reklam
USD
15 ℃
EUR
BAKI

15 yanvar - Beynəlxalq Vikipediya Günüdür

XƏBƏR / 09.02.2023 00:11

Bu gün "Vikipediya” internet şəbəkəsinin yaradılmasının 22 ili tamam olur


Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan "Vikipediya”nın yaranmasının 22 ili tamam olur. Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.

"Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 318 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, "Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.

Beynəlxalq Vikipediya Günü münasibətilə "Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçisi Eldar Əzimov fikirlərini bölüşüb. O bildirib ki, "Vikipediya” açıq ensiklopediyası 2001-ci il yanvarın 15-də fəaliyyət göstərməyə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib: "Vikipediya”da məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olub. Ensiklopediyanın adı ingilis texniki termini olan "wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində "tez” deməkdir) və "encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb. Təxminən bir il sonra 2002-ci il yanvarın 13-də isə "Vikipediya”nın Azərbaycan dilində bölməsi yarandı. Geridə qalan son 21 il ərzində Azərbaycan dilində "Vikipediya” xeyli inkişaf edərək ölkəmizdə ən çox oxunan onlayn ensiklopediya olaraq öz yerini alıb. Xarici dildə bilməyən və ana dilində məlumat əldə etmək istəyən insanlar üçün "Vikipediya”nın önəmi çox böyükdür. Təxminən 10 il əvvəl doğma dilimizdə internetə istədiyimiz məlumatları tapmaqda çox çətinlik çəkirdik və demək olar ki, çox zaman tapa bilmir və digər dillərdə axtarmağa üstünlük verirdik. Lakin hazırdakı boşluq "Vikipediya” sayəsində kifayət qədər aradan qalxıb. Razıyam, yenə də bəzən istədiyimiz məlumatı ana dilimizdə tapa bilməsək belə, 10 il əvvəlki vəziyyət deyil. Azərbaycan dilli "Vikipediya”da məlumatların sayı çox artıb. Gələcəkdə hər bir məlumatı öz dilimizdə rahat şəkildə tapa bilməyimiz üçün Azərbaycan dilini anlayan və bu dildə danışan hər bir kəsin "Vikipediya”ya dəstək verməsi ən azı bir-iki məqalə yaratması lazımdır. Azərbaycan dilindəki "Vikipediya”nın son zamanlarda zənginləşməsini internet üzərində axtarışlar edən həs kəs anlaya bilər. Son statistikalar da bunun bariz nümunəsidir. Ötən ilin sadəcə dekabr ayı ərzində "Vikipediya”nın Azərbaycan dilində olan səhifələri 29 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 333 milyondur”.

Eldar Əzimov qeyd edib ki, bu gün "Vikipediya” ən çox daxil olunan saytlar arasında yüksək yerlərdə qərarlaşır. "Daha dəqiq desək, "Similarweb”in açıqladığı statistikaya əsasən, dünyada və ölkəmizdə ən çox daxil olunan 7-ci saytdır və bu amil "Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir. Bununla yanaşı, rahatlıqla hiss edə bilirik ki, artıq Azərbaycan dilində axtarış edib məlumat əldə etmək istəyən insanların sayı xeyli artıb. Bunları nəzərə alaraq ana dilimizdəki "Vikipediya”nı qoruyub zənginləşdirməliyik ki, gələcək nəsil məlumat azlığından əziyyət çəkməsin”, - deyə "Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçisi vurğulayıb.


Oxunub: 173






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim