reklam
USD
8 ℃
EUR
BAKI

Azərbaycan könüllüləri Türkiyəyə yardıma gedirlər

XƏBƏR / 11.02.2023 11:39

Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən zəlzələdən zərər çəkmiş qardaş türk xalqına yardım məqsədilə həyata keçirilən və xalqımızın da böyük dəstək verdiyi genişmiqyaslı tədbirlərə könüllü gənclərimiz də qoşulub.


Gənclər Fondundan bildirilib ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə "ASAN Könüllüləri”, "Gənc Könüllülər”, "BİR Könüllü”, "Aqrar İnkişaf Könüllüləri”, "Naxçıvan Könüllüləri”, "Böyük Qayıdış” könüllüləri və "Ekokönüllülər” təşkilatlarının üzvləri arasından daha təcrübəli və çətin şəraitdə fəaliyyət göstərməyə hazır olan gənclər müəyyən edilərək, ilkin təlimatlandırma keçdikdən sonra türkiyəli həmkarlarına dəstək vermək üçün qardaş ölkəyə yola düşüblər.

Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanan ittifaqın bu humanitar fəaliyyəti çərçivəsində Azərbaycan könüllülər öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər.

Azərbaycan könüllüləri bir daha dəhşətli faciə ilə üzləşmiş qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bildirir, bu faciədə həyatını itirənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.


Oxunub: 234






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim