reklam
USD
19 ℃
EUR
BAKI

Türkiyədə zəlzələ: 5434 nəfər həlak olub, 31 mindən çox insan yaralanıb

XƏBƏR / 07.02.2023 23:38

Türkiyədə zəlzələ qurbanlarının sayı 5434 nəfərə çatıb, 31 min 777 nəfər xəsarət alıb


"carciTV" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.


Türkiyədə zəlzələ qurbanlarının sayı 4544 nəfərə çatıb, 26 min 721 nəfər xəsarət alıb.

"carciTV" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, 8 mindən çox insan dağıntılar altından xilas edilib.


20:04

Türkiyədə zəlzələ qurbanlarının sayı 3703 nəfərə çatıb, 22 min 286 nəfər xəsarət alıb.

"carciTV" Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən yayılıb.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

16:07

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3549 nəfərə, yaralananların sayı 22 min 168 nəfərə çatıb.

"carciTV" TRT telekanalına istinadla xəbər verir ki, zəlzələnin fəsadları barədə son məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

On vilayətdə üç aylıq fövqəladə vəziyyət elan olunub

Dövlət başçısı bildirib ki, zəlzələnin təsirinə məruz qalmış 10 vilayətdə üç aylıq fövqəladə vəziyyət rejimi elan olunub. Axtarış-xilasetmə işlərinə 53 min 317 xilasedici, polis əməkdaşı və hərbçi, minə yaxın təcili yardım maşını, 5 min tibb işçisi cəlb edilib. Zəlzələ bölgəsində dərslərə fevralın 20-dək ara verilib.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.

13:00

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3419 nəfərə, yaralananların sayı 20 min 534 nəfərə çatıb, 5 min 775 bina çöküb.

"carciTV" xəbər verir ki, bu rəqəmləri Türkiyə prezidentinin köməkçisi Fuat Oktay TRT telekanalında açıqlayıb. Onun sözlərinə görə, hazırda zəlzələdən zərər çəkən 10 vilayətdə 12 min 181 xilasedici fəaliyyət göstərir. Digər ölkələrdən 3 min 294 xilasedici gəlib. İndiyə qədər dağıntılar altından 8 mindən çox insan sağ çıxarılıb.

Zəlzələ bölgəsində axtarış-xilasetmə işləri tam gücü ilə davam edir.

10:56

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 3381 nəfərə, yaralananların sayı 20 min 426 nəfərə çatıb.

"carciTV" TRT telekanalına istinadla xəbər verir ki, yeni rəqəmləri Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) nümayəndəsi Orhan Tatar açıqlayıb. Onun sözlərinə görə, 10 vilayətdə ümumilikdə 5 min 775 bina çöküb.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Türkiyədə zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən bölgə açıqlanıb

Hatayda 1647, Kahramanmaraşda 1243, Qaziantepdə 504, Şanlıurfada 127, Adanada 167, Adıyamanda 896, Malatyada 201 nəfər zəlzələ nəticəsində həlak olub.

"carciTV" xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. O qeyd edib ki, Hatayda dağıntı altından 1846 nəfər çıxarılıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Fevralın 7-də Adıyaman şəhərinin Gölbaşı rayonunda 5,3 bal gücündə daha bir zəlzələ olub.

Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.



Oxunub: 245






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim