reklam
USD
19 ℃
EUR
BAKI

"Stop Ecocide": Laçın-Xankəndi yolundakı ekoaksiyanın tələbləri dəyişməz olaraq qalır

REPORTAJ / 18.02.2023 02:27

Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 68-ci gün gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir.


"carciTV" xəbər verir ki, ekofəallar gecə ərzində fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi məqsədilə şüarlarını səsləndirirlər.

Hazırda aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırır, şüarlar səsləndirirlər.
Onların ilk gündən olduğu kimi, şüarları dəyişməz olaraq qalır: "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, "Azərbaycan vahiddir, sərvətinə sahibdir”, "Ekoloji cinayətə son”, "Stop ecocide”, "Stop Mining”, "Берегите природу”, "Экоциду нет, Мониторингу да”.
Azərbaycanın təbii sərvətlərinin istismarı və talanmasına etiraz edən aksiya iştirakçıları günlərdir ki, yüksək əzmkarlıq və qətiyyət göstərirlər. Ərazi humanitar məqsədlər üçün tam açıqdır, nəqliyyat vasitələrinin sərbəst hərəkətinə heç bir maneə yoxdur. Könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər. Erməni mediasında yayımlanan saxta xəbərlərə görə, guya etirazçılar Laçın-Xankəndi yolunu blokadaya alıblar. Halbuki aksiyanın başladığı ilk gündən təcili yardım maşınları, mülki şəxslər buradan sərbəst şəkildə hərəkət edir. Təkcə bu gün Rusiya sülhməramlılarına məxsus 74 avtomobil aksiya ərazisindən sərbəst keçib. Bu da onu göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan məlumatlar həqiqəti əks etdirmir. Adəti üzrə onların yaydığı belə məlumatlar anti-Azərbaycan ruhlu növbəti avantüradır.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "Azer Gold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.


Oxunub: 274






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim