reklam
USD
15 ℃
EUR
BAKI

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 14 mini ötüb

XƏBƏR / 09.02.2023 16:25

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 14 min 14 nəfərə çatıb, 63 min 794 nəfər yaralanıb.


"carciTV" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu rəqəmləri zəlzələ bölgəsinə səfəri zamanı Qaziantepdə açıqlayıb.

Türkiyə Prezidenti bildirib ki, zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi bu gün Böyük Millət Məclisində səsvermədən sonra qüvvəyə minəcək.

Rəcəb Tayyib Ərdoğanın Qaziantepdən sonra Osmaniyəyə və Kilisə gedəcəyi bildirilir.

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatları gecə-gündüz tam gücü ilə davam edir. Zəlzələnin 4-cü günü dağıntılar altından onlarla insan sağ çıxarılıb. Əməliyyatlarda 53 ölkədən 6 min 150 xilasedici iştirak edir. Azərbaycandan zəlzələ bölgəsinə FHN-in 725 nəfərlik şəxsi heyəti göndərilib.

10:59

Türkiyədə zəlzələ nəticəsində indiyədək 12 min 873 nəfərin həlak olduğu, 62 min 937 nəfərin yaralandığı təsdiqlənib.

"carciTV" xəbər verir ki, Türkiyə vaxtı ilə bu gün saat 7:45-ə olan son məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.

Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən sonra 1117 afterşok qeydə alınıb. Zəlzələ bölgəsinə 113 mindən çox personal cəlb olunub. Axtarış-xilasetmə əməliyyatlarında 24 min 727 xilasedici iştirak edir. Xarici ölkələrdən 5 min 709 nəfər xilasedici gəlib. Zəlzələdən ən çox zərər çəkən 10 şəhərdə 92 min 738 çadır qurulub.

Qeyd edək ki, zəlzələdə yaralananların müalicəsi üçün Azərbaycanın tibb müəssisələrində 2 min çarpayı ayrılıb.

04:30

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 12 min 391 nəfərə, yaralananların sayı isə 62 min 914 nəfərə çatıb.

"carciTV" TRT telekanalına istinadla xəbər verir ki, bu barədə məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.


Oxunub: 255






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim