reklam
USD
26 ℃
EUR
BAKI

Gənclər təşkilatları tərəfindən Gənclər Gününün 26-cı ili qeyd edilir

CANLI TV / 08.02.2023 02:52

Artıq 28 ildir ki, fəaliyyət göstərən və əsas missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər təşkilatlarının rolunun artırılması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 2 fevral - Gənclər günü münasibətilə bir sıra tədbirlər həyata keçirib.


İlk olaraq 31 yanvar tarixində "Gənclər təşkilatları: yeni çağırışlar” mövzusunda 200-dən çox gəncin, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, həmçinin dövlət rəsmilərinin iştirakı ilə Forum təşkil edilib. Tədbirin təşkilində əsas məqsəd ölkənin aparıcı və fəal gənclər təşkilatlarının iştirakı ilə uğurlu gənclər siyasətinin icra edilməsində Ulu Öndər Heydər Əliyev irsinin təbliği və hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi istiqamətində müzakirələrin aparılmasından ibarət olub. 

Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbyacan Respublikası Gənclər Fondunun tərəfdaşlıqları ilə keçirilən Forum çərçivəsində rəsmilərin iştirakı ilə aidiyyəti istiqamətlərdə müzakirələr baş tutub və gənclər təşkilatlarının təklifləri dinlənilib. Rəsmi hissə yekunlaşdıqdan sonra gənclər siyasətinin müxtəlif aspektlərini özündə cəmləşdirən mövzularında təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr ilə Forum öz işini yekunlaşdırıb.

Daha sonra adı Ümummilli Lider Heydər Əliyevlə bağlı olan gənclər günündə "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır” sözlərinin müəllifi Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərimizin əziz xatirəsi gənclər təşkilatlarının iştirakı ilə "Fəxri Xiyaban”a və "Şəhidlər xiyabanı”na yürüş təşkil edilərək yad edilib.

Aygün KƏRİMOVA



Oxunub: 195






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim