reklam
USD
27 ℃
EUR
BAKI

Laçın-Xankəndi yolu: Ekoaksiyada gecə saatlarında da yüksək canlanma müşahidə olunur

REPORTAJ / 21.02.2023 01:40

Gün ərzində Rusiya sülhməramlılarına məxsus 61 avtomobil aksiya ərazisindən sərbəst keçib


Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyası 71-ci gün gecə saatlarında da çoşqu ilə davam edir, yüksək əhvali-ruhiyyə hökm sürür.

"carciTV" xəbər verir ki, gün boyu olduğu kimi, ekofəallar gecə saatlarında da fəallıq nümayiş etdirir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsi məqsədilə şüarlar səsləndirirlər.

Hazırda aksiya iştirakçıları yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış şüarların yer aldığı plakatlar qaldırıblar.

Ekofəalların ilk günlərdən bəri səsləndirdikləri şüarlar dəyişməz olaraq qalır: "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, "Azərbaycan vahiddir, sərvətinə sahibdir”, "Ekoloji cinayətə son”, "Stop ecocide”, "Stop Mining”, "Берегите природу”, "Экоциду нет, Мониторингу да”

Azərbaycanın təbii sərvətlərinin istismarı və talanmasına etiraz edən aksiya iştirakçıları hazırda yüksək əzmkarlıq və qətiyyət nümayiş etdirirlər. Ərazi humanitar məqsədlər üçün tam açıqdır, nəqliyyat vasitələrinin sərbəst hərəkətinə heç bir maneə yoxdur. Könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, ekoloji cinayətə son qoyulmasını, faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını israrla tələb edirlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.

Gün ərzində Rusiya sülhməramlılarına məxsus 61 avtomobil aksiya ərazisindən sərbəst keçib. Bu da onu göstərir ki, aksiya ilə bağlı erməni mətbuatında yer alan məlumatlar həqiqəti əks etdirmir. Adəti üzrə onların yaydığı belə məlumatlar anti-Azərbaycan ruhlu növbəti avantüradır.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "Azer Gold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Oxunub: 209






SON XƏBƏRLƏR

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim