələrə qulluq etməkdən zövq alır. Deyir ki, bu gün həyata yenidən atılsaydı, bu dəfə də tibb bacısı peşəsini seçərdi. 1988-ci ildən başlayaraq müxtəlif təkmilləşdirmə kurslarında olub, sertifikatlar alıb. Biz orada müalicə alarkən Mərdəkan qəsəbəsində onlar üçün təşkil edilmiş kursda oldu. Bir sözlə, öz müşahidələrimə əsasən onu deyə bilərəm ki, burada xəstələrin çoxu onun müalicələrinə həvəslə, səbirsizlə can atırdılar.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
NAİLƏ VƏLİYEVA

Haqqında yazmaq istədiyimiz növbəti tibb bacısı isə NAİLƏ ƏLİ QIZI VƏLİYEVAdır. O, 1974-cü ildə Bakı şəhərində anadan olub. Orta məktəbi yaxşı qiymətlərlə oxuyan Nailə xanım 1991-ci ildə 1 nömrəli tibb məktəbininin "Müalicə işi” fakültəsinə daxil olub və uğurla buranı bitirib. 1996-cı ildən "Bilgəh” kardioloji sanatoriyasının fizioterapiya şöbəsində Naftalan müalicə üsulu ilə məşğul olur. Deyir ki, işi çox maraqlıdır, sənətini çox sevir, insanlara xidmət etməkdən çox məmnundur. Bir insanın şəfa tapması və xəstələrin ona arzularını bildirmələri, dualar söyləmələri Nailə xanımı çox sevindirir və buna görə özünü xoşbəxt sayır.
Yola saldığımız 2022-ci il onun üçün çox əlamətdar olub. 26 illik iş fəaliyyətinə və nümunəvi xidmətinə görə sanatoriyanın fəal işçisi kimi "Kurort” Səhmdar Cəmiyyətinin diplomu və pul mükafatı ilə təltif edilib.
Ailəlidir, 3 övlad anasıdır. Övladlarının ikisi ali təhsilli, biri isə hələ ki, məktəblidir. Biz orada olanda Nailə xanım çox sevinirdi. Bu fərə də ondan ibarət idi ki, oğlu Vətən müharibəsinin iştirakçısı kimi ölkə Prezdentinin imzaladığı 3-cü medala layiq görülmüşdü. Biz də Nailə xanımın bu sevincini böyük həvəslə bölüşdük
Nailə xanımın yanında bir nurani simalı xanımı da gördük. N.Vəliyeva qeyd etdi ki, Ağabacı xanım 40 ildir ki, bu sahədə çalışır, öz işinin kamil bilicisi kimi tanınıb, o da sənətini çox sevir.
Bizim hər ikimizin xətrini çox istədiyimiz bir xanım da var idi: GÜLBƏSTƏ TAPDIQ QIZI MUSAYEVA. Neçə gün onun ətrafında dolaşdıq, sorğu-suala tutmaq istədik, tutarlı bir məlumat toplaya bilmədik. Hiss etdik ki, təvazıkarlıq edir. Amma ondan öyrəndiklərimiz bu oldu: 1964-cü ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. 1987-ci ildən "Bilgəh” kardioloji sanatoriyasında ultrasəs müayinəsi üzrə tibb bacısı işləyir. Xeyli müddətdir burada böyük hörmət və nüfuz qazanıb. Onun da məhsuldar fəaliyyəti və nümunəvi xidməti sanatoriyanın fəal işçisi kimi "Kurort” Səhmdar Cəmiyyətinin diplomuna və pul mükafatına layiq görülüb. Gülbəstə xanım olduqca sakit, səmimi və canıyanan işçidir. Onu narahat edən əsas həyat yoldaşı Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş Amil Ədil oğlu Musayevin müharibədə itkin düşməsidir. 1994-cü ildə Sabunçu rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Son dəfə Tərtər, Ağsərə istiqamətində gedən döyüşlərdə iştirak edib, yaralanıb və orada qalıb. Bu olaydan sonra ondan xəbər-ətər olmayıb. Bu gün də Gülbəstə xanım Amili itkin hesab edir və hələ də yolunu gözləyir.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
SANATORİYA YEMƏKXANASININ KOLLEKTİVİ

Yeməkxanada hər gün menyüyə uyğun olaraq müxtəlif cür xörəklər bişirilir, gündə 3 dəfə olmaqla xəstələrə paylanılır. Hər gün əziyyət çəkən pəhriz tibb bacısı T.Əhmədovanın nümunəvi xidmətini, baş aşpaz V.Məlikovun, aşpazlar P.Əliyevanın, N.Yolçuyevanın, Z.Həbibovanın, İ.Əsədovanın, M.Azadovanın bişirdikləri xörəklərin dadını, , xörək paylayanlar A.Muxtarovanın, E.Rəhimovanın, eləcə də K.Mahmudovanın, A.İsgəndərovanın, Z.Fətullayevanın, R.Sultanovanın, A.Quliyevanın, Y.Rəhimovanın, M.Quliyevanın, S.Əsədovanın, Ş.İsmayılovanın, R.Həsənovanın, G.Əsədovanın və başqa işçilərin xəstələrlə yüksək səviyyədə davranmalarını, öz işlərinə hədsiz məhəbbətlərini xüsusi qeyd etmək istərdim.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR

15 gün ərzində burada müxtəlif bölgələrdən gəlmiş insanlarla da yaxından tanış olduq. Lerikli İlham müəllimi, kürdəmirli Ramiz müəllimi, cəlilabadlı Fazil müəllimi, qəbələli Xanlar Ağayevi, qubalı Əflatun müəllimi, lənkəranlı Mehparə xanımı, zaqatalalı Afət xanımı necə unutmaq olar? Onlar da özlərinin istiqanlılıqlarını, səmimiyyətlərini göstərdilər.
Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun sanatoriya haqqında mətbuatda çıxışından bəzi qeydləri nəzərinizə çatdırmaq yerinə düşərdi.
"Bilgəh” Kardioloji Sanatoriyasının yaranma tarixi çox maraqlıdır. Belə ki, Abşeron yarımadasında Bilgəhin havası, təbiəti daha çox müalicəvi olduğuna görə Böyük Vətən Müharibəsindən sonra Azərbaycan rəhbərliyi belə qərar qəbul edib ki, burada bir pansionat, istirahət evi tikilsin.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR

Beləliklə, həmin bu əsas korpusun tikilməsində bizim işçilərlə birlikdə alman əsirləri də yaxından iştirak ediblər. Elə binanın xarici görünüşü və daxili də Avropa arxitekturası, layihəsi üslubundadır. Yəqin ki, bunanın memarları da elə almanlar özləri olublar. Bu bina çox möhkəmdir və içəri heç bir nəmişlik vermir. Otaqlar da çox geniş və işıqlıdır. Beləliklə, 1946-1947-cı illərdən-1970-ci illərə kimi bura 250 yerlik istirahət pansionatı olub. Belə ki, burada yaxşı hava, müalicəvi, təmiz suyu olan dəniz və dincəlmək üçün hər cürə şərait olduğuna görə həftənin istirahət günləri təkcə Azərbaycandan yox, SSRİ məkanından insanlar gəlib dincəlirmişlər. 1971-ci ildən dövlət səviyyəsində belə qərar qəbul olunub ki, bura "Bilgəh” Kardioloji Sanatoriyası olsun. Çünki buranın havası, yerdən təbii çıxan mineral və müalicəvi yod-brom suları ürəyə çox yaxşı, müalicəvi təsir etdiyinə görə məhz belə qərar qəbul olunub. Beləliklə, qısa vaxtda burada əlavə korpuslar da tikilərək 300 yerlik sanatoriya olub və artıq keçmiş sovetlər birliyindən də bura daha çoxlu insanlar, ürək xəstələri gəlmyə başlayıblar. Artıq son zamanlar burada aparılan yüksək səviyyəli təmirin və yeni tikililərin nəticəsində sanatoriyada eyni vaxtda 450 adamın müalicə alması üçün hər cürə yüksək şərait var. Otaqlarda da xəsətələr üçün lazım olan yüksək şərait yaradılıb. Müalicə aparatları da müasir və yenidir. Ən əsası odur ki, bu sanatoriya mövsümü deyil. Bütün il boyu ərzində buarada insanlar müalicə ala bilərlər.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
PASİYENTLƏR MÜALİCƏDƏN SONRA GƏZİNTİDƏ

Çünki otaqlar qış vaxtı da lazım olan səviyyədə qızdırılır, bütün günü də otaqlara isti və soyuq su gəlir. Burada xəstələrə verilən yeməklər də çox yüksək səviyyədədir. Sanatoriyanın Xəzər dənzinin sahilində yerləşməsi, havada yod-bromun olması, rütubətin olmaması buranı daha çox məşhurlaşdırıb. Həm də bu ərazidə təbii yod-bromun çıxması da ürək xəstələrinə təbii yod-brom müalicəsinin aparılması da insanların bura gəlməsinə marağı daha çox artırıb. Həm də bu sanatoriyada insanların ürək xəstəliyindən sağalma effekti 92-93 faizə çatır.
"Bilgəh” Kardioloji Sanatoriyasında müalicə alanlara xidmət edən işçilərin sayı isə 178 nəfərdir. Onlardan 17 nəfəri həkim, 24 nəfəri tibb bacısı və qalanları da texniki işçilərdir. Deməli, bu sanatoriyada böyük kollektiv çalışır. Hamı da əlindən gələni edir ki, xəstələrə burada diqqət, xoş münasibət çox olsun.
Bir məsələni xüsusi qeyd etmək istərdim. Əvvəllər həftədə 3 dəfə axşam saatlarında sanatoriyanın klubunda konsert təşkil edilirdi. Əvvəllər canlı musiqinin müşayiəti ilə konsert verilirdisə, indi sadəcə kompüter vasitəsilə burada dincələnlərə xidmət göstərilir. Bu işin təşkilatçısı isə klubun müdiri Elyar qardaşımızdır.
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR

Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR

Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR

Burada olarkən xüsusilə qeyd etdilər ki, əvvəllər canlı musiqinin müşayiət etdiyi konsertlərə daha çox adam gəlirdi. Bu konsertlərdə sanatoriyada dincələnlərin çoxu istedadlı sənətkar, xanəndə, gözəl musiqi bilicisi Gülarə xanımı görüblər. Onun məlahətli səsi, özünün gözəl ifaları, rəqsi ilə tamaşaçıları ələ almaq qabiliyyəti bizdə onun əsl sənətkar olması qənaətinə gəlməyə əsas verdi. Amma biz burada olduğumuz müddətdə onun iştirakı ilə təşkil edilmiş (təbii ki, onu buraya uzun illər burada dincələn, müalicə alan xəstələr rəvət ediblər) konsert proramlarını çıxmaq şərtilə, hamısında sönüklük, adam azlığı müşahidə edilirdi. Səbəbi də aydın idi: hamı canlı musiqini dinləmək, ifaçıya qulaq asmaq, canlı musiqinin sədaları altında əl götürüb oynamaq istəyirdi. Bir neçə dəfə buna cəhd edilsə də, hər dəfə müxtəlif səbəblər göstərildi, hətta Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyinin yazılı məktubu bizə təqdim edildi. Maraqlıdır, görən niyə burada canlı musiqi yasaq edilib? Ölkəmizin hər yerində mövcud pandemiya yasaqları götürüldüyü halda burada hələ ki, götürülməyib.
15 günlük istirahətimizdən, müalicəmizdən aldığımız təəssüratlarımızı bu sonluqla bitirmək istəməzdik. Arzu edərdik ki, "Bilgəh” Kardioloji Sanatoriyasında bu sahədə olan coşqunluq, meydangirlik, sərbəstlik, dincələn və müalicə alanların axını əvvəlki məcraya yönəlsin. Biz orada bunun səbəbi ilə maraqlananda bildirdilər ki, qadağanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və "Kurort” Qapalı Səhmdar Cəmiyyəti qoyub. Görən niyə? Sualımıza cavab almaq istərdik.


Daşdəmir ƏJDƏROĞLU,
peşəkar jurnalist

Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR

Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR
Daşdəmir ƏJDƏROĞLU: Sən gözəllər gözəlisən...FOTOLAR


Oxunub: 189






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim