reklam
USD
17 ℃
EUR
BAKI

HEYDƏR ƏLİYEV: ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ QAZANILAN BİLİKLƏR, MƏKTƏB VƏ MÜƏLLİM

XƏBƏR / 20.02.2023 12:48

HEYDƏR ƏLİYEV: ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ QAZANILAN BİLİKLƏR, MƏKTƏB VƏ MÜƏLLİM 


"İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, cəmiyyətimizin şüurlu üzvü olacaqdır” 
Ümummill Lider Heydər Əliyev.

     Dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimlərə özünün "əsl silahdaşları” kimi baxan müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin özü  "Millət müəllimi”, "Xalq müəllimi” idi. Heydər Əliyevin dərsləri dövlət qurmaq, dövləti  qoruyub saxlamaq, siyasi uzaqgörənliklə hərbi-siyasi çevrilişlərin qarşısını almaq, milli-vətəndaş birliyi yaratmaq, dövlət idarəciliyi idi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda ona təklif olunan bir cox fəxri adlardan yalnız "Xalq müəllimi” adını qəbul etmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan Müəllimlərinin I qurultayındakı nitqində demişdir: "Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz… mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim. … Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxtdan dərs vermək təcrübəm olubdur…”. Hələ gənc yaşlarından "dərs vermək təcrübəsi” qazanan , ulu öndər ər zaman məktəb, müəllim haqqında yüksək fikirdə olmuş, hər zaman aktual olan dəyərli fikirlər söyləmişdir, xüsusən orta məktəb təhsili ilə bağlı.  Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, yüksək qiymətləndirən ümummilli lider, hər bir insanın formalaşmasında, cəmiyyətdə mövqe tutmasında orta təhsilin çox böyük əhəmiyyəti olduğunu vurğulamışdır: "İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Həqiqətən də, "fundamental” təhsilin əsası, özülü orta təhsil məktəblərində qoyulur. "Orta təhsil” özül rolunu oynayırsa, orta məktəbdə dərs deyən müəllimlər də hər zaman hörmət və etiramla xatırlanır. Yazımızda ümummilli liderin hər zaman hörmət və məhəbbətlə yad etdiyi orta məktəb müəllimlərindən, Şeyx Məhəmməd Rasizadədən bəhs etmək istəyirik. 
      Naxçıvanda orta məktəbdə oxuduğu illəri, müəllimlərini həmişə hörmət və ehtiramla xatırlayan dahi rəhbər Heydər Əliyev 2 sentyabr, 1996-cı ildə Bakının Nərimanov rayonunda yeni orta  ümumtəhsil məktəbinin açılış mərasimindəki nitqində demişdir: "Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumağım mənim üçün çətin olmayıb. Əksinə, burada olduğu kimi, tələbələr arasında da seçilmişəm….”. İndiyə qədər həyatımda  keçdiyim yol mənim biliyim, elmim  – hamısı məhz orta məktəbdə aldığım təhsillə bağlıdır, müəllimlərin mənə verdiyi biliklərlə bağlıdır, müəllimlərin mənə  və o illərdə oxuyan  mənim kimi gənclərə göstərdikləri qayğıkeşliklə  bağlıdır, eyni zamanda  mənim kimi bizim də, xüsusən mənim müəllimə böyük hörmətimlə, ehtiramımla  bağlıdır. Mən indi də – on illər keçib üstündən – müəllimlərimi heç vaxt unutmamışam  və ömrümün son dəqiqəsinə qədər unutmayacağam. Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir  məfhum olubdur. Mən bu gün müəllim qarşısında  baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirir, Azərbaycan müəllimlərinə bundan sonra da öz işlərində uğurlar arzulayır, cansağlığı və səadət diləyirəm”.
     12 oktaybr, 1999-cu ildə Naxçıvan MR-nın təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasındakı nitqində Nахçıvаn məktəbindəki müəllimlərini xatırlayan  Heydər Əliyev deyirdi: "О dövrdə аldığım təhsil gələcək həyаtımın bütün mərhələlərində mənə yаrdım еdibdir… Nахçıvаn məktəbində müəllimlərimin mənə vеrdiyi dərslər, о cümlədən bаşqаlаrı ilə bərаbər аnа dili, ədəbiyyаt dərsləri mənim bugünkü dilimin əsаsını təşkil еdir. Оnа görə mən öz müəllimlərimi həmişə хаtırlаyırаm.
     Bilirsiniz ki, mən böyük həyаt yоlu kеçmişəm, yаşım dа аz dеyildir. Çох şеylər, çох insаnlаr görmüşəm, çох böyük şəхsiyyətlər görmüşəm. Yаddа qаlаnlаrı dа, qаlmаyаnlаrı dа vаr. Аz yаddа qаlаnı vаr, çох yаddа qаlаnı vаr. Аmmа sizə dеmək istəyirəm ki, ən yаddа qаlаnlаr, mənim üçün əziz аdаmlаr Nахçıvаndаkı müəllimlərimdir…”.
   Ümumiyyətlə, müəllimlər hər bir insanın həyatında silinməz izlər buraxır. Xüsusilə təhsillə, məktəblə, dərslərlə qarşılaşdığımız ilk gündən əlimizdən tutub bizimlə var olan orta məktəb müəllimləri. Heydər Əliyevin etiramla xatırladığı "yadda qalan”, "əziz adamlar”dan, dəyərli müəllimlərindən biri də orta məktəbdə ona dərs deyən, filosof şair-dramaturq Hüseyn Cavidin qardaşı, 1906-cı ildən ömrünü müqəddəs müəllimlik peşəsinə həsr edən maarifpərvər Şeyx Məhəmməd Rasizadədir. 
     "Müəllim” ərəbcədən tərcümədə "dərs keçən, tədris edən”, geniş mənada Azərbaycan dilinin izahlı lüğətində məktəbdə hər hansı bir fəndən dərs deyən adam, nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən deməkdir. İlk növbədə müəllim - insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir. Bütün bu sözlər XXəsrin əvvəllərindən Naxçıvanda gedən təhsil proseslərin tam mərkəzində olan Şeyx Məhəmməd Rasizadəyə aid etmək olar. Sadalanan bütün xüsusiyyətləri özündə birləşdirən Şeyx Məhəmməd Rasizadə hər şeydən öncə yaxşı insan, marifpərvər, savadlı, peşəsini sevən müəllim və vətənpərvər idi. 
    Naxçıvan mühitinin möhtəbər şəxsiyyətlərindən olan  "Çətin şəraitdə ədəbiyyatın, mədəniyyətin, savadın yüksəlişinə xidmət edən Şeyx Məhəmməd Rasizadənin Naxçıvanda maarifin və pedaqoji kadrların ilk dəstəsinin hazırlanmasında xidmətləri əvəzsizdir. Bütün tələbələrinə ürəkdən bağlanan, onlara elmin yollarında məşəl olan, insanları maarifə, mədəniyyətə, elmə, təhsilə səsləyən, elmli, "ciddi”, "ötkəm”, ciddi olduğu qədər də tələbələrinə qarşı diqqətli olan bu müqəddəs və möhtəbər insan dərs dediyi tələbələrinin, başda ümummilli lider Heydər Əliyev olmaqla, akademiklər Yusif Məmmədəliyev, Məmmədcəfər Cəfərov, Həsən Əliyev və Abbas Zamanov, Lətif Hüseynzadənin yaddaşında əbədilik qazanıb. Şeyxin "uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimi olan tələbələrindən  dünya şöhrətli siyasi lider Heydər Əliyev müəllimliyin və müəllimin cəmiyyətdəki yerini yüksək dəyərləndirmişdir: "Müəllimlik çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün, doğrudan da, çox qiymətlidir". Vaxtı ilə dərs dediyi dünya şöhrətli siyasətçinin uzun illər sonra müəllimi Şeyx Məhəmməd Rasizadə haqqında dediyi sözlər Şeyxin "həqiqi müəllimliyi" və cəmiyyət üçün necə dəyərli olduğunun təsdiqi kimi çox əhəmiyyətlidir:  "O, mən uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimim olub. Xatirimdədir, çox ciddi müəllim idi. Bizi yaman sıxışdırardı. Amma dili də çox yaxşı öyrədirdi" (Hüseynov, 2007, s.444)
      Şeyx Məhəmmədin pedoqji fəaliyyəti XX əsrin mürəkkəb və ziddiyyətli dövrünü əhatə edir. 1920-ci illərin bütün cəmiyyəti ağuşuna aldığı ziddiyyətli və mürəkkəb inkişaf prosesləri, təhsil ocağına da təsirsiz qalmamış, inqilabdan sonrakı illərdə bütün sahələrdə olduğu kimi, təhsil və maarif sistemində də  keçmişlə əlaqəni kəsmək, təhsili "yenidən və bolşevikcəsinə” qurmaq məqsədi ilə ciddi iş aparılmağa başlamış, "keçmişlə qarşılıqlı əlaqəni pozmaq, ona hakimlik etmək, onu müasir şəraitə süni şəkildə "uyğunlaşdırmaqla” məşğul olmaq kimi yol verilməz hallar baş qaldırmışdı. Tədris planı və proqramlarının tez-tez dəyişilməsi və məcburi olmaması tədrisin keyfiyyətini xeyli aşağı salmışdı” (Rzayev, 2019, s.32-33). Cətin şəraitdə, dərslik və tədris vəsaitlərinin yox dərəcəsində olduğu bir zamanda fəaliyyətə başlayan , Şeyx Məhəmmədin də dərs dediyi Naxçıvan Zükur Pedaqoji Texnikumu təlim-tərbiyə işlərində də bir sıra çətinliklərlə üzləşmişdi. Bu zaman "texnikumun ədəbiyyat müəllimləri etirazlrını bildirmişlər.  Məhəmməd Rasizadə və Qəzənfər Hacılının "Türkcə dərslərin gedişi” adlı yazısından  məlum olur ki, dördüncü sinifdə oxuyan uşaqlar bütün təhsil müddəti ərzində üç proqram əsasında dərs keçməli olmuşlar. Əlbəttə, bu da tədrisin keyfiyyətinə öz mənfi təsirini göstərməyə bilməzdi. Texnikumda istifadə olunan birinci proqram oktyabr inqilabının ilk ilində Rusiya məktəbləri üçün nəzərdə tutulmuşdur. Həmin proqramda klassik ədəbiyyatın geniş şəkildə tədrisi nəzərdə tutulmuşdu, dil dərsləri demək olar ki, keçirilmirmiş. Proqramın bu cür nöqsanlarını müşahidə edən Şeyx Məhəmməd və Qəzənfər Hacılı proqramın "tələbələr üzərində təcrübə edilməsi”ni tənqid etmişdir. İkinci proqramda məşhur təlim qaydası-məlumdan məchula getmək yolu əsas götürülərək əvvəlcə müasir ədəbiyyatın tədrisindən başlayıb türklərin islamiyyətdən əvvəlki ədəbiyyatına doğru getməyi nəzərdə tuturdu. Bu məsələ, o dövrün Azərbaycan ictimai-pedaqoji mühitində geniş mübahisələrə və müzakirələrə səbəb olmuş və yarasız sayılaraq rədd edilmişdir. Məktəbin dil-ədəbiyyat müəllimləri Məhəmməd Rasizadə və Qəzənfər Hacılı bu məsələdə də o dövrün görkəmli pedaqoqlarının mövqeyini müdafiə etmiş, fikir bildirmişdi: "həmin proqramın naqis tərəfi ondadır ki, ancaq osmanlı şivəsində vücuda gələn türk ədəbiyyatı ilə Azərbaycan türkcəsində olan ədəbi parçalar” () saxlanmışdır. Adı keçən məqalədə müəllimlərin ədəbiyyat fənninin tədrisinin yaxşılaşdırılması haqqında təklifləri də yer almışdı. Dil dərslərinin keçirilməməsindən narahat olan və keçirilməsinin vacibliyini vurğulayan Məhəmməd Rasizadə və Qəzənfər Hacılının verdiyi təkliflər onların pedaqoji biliyi və səriştəsi ilə seçilən, pedaqoji yenilikləri izləyən və bu yenilikləri saf-çürük etməyi bacaran bir pedaqoq olduqlarının təsdiqidir. Fikrimizcə, müəllimi olduğu ümummilli lider Heydər Əliyevin 12 oktaybr, 1999-cu ildə Naxçıvan MR-nın təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasındakı nitqində dediyi: "Nахçıvаn məktəbində müəllimlərimin mənə vеrdiyi dərslər, о cümlədən bаşqаlаrı ilə bərаbər аnа dili, ədəbiyyаt dərsləri mənim bugünkü dilimin əsаsını təşkil еdir. Оnа görə mən öz müəllimlərimi həmişə хаtırlаyırаm”, - sözlərindən ən böyük pay müəllimi dülşünas Şeyx Məhəmməd Rasizadəyə düşür.
    "Şeyx Məhəmmədin ötkəm müəllimlik bacarığı haqda ilk şəhadəti 1996-cı ilin oktyabrında Naxçıvanda Cavid məqbərəsinin açılışı səfəri zamanı Heydər Əliyevdən eşidən" akademik Rafael Hüseynov yazır: "O arada İran İslam Respublikasının birinci müavini, Baş nazir Həsən Həbibi Azərbaycan səfərini başa vurub Naxçıvandan vətəninə dönərkən yolüstü Azərbaycanın dövlət başçısı ilə görüşmüşdü, həmin qəbulda Prezident əsas mətləblərə keçməzdən qabaq Cavidin o siyasi kontekst üçün söylənilməsi önəmli cəhətlərindən bəhs etmiş, İran İslam Cümhuriyyətinin yüksək kürsülərindən birini tutan qonağa şairin ruhani ailədən çıxmasını Təbrizdə, Urmiyədə təhsil almasını demiş, yaradıcılığındakı islam, İran əks-sədalarından söz salmış, "Xəyyam", "Səyavuş", "Peyğəmbər"dən danışmış və əlavə etmişdi ki, Cavidin böyük qardaşı Şeyx Məhəmməd də İranda oxuyub:  "O, mən uşaqkən müəllimim olub" (Hüseynov, 2007,s.447).
      O günlərdə "Unudulmaz Heydər Əliyev R.Hüseynova bir xatirə də danışıb: "Həmin uzaq 1930-cu illərin əvvəllərində səhər dərsə gedəndə yola düşmüş bir kitab görür. Əvvəli və sonu olmayan bu yarıcırıq kitabı maraqla vərəqləyən uşaq birdən arxadan tanış səs eşidir. Elə onun kimi məktəbə gedən istəkli müəllimi Şeyx Məhəmmədin səsini. Şeyx Məhəmməd də bu kitabı alıb baxır. Hansısa yazıçının ruscadan tərcümə edilmiş hekayəsiymiş. Və təcrübəli müəllim dərhal sevimli şagirdinə tapşırıq verir: "Sabah inşa yazımız var. Bu yarımçıq hekayəni oxu. Əvvəli-axırı yoxdur. Hadisələrin məntiqinə uyğun olaraq başlanğıcını və sonunu inşanda bərpa elə." Məktəbli Heydər Əliyev ertəsi gün həmin inşanı yazır, əvvəli və sonu olmayan hekayəni məntiqi sapa düzərək tamamlayır, bütövləşdirir və "əla" qiymət alır. Millət və Dövlət İnşasından da qiyməti "ƏLA" olan Heydər Əliyevə o biri "əla"nı şagirdinə qırmızı qələmiylə əziz müəllimi, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd yazmışdı" (Hüseynov, 2010)
    Tələbəsinin vurğuladığı kimi, ən çətin şəraitdə ədəbiyyatın, mədəniyyətin, savadın yüksəlişinə xidmət edən Şeyx Məhəmməd "insanlara xidmət etmək, elm, təhsil vermək, öyrəndiklərini öyrətmək, insanları maarifləndirmək naminə müəllimliyə başlamışdı və mükəmməl müəllimlərdən idi. Mükəmməl müəllimliyi ilə yanaşı, həm də xeyirxah bir insan olan Şeyx Məhəmməd tələbələrinə yalnız dərs verməklə kifayətlənməyib, onlara diqqət, qayğı və doğru yol göstərib.”  Hər bir yetirməsinin uğuruna öz balalarının uğuru kimi sevinən "Şeyx Məhəmməd həm də qızların oxumasının, maariflənməsinin tərəfdarı olub, dərs dediyi tələbə qızların oxumasında elmə, sənətə yönəlməsində müstəsna xidmətlər göstərib. Şeyxin dərs dediyi xanımlardan Zəroş Həmzəyeva Xalq artisti, Şəmsinur həkim, Zərqələm müəllim adını qazanıb (Əsgərzadə,2018,s.61).
    Azərbaycanın vətənpərvər şairi Abbas Səhhət yazırdı: "Məsləkim tərcümeyi-halımdır, Lütfi-həq qayeyi-amalımdır." Dərin elmi biliyə, zəngin pedoqji fəaliyyətə malik olan Məhəmməd Rasizadənin məsləyi, amalı "öyrənmək” və "öyrətmək” idi.  
     Elm və din yolçusu, Azərbaycanın işıqlı şəxsiyyətlərindən olan Şeyx Məhəmməd Rasizadə tələbəsi - dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin yaddaşında əbədilik yaşayan xoşbəxt insanlardandır. Əbədilik qazanmaq, xidmət etdiyi missiya ilə tarixdə yaşamaq haqqı qazanmaq insanın öz əlindədir.  Müqəddəs missiyaya xidmət edənlər, insanlara elm, təhsil yolunda yoldaşlıq edən, vətənə, xalqa məhəbbətlə xidmət edənlər həm xalqın tarixdə, həm də insanların qəlbində, xatirələrində əbədiyyən yaşayır, hörmətlə yad edilir. Bizdən sonra çox şey dəyişdirilə bilər, lakin insanların yaddaşındakı xatirələri dəyişdirməyə, yenidən pozub yazmağa kimsənin gücü çatmaz. Hər kəs ünsiyyətdə olduğu insanların qəlbinə necə nüfuz etmişsə, elə  xatırlanır. Bu cümləni astarından oxusaq, bir insan xatirələrdə necə qalmışsa, elə yaşamışdır. Dünyasını dəyişmiş hörmətli şəxs haqqında işlədilən evfemistik bir ifadə var; əbədi və ya əbədilik. Maarif xadimi, elm və din yolçusu Şeyx Məhəmməd Rasizadə də əməlləri və xidmətləri ilə xalqının tarixində və təhsilində iz qoymuş, könüllərdə əbədiyyən yaşamaq haqqı qazanmışdır” (Əsgərzadə, 2022)
Platon deyirdi: "Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir.”  Platonun Tanrı sənətinə xidmət edən müəllimləri "vətən”, "ana”,”dil”, "əlifba”, "elm” , "alim” kimi dəyərləndirən Dərgah Mehdiyev yazır:
"Necə müqəddəssən, necə əzizsən, 
Vətənsən, anasan, dilsən, müəllim. 
Hər insan ömründə şərəfli izsən, 
Solmayan çiçəksən, gülsən, müəllim,
 Əlifba da sənsən, elm də sənsən, 
Kəşflər eyləyən alim də sənsən, 
Əhsən bu qüdrətə, bu ada əhsən, 
Ucaldan, yaradan əlsən, müəllim... "

     Heydər Əliyеv 26 sentyabr, 1998-ci il Azərbaycan Müəllimlərinin I qurultayındakı nitqində demişdir: "…hər bir müəllim bilməlidir ki,  оnun üzərinə düşən vəzifə, оnun dövlət üçün, millət üçün, Аzərbаycаn хаlqı üçün gördüyü iş bütün bаşqа sаhələrdə fəаliyyət göstərən insаnlаrın hаmısının işindən ən gərəklisidir, ən lаzımlısıdır.” "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, - deyə müəllimi və müəllimliyi yüksək dəyərləndirən ümumimilli lider Heydər Əliyev, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyətinin durduğunu” vurğulayarkən bu dəyərdən müəllimi Şeyx Məhəmməd Rasizadəyə də pay düşür.  
    Həmçinin dərs dediyi tələbənin işıqlı gələcəyinin olması, dövlət idarə etməsi, dövlətçiliyə, azərbaycançılığa xidmət etməsi, millətini dünya siyasət arenasında layiqincə təmsil etməsi  müəllim üçün böyük xoşbəxtlik və fəxarətdir. Ümummilli liderin etiramla andığı müəllimi Şeyx Məhəmməd Rasizadə də belə xoşbəxt müəllimlərdəndir ki, dərs dediyi tələbəsi xalqına, millətinə  müəllimlik etmiş, doğru yol göstərmiş, "Millət müəllimi”, "Xalq müəllimi” adına layiq görülmüş dahi şəxsiyyətdir. 
    Cəmiyyətin ən qiymətli sərvəti sayılan uşaqları etibar etdiyi müəllimlərin dərin еlmi-pеdаqоji biliklərə yiyələnməsini və оnlаrı tələbələrə çаtdırа bilməyi vаcib аmillərdən sаyan, müəllimlərin mənəvi tərbiyəsinə, yüksək əхlаqi kеyfiyyətlərə yiyələnməsinə xüsusi əhəmiyyət vеrən "Millət müəllimi” Heydər Əliyevin müəllimlik peşəsinə verdiyi qiymət, müəllimlik təlim və tərbiyə haqqında söylədiyi müdrik fikirlər çəkisinə görə  çox qiymətlidir. Dünən də,  bu gün  də, sabah da  aktualdır və mühüm əhəmiyyət kəsb edir. Müdrik insanın, ulu öndər Heydər Əliyevin orta təhsilin qarşısında duran vəzifələrlə bağlı dəyərli tövsiyələri bütün zamanlar üçün keçərli bir "fəaliyyət proqramı”dır. Bu gün Ümummilli Lider, "Millət müəllimi”nin siyasi irsinin davamçısı Prezident İlham Əliyev dövlət idarəçiliyində, daxili siyasətdə, diplomatiyada Heydər Əliyev kursunu ləyaqətlə davam etdirməsi gələcəyimizin təminatıdır.

Lütviyyə ƏSGƏRZADƏ,
filologiya elmləri doktoru,
N.Gəncəvi adına Ədəbiyyat İnstitutu.



Oxunub: 216






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim