reklam
USD
30 ℃
EUR
BAKI

SOCAR 2022-ci il üzrə əsas istehsalat göstəricilərini açıqlayıb

CANLI TV / 28.01.2023 02:53

Enerji bazarlarında müşahidə edilən volatilliyə, həmçinin qlobal iqtisadi aktivliyin zəifləməsinə baxmayaraq, SOCAR ötən istehsalat ilini uğurla başa vurmağa nail olub.


SOCAR-dan "carciTV"yə bildirilib ki, müvəffəqiyyəti şərtləndirən amillər sırasında idarəetmənin təkmilləşdirilməsi, müəssisələrimizin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının tətbiqi, biznes dayanıqlığının gücləndirilməsi və əməliyyat effektivliyinin artırılması xüsusi yer tutub. Səmərəli fəaliyyətin nəticələri öz əksini şirkətin əsas istehsalat göstəricilərində də tapıb.

2022-ci ildə SOCAR tərəfindən 73 min metrdən çox qazma işləri həyata keçirilib. Bu, 2021-ci ilin nəticələri ilə müqayisədə 18,6 faiz çoxdur. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,8 milyon ton neft, 8,1 milyard kubmetr qaz hasil olunub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatında 2,7 faiz artım qeydə alınıb. Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib və 2021-ci illə müqayisədə 6,6 faiz artaraq, 46,7 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, 2022-ci il ərzində Azərbaycanda 32,6 milyon ton xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təqribən 2,6 faiz artaraq 18,5 milyon tona yüksəlib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 19,3 faiz artaraq 22,4 milyard kubmetrə yaxın olub.

Hesabat dövründə SOCAR tərəfindən Gürcüstana ixrac olunan qaz həcmləri 22,2 faiz artaraq 1,4 milyard kubmetr təşkil edib. Ötən il ölkədə ümumilikdə 13,5 milyard kubmetrdən çox təbii qaz istehlak olunub, bu isə əvvəlki illə müqayisədə 4,4 faiz çoxdur.

2022-ci ildə SOCAR tərəfindən 6,2 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.


Oxunub: 196






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim