“Araz Vadisi İqtisadi Zonası” Şərqi Zəngəzurun dirçəlişində mühüm rol oynayacaq
CANLI TV / 22.02.2023 11:10
"carciTV" TƏQDİM EDİR
"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülən işlərli təqdim edirik..
200 hektar ərazini əhatə edən Sənaye Parkında 1,5 hektar sahədə mobil şəhərcik salınıb. Şəhərcikdə konteyner tipli yataqxanalar, ofis, aptek, anbar, mağazalar, yeməkxana və digər xidmət obyektləri yaradılıb. Tikinti aparılacaq sahənin və mobil şəhərciyin su ilə təmin edilməsi məqsədilə 65 kubmetr/saat gücə malik 2 ədəd 120 metr dərinliyində subartezian quyusu istifadəyə verilib. Hazırda Sənaye Parkında inzibati binanın tikintisi işləri aparılır, binanın beton konstruksiya və hörgü işləri tamamlanıb. Həmçinin 110/35/6 kV-luq elektrik stansiyasının özülündə qazıntı işlərinə və su anbarının tikintisinə başlanılıb.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İqtisadi Zonalarda İnfrastruktura dəstək şöbəsinin mütəxəssisi, inzibatçı rəhbər Malik Hacıyev bildirib ki, Prezident İlham Əliyevin 2021-ci il oktyabrın 4-də imzaladığı Fərmanla yaradılan "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı logistik baxımından çox əlverişli ərazidə təşkil olunub. Bu, sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, Sənaye Parkı yeni salınan magistral avtomobil yolu və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və əks istiqamətə, eləcə də Azərbaycan üzərindən Rusiyaya yüklərin daşınması üçün yeni əlverişli imkanlar yaradır. Sənaye Parkı gələcək fəaliyyətdə ətraf rayonlar üçün də əlverişli, əlçatan ərazidə yerləşir. "Araz Vadisi İqtisadi Zonası” Şərqi Zəngəzurun dirçəlişində mühüm rol oynayacaq.
"Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 2 rezidenti və 1 qeyri-rezidenti var. Rezidentlər tərəfindən 17,8 milyon manat investisiya yatırılması, 250-dən artıq iş yerinin yaradılması gözlənilir. Sənaye Parkında ilk müəssisənin bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Hazırda burada Rusiyanın "KamAZ” ASC ilə "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin tikintisi həyata keçirilir. Digər rezident "Prestij-Kimya” MMC isə dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalını həyata keçirəcək zavod inşa edəcək.
Gəncə avtomobil zavodunun nümayəndəsi Siyavuş Əliyev bildirib ki, servis mərkəzi əsas bina, qazanxana, su anbarı və avtoyumadan ibarətdir. Artıq 3 hektar ərazidə hasarlama işi görülüb. Ərazi şaquli planlaşdırma aparılaraq hamarlanıb, su xətləri çəkilib. Qazanxananın əsas binası hazırdır. Su anbarında avadanlıqlar quraşdırılıb. Əsas korpusda metal-konstruksiya, örtük panellərin örtülməsi üçün hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Həmçinin bu il yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün əlavə güzəştlər tətbiq ediləcək. Bu ərazilərdə fəaliyyət göstərəcək sahibkar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunacaq. Bu güzəştlərin tətbiqi nəticəsində sənaye zonalarında sahibkarlıq fəaliyyəti daha da inkişaf etdiriləcək, yeni investisiyaların cəlb olunması baxımından çox əlverişli biznes mühiti formalaşacaq.
Oxunub: 86
08.06.2026
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:30 Azərbaycan millisi Çövkən üzrə Dünya Çempionatına qələbə ilə başlayıb
10:28 Klassik və sürət avtomobillərinin festivalı başa çatıb
10:22 Səyyar ASAN xidmət Gürcüstanda vətəndaşlara xidmət göstərib – Reportaj
10:19 Balakəndə müasir meyvə bağları və ting ixracı genişləndirilir - VİDEO
10:15 AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib - VIDEO
10:11 Yaponiyada "Panç"ın volyerinə daxil olan amerikalılar cəzalandırıldılar - VİDEO
10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
10:05 Azərbaycan dilini öyrənmiş astanalı qız: Musiqi mənim müəllimim olub
10:02 FHN: Ötən həftə ərzində 443 yanğına çıxış olub, 7 nəfərin meyiti təhvil verilib
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR10:09 Filippində 7.8 ballıq zəlzələ: Əhaliyə sunami xəbərdarlığı - VİDEO
10:07 İmişli sakini Araz çayında batdı
09:40 I və IV qruplar üzrə qəbul imtahanlarının CAVABLARI AÇIQLANDI
16:54 Birinci vitse-prezident Mehriban Əliyeva minifutbol üzrə Azərbaycan millisini təbrik edib
09:51 Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib VİDEO
09:56 Prezident İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
10:47 Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen oyun vaxtı huşunu itirdi - VİDEO
10:47 Taekvondoçu Qaşim Maqomedov Romada bürünc medal qazanıb
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
00:23 HƏYATINI VƏTƏNİNİN İNKİŞAFINA HƏSR EDƏN PREZİDENT
Təqvim