reklam
USD
26 ℃
EUR
BAKI

Yeni magistral avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir

CANLI TV / 08.02.2023 00:27

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun "Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.


Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik 1-ci hissəsi üzrə (layihə üzrə 0-29,9 kilometr) tikinti işləri sona çatdırılıb. Layihə üzrə körpü və yol ötürücüsü, yolaltı keçid, müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında beton baryerlərin tikintisi, həmçinin ödəmə məntəqələrinin və yol avadanlıqlarının quraşdırılması üzrə işlər başa çatdırılıb.

Yeni magistral yolda aparılan işlər çərçivəsində 23,5 kilometrlik 2-ci (layihə üzrə 29,9-53,5 km) və 20 kilometrlik 3-cü (layihə üzrə 53,5-73,5 km) hissələri üzrə torpaq yatağının tikintisi, süni qurğularda, körpülərdə və yol qovşaqlarında tikinti-quraşdırma işləri, yol geyiminin əsas laylarının tikintisi işləri yerinə yetirilib. Yolun 36-39 kilometrlik hissəsində hər iki istiqamət üzrə asfalt-beton örtüyünün aşınma qatı səviyyəsinədək, 39-60 kilometrlik hissəsində isə bir istiqamətdə asfalt-beton örtüyünün 1-ci qatı səviyyəsində tikinti işləri aparılıb. Həmçinin 60-73,5 kilometrlik hissəsində torpaq yatağının, süni qurğuların və körpü keçidlərinin tikintisi işləri davam etdirilir.

Magistralın 18,5 kilometrlik 4-cü (layihə üzrə 73.5-92 km) hissəsinin 73,5-81 kilometrində bir istiqamətdə asfalt-beton örtüyünün birinci qatı tikilib, eləcə də yolun 81-92 kilometrində isə torpaq yatağının, yol ötürücü və drenaj boruların, körpülərin tikintisi işləri görülüb.

Ümumilikdə, yolun 29,9-92 kilometrlik hissəsində suötürücü və ehtiyat boruların tikintisi yekunlaşdırılıb, torpaq yatağının, drenaj qurğuların, körpülərin tikintisi və yol geyimi işləri 86,4 faiz yerinə yetirilib. Paralel olaraq yolun bütün hissələrində ödəmə və yükə nəzarət məntəqələrinin tikintisi işləri davam etdirilir.

Yeni magistralın 58 kilometrlik 5-ci (layihə üzrə 92-150 km) hissəsi üzrə isə suötürücü və drenaj qurğuların, alt və ehtiyat keçidlərin tikintisi işləri başa çatdırılıb, yol geyiminin, ödəmə və yükə nəzarət məntəqələrinin tikintisi, yol avadanlıqlarının, mühafizə çəpərlərinin quraşdırılması, nişanlama və işıqlandırma işləri davam etdirilir.

Beşinci hissənin ilk 34 kilometrində qazma və dolğu işləri tamamlanıb, yol geyimi işləri, yəni hamarlayıcı lay, yol əsasının alt layı və əsas layın tikintisi işləri yekunlaşdırılıb, həmçinin asfalt-beton örtüyün aşınma layı 100 faiz həcmində inşa edilib. Yolun 24 kilometrlik hissəsində isə asfalt-beton örtüyü aşınma layı da daxil döşənməsi bir istiqamətdə artıq başa çatdırılıb.

Yeni inşa edilən 150 kilometrlik magistral yolboyu 55 yol ötürücüsü və körpü, 44 yolaltı keçid və 509 müxtəlif diametrlərdə dairəvi və düzbucaqlı suötürücü boru inşa edilir.

Cari ildə tikintisinin yekunlaşdırılması planlaşdırılan yeni magistral avtomobil yolu nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına təkan verəcək, nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq.


Yeni magistral avtomobil yolunun tikintisi tamamlanmaq üzrədir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun "Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikintisi sürətlə və keyfiyyətlə davam etdirilir.

Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik 1-ci hissəsi üzrə (layihə üzrə 0-29,9 kilometr) tikinti işləri sona çatdırılıb. Layihə üzrə körpü və yol ötürücüsü, yolaltı keçid, müxtəlif ölçüdə suötürücü borunun, yolun ayırıcı zolağında beton baryerlərin tikintisi, həmçinin ödəmə məntəqələrinin və yol avadanlıqlarının quraşdırılması üzrə işlər başa çatdırılıb.



Oxunub: 228






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim