reklam
USD
9 ℃
EUR
BAKI

Gənclər təşkilatları Bakı və regionlarda fəaliyyətlərini davam etdirirlər

XƏBƏR / 18.02.2023 02:37

NAYORA üzv gənclər təşkilatları ilə birlikdə "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramı çərçivəsində Bakı və müxtəlif regionlarda bir sıra layihələrin icrasını davam etdirir.


Proqram çərçivəsində 2022-2023-cü illər ərzində 6 istiqamət üzrə 15 təşkilatın 15 layihəsinə resurs dəstəyinin göstərilməsi planlaşdırılmışdı. 2023-cü ildə keçiriləcək 7 layihədən üçünün icrasına artıq başlanılıb.

İndiyədək Bakı, İsmayıllı və Balakən şəhər/rayonlarında keçirilən layihələrdə 200-ə yaxın gənc təlim və seminarlarda iştirak edib.

Proqram çərçivəsində cari il üzrə ilk fəaliyyətə başlayan təşkilat İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyi oldu. İsmayıllı rayonun Talıstan, Təzəkənd, Quşencə və Diyallı kəndlərini əhatə edən "Kəndimizin İntellektual Gəncləri” layihəsi zamanı 30-dan çox komanda yarışda mübarizə apararaq Azərbaycançılıq, tarix, mədəniyyət, Qarabağ, Vətən müharibəsi kimi mövzularda sualları cavablandıraraq müxtəlif hədiyyələr qazanıblar. Kənd gəncləri arasında təşkil edilən layihənin məqsədi gənclərin fundamental inkişafına xidmət edərək onların intellektual düşüncəsinin, bilik və bacarıqlarının artırılması, ölkə miqyaslı yarışlara hazırlıq və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olmuşdur.

Müxtəlif vörkşop və təlimləri özündə birləşdirən daha bir layihə isə İşıqlı Gələcək Gənclər İctimai Birliyi tərəfindən Balakən rayonunda 3 gün müddətində davam edən "Gənclər üçün layihələrin yazılması təlimləri" oldu. Layihənin məqsədi Balakən gəncləri üçün layihələrin yazılması və idarə olunması istiqamətində fəaliyyətlər təşkil etməklə onların bilik və bacarıqlarının artırılmasına töhfə vermək olub.

Bakı şəhərində hələ də davam etməkdə olan "Gənclər vətənpərvərlik ruhunda” layihəsi Gənc Vətənpərvərlər İctimai Birliyi tərəfindən həyata keçirilir. Layihənin məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması və təbliği istiqamətində maarifləndirmə fəaliyyətlərinin təşkilindən ibarətdir. Qeyd edək ki, layihə çərçivəsində bir görüş keçirilmiş, əlavə iki görüşün keçirilməsi isə planlanmışdır.

Mart ayının sonunadək daha 4 layihə Bakı şəhəri və Zərdab rayonunda icra olunacaq.

Məlumat üçün vurğulamaq istərdik ki, proqram Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir.

Aygün KƏRİMOVA



Oxunub: 230






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim