AZƏRBAYCANIN DİLBƏR GUŞƏSİ QARABAĞ
CANLI TV / 22.02.2023 00:35
"carciTV” TƏQDİM EDİR
Bayramlı Aygün Rauf qızı 1995-ci ildə Beyləqan rayonunda anadan olub. 2001-ci ildə Beyləqan rayon N.Allahverdiyev adına şəhər 1 saylı orta məktəbin 1-ci sinfinə, 2003-cü ildə T.H.Niyazi adına uşaq musiqi məktəbinin fortepiano şöbəsinə qəbul olub. Həmin məktəbləri bitirərək, 2010-cu ildə Asəf Zeynallı adına musiqi texnikumuna daxil olub. Texnikumu bitirərək 2014-cü ildən bu günə kimi Kürdəmir Regional Mədəniyyət İdarəsi Beyləqan rayon T.H.Niyazi adına Uşaq Musiqi məktəbinin fortepiano şöbəsində müəllim işləyir. 2019-cu ildə Azərbaycan Milli Konservatoriyasının Musiqi tarixi və nəzəriyyəsi fakültəsinin Musiqişünaslıq ixtisasına qəbul olmuş və hazırda qiyabi təhsil alır.
2016-cı ildən Azərbaycan Müəlliflər İctimai Birliyi tərəfindən Müəllif adına layiq görülub. 2021-ci ildə Rusiya Federasiyası Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində, keçirilən "Dünya xalqlarının musiqisi fortepiano üçün” adlı V Beynəlxalq festival müsabiqəsində Azərbaycan Milli Konservatoriyasının tələbəsi kimi uğurla çıxış edərək, 2-ci laureat adına layiq görülüb. 2022-ci il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kürdəmir Regional Mərəniyyət İdarəsinin dəstəyi ilə "Şuşa İli”nə həsr olunmuş "Yeni bir səhər" adlı kitabı nəşr olunub. 6 dekabr 2022-ci il tarixində Azərbaycan Milli Konservatoriyasında keçirilən "Şuşa Azərbaycanın Mədəniyyət Paytaxtı" adlı konfrans-müsabiqədə iştirak edərək "Yeni bir səhərə açılan Şuşa" adlı mövzu ilə 1-ci yerə layiq görülüb.
"carciTV"nin Mədəniyyət şöbəsinin aparıcısı Aygün Bayramlının Şuşa haqqında yazısını təqdim edirik.
AZƏRBAYCANIN DİLBƏR GUŞƏSİ - QARABAĞ
Özündə xalqın mədəni və mənəvi həyatını cəmləşdirən, təbii gözəllikləri, memarlığı, incəsənəti, ədəbiyyatı, böyük tarixi ilə seçilən Vətənimizin əsrarəngiz, doğma diyarı. O diyar ki, xalqa böyük şəxsiyyətlər, böyük sənətkarlar bəxş edib. Şuşa - sıldırım qayalar üzərində bərq vuran sehrli şəhər. Şüşə kimi par-par yanan şəhər. Qarabağın gözü. Zəngin musiqi həyatı, mədəniyyəti, ədəbiyyatı, yetirdiyi çoxsaylı xanəndələr, sazəndələr sayəsində Qafqazın Konservatoriyası adlanan, böyük sənət yollarının başlandığı sehrli diyar. Azərbaycan musiqisinin məbədi Şuşa. Muğam ocağımız, Memarlıq salnaməmiz, 270 yaşlı uca şəhərimiz... Dahi Üzeyirin, Cabbarın, Bülbülün, Natəvanın, Xan əminin göz açdığı, böyüyüb boya-başa çatdığı sənət beşiyi. Şuşa həm təbiətən, həm də tarixən zəngin şəhər olub. Bəlkə də, bir şəhərdən daha artıqdır. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək, "Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan güşəsidir. Şuşanı yaradanlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük tarixi abidədir”. Bəli, Şuşa tarixi abidədir. Hətta tarixin özüdür Şuşa. İllər boyu əsirliklər yaşayıb, tarixin ağır sınaqlarına dözüb, dayanıb. Sinəsini zülmətlərə gərib, dayanıb, dayandıqca Allaha pənah aparıb. O görünən ev bizimdir, Sökülü, uçuq olsa da, Qapısız, pəncərəsiz, Lap yarımçıq olsa da, O ev bizim evimizdir... Atam tikmişdi o evi, Xatirəsi dünya boyda, Səhərəcən nənəm tikən Çiçəkli qırmızı donda, Oynayırdım Qışda, payızda, yayda... Alçaq hasarlı olardı, Yolları qabarlı olardı, Bol nübarlı olardı Bizim bağçamız. Hər cığırında izlərim, Hər küçəsində əzizlərim, Dolub-daşardı nəşəmiz, Bizim məhəlləmiz... Səhər azan ucalardı... Bizdən sonrakı məhəllədə Dədə Cabbar qocalardı, O küçənin ayağında Xan əminin evi idi, Sonra sağdakı məhəllədə Ustad Qurban Pirimovdu. Üzeyir bəy musiqisi, Natavanın zərif sözü, Bülbülcanın elə özü Bizim məhəlləmizdə idi... Şüşə idi şəhərim, Par-par alışıb yanırdı, Şuşa idi şəhərim - Başın duman alırdı... Göz-gözü görməz idi, Amma elə təmiz idi, Elə bil nağıl idi Məhəlləmiz... Qonşuları mehriban, Can yandıran, dada çatan, Bayramlarda ocaq quran Şən-şaqraqdı məhəlləmiz, Elə gözəldi küçəmiz... Daşları xınalı olardı, Suları sonalı olardı, Qonaqlı-qaralı olardı Şəhərimiz... Əvvəl uzaqda olurdu, İndi yaxına gəlib... Nə olsun ki,dağılıb, Nə olsun ki, köhnəlib, Lap qapısı olmasın, Atam yenə qapı tikər... Bircə o ev dağılmasın, O evdə xatirəm var, Daşında, divarında Hamısında xatirəm var... O görünən bizim evdir, Sökülü, uçuq olsa da, Lap yarımçıq olsa da, O ev bizim evimizdir... Bu diyarın Azərbaycan xalqına bəxş etdiyi fövqəladə hadisə var. O, Üzeyir bəydir. Azərbaycanın tanınmış musiqi tarixçilərindən biri Q.Qasımov Üzeyir bəyin uşaqlıq həyatından ən maraqlı məqamları bəstəkara həsr etdiyi kitabında belə təsvir edir: "Üzeyir azad bir quş kimi bağçalarda, çəmənliklərdə böyüyürdü. Başında yekə bir kəndçi papağı, oynaq gözlü, zarafatcıl bir uşaq öz həmyaşıdları ilə birgə Qacara qarşı ilk müqavimət göstərən qalanın hər tərəfini dolaşar, Vaqifin gəzdiyi yerləri bir-bir gəzər, Natəvanın evini, bağçasını gözdən keçirər, onların şeirlərini əzbərdən söyləyib, arabir eşitdiyi mahnıları zümzümə edərdi. O, oxuyurdu, qəlbən, daxilən, hiss edərək oxuyurdu.Bu səs o qədər gözəl, şirin idi ki, anası Şirin xalanın belə gözlərində sevinc göz yaşlarının axmasına səbəb olurdu. Üzeyirin bu məlahətli səsi artıq hamının nəzər diqqətini cəlb etməyə başlamışdı. Qarabağda yenicə intişar tapmış fonoqraf Üzeyirin səsini də böyük xanəndələrlə birgə yazmışdı. Şirin xala həmişə deyərdi; Maşallah, lap bülbül kimi cəh-cəh vurur”. Sonralar Üzeyir bəy ifaları haqqında səmimi, sadə etiraflar edərək bildirir ki: "Mən musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. Onlar məni oxudar, öyrədərdilər”. Bu gün dahi Üzeyir bəyin yazdığı əsərlər Qarabağ torpağında yenidən səslənir. Yenə o torpaqların musiqisi öz yerinə-yurduna, havasına, torpağına hopur. Bu musiqi hər səsləndikcə, yenidən doğulur Üzeyir bəy.Təzələnir Şuşa. Təmizlənir, paklanır müqəddəs torpağımız. Bu musiqidən Xarıbülbül qidalanır, cana gəlir, bu musiqidən İsa bulağı coşur, çağlayır, bu əsərləri duyan Şuşa qalası bir az da güc-qüvvət alır, qürrələnir, sevinir Cıdır düzü, şaxə qalxır Qarabağ atları! Bu torpaqlarda musiqimiz can tapdıqca mədəniyyətimizin sütünları bir az da möhkəmlənir!
Aygün BAYRAMLI,
"carciTV”nin Mədəniyyət şöbəsinin aparıcısı.
Oxunub: 345
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim