reklam
USD
18 ℃
EUR
BAKI

"Mehriban xanımın qayğısı ilə yenidən həyata döndük"

XƏBƏR / 22.02.2023 11:35

"carciTV" TƏQDİM EDİR

Yüksəkkeyfiyyətli protezlərlə təmin olunan Vətən müharibəsi əlilləri Birinci vitse-prezidentə minnətdardırlar


      Alimlərin "hiss edən protez ayaq" ixtira etdikləri və gələcəkdə istifadəyə veriləcəyi barədə bir müddət əvvəl xarici mətbuatda yayılan xəbərlər yəqin ki, bir çoxlarına inandırıcı gəlməyib. 
Həmin xəbərlərdə bildirilirdi ki, "ağıllı" protezi quma, qara və ya suya toxunduran şəxs ayağının nəyin üstündə olduğunu gözüyumulu təxmin edəcəkdir. Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin də ölkəmizdə bu sahədə mütərəqqi yeniliklərə imza atıldığının şahidi olduq.  
Mərkəzdə hazırlanmış protezlərlə təmin edilmiş vətəndaşlar, eləcə də Vətən müharibəsi əlilləri həmin protezlərlə kifayət qədər sürətli hərəkət edə, pilləkənləri rahatlıqla düşüb-qalxa, həmçinin müxtəlif idman növləri ilə məşğul ola bilirlər. Görünür, bu protezlərin hiss etmə "qabiliyyəti" olmasa da, istifadəçilər süni aşağı və yuxarı ətrafları özününküləşdirməyi bacarıb, onlarla kifayət qədər dostlaşa biliblər. Əlbəttə ki, bunun üçün protezi hazırlayanların peşəkarlığı, istifadəçilərin möhkəm iradəsi və belə xoş missiyanın reallaşdırılması üçün xeyirxah təşəbbüskarlığın mövcudluğu vacib amildir.  Nəzərə alanda ki, həmin mexaniki və elektron protezləri hazırlayanlar illərin peşəkarları, istifadə edənlər 44  günlük Vətən müharibəsinin şanlı qəhrəmanları, onların qayğıkeşi isə xalqımızın qalib əsgərlərinin mənəvi anası birinci xanım Mehriban Əliyevadır, onda məsələ aydın olur.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə sağlamlığını itirən vətəndaşlarımızın müalicə və reabilitasiyası Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Döyüşlərdə ağır yaralanan hərbçilərimiz Heydər Əliyev Fondu tərəfindən Türkiyəyə göndərilir və ya onların müalicəsi üçün digər ölkələrdən mütəxəssislər dəvət olunur. Fond həmçinin sağlamlıqlarını itirmiş əsgər və zabitlərimizi yüksək texnologiyalı protezlərlə də təmin edir. 
Son illərdə, xüsusilə, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində qurulan müasir reabilitasiya infrastrukturu Vətən müharibəsi əlillərinin keyfiyyətli xidmətlərlə təmin edilməsi üçün mühüm potensial rolunu oynayır. Mərkəzdə müharibədən keçən iki ildən çox müddətdə əlillərin protezlərlə təminatının yüksək səviyyədə olmasına şahidlik etdik. Buradakı ab-hava, müharibə qəhrəmanlarına qarşı canıyananlıq təsdiq edir ki, xoş missiya və canla-başla görülən işlər aşağı və yuxarı ətraflarını itirmiş müharibə əlillərimizə yeni həyat bəxş edir.
Mərkəz əlilliyi olan şəxslər üçün müasir texnologiyalar əsasında protez-ortopedik məhsulların və digər reabilitasiya vasitələrinin istehsalı, əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. İstehsalat sahəsindən və stasionar şöbədən ibarət olan müəssisənin fəaliyyəti Nazirlər Kabinetinin 18 dekabr 2020-cı il tarixli qərarı ilə tənzimlənir. Sənədə əsasən, mərkəz tərəfindən 57 reabilitasiya vasitəsi hazırlanır və əlilliyi olan şəxslərə təqdim edilir. 
Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov deyir ki, həmin reabilitasiya məhsullarının əksəriyyəti mərkəzdə mövcuddur: "Müəssisədə istehsal edilən son nəsil protezlər itirilən orqanların funksiyasını 70-90 faiz təmin edir. Bu, amputasiyanın səviyyəsindən asılıdır. Müasir protezlərlə qazilərimiz rahat hərəkət edir, yük qaldıra bilirlər".

"Mən bu protezlə beş kiloqrama qədər yük daşıyıram, kompüter klaviaturasında yazıram, avtomobil idarə edirəm, hətta tennis oynaya bilirəm". Bu barədə danışan Samir Məmmədli deyir ki, protezdən istifadə qaydalarını öyrənməsi üçün ona təlim keçirilib və artıq yeni "qolu"na öyrəşib. 
Samir Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda silaha sarılan qəhrəman igidlərimizdəndir. 2020-ci il oktyabrın 5-də Suqovuşan uğrunda gedən döyüşlərdə yaralanıb. Bir ildən çoxdur ki, protezdən istifadə edir. Özünü o qədər yaxşı hiss edir ki, lazım gələrsə, lap elə protez qolu ilə də Vətənin keşiyində durmağa hazırdır. 
O, bizə yüksək texnologiyalı protezlərlə tennis oynamağın üsullarını göstərdi. Hətta xəbər tutduq ki, agentliyin təşkil edəcəyi tennis yarışlarına hazırlaşır. Ona göstərilən diqqət və qayğıdan razılığını ifadə edir: "Yaralandığım ilk gündən etibarən müalicə aldığım bütün müəssisələrdə xoş münasibətlərlə qarşılaşmışam. Protezləşmə prosesi də uğurla tamamlanıb, qısa vaxtda müvafiq işlər görülüb. Əziyyəti keçən hər kəsə, bizdən diqqət və qayğısını əsirgəməyən dövlətimizin rəhbərliyinə minnətdarlığımı bildirirəm".

Ehtiyatda olan baş leytenant, "Qarabağ" ordenli Əsgərzadə Bəkir də diqqətdən kənarda qalmayıb. İkinci Qarabağ müharibəsi zamanı, oktyabrın 3-də Suqovuşan uğrunda gedən döyüşlərdə sol ayağını dizdən aşağı itirdiyi üçün amputasiya olunub. Əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan Bəkir daha sonra  mərkəz tərəfindən protezlə təmin edilib. O dedi:
- Demək olar ki, əvvəlki həyatıma qayıtmışam. Təsəvvür edin, lap elə əvvəlki kimi velosiped sürməyi bacarır, futbol oynayıram. Hətta bu protez ayağımla top çiləyir, heç yorulmuram da... 
Bəkir əlavə edir ki, agentliyin əlilliyi oan şəxslər arasında keçirdiyi futbol yarışlarında tez-tez iştirak edir. Belə yarışlarda nə az, nə çox - 3 dəfə birinci yerə layiq görülüb: "Qazilərlə bağlı icra edilən dəstək proqramları, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xoş təşəbbüsləri bizi həvəsləndirir. Azad torpaqlarımızda qürurla atdığımız yeni addımlar bizə təzə ümidlər bəxş edir. Hələ ötən il, protezləşmədən 15 gün sonra ilk addımlarımı atmağa başlayanda bunu dərindən hiss etmişdim, sanki yeriməyi yenicə öyrənirmiş kimi mübarizə aparırdım. Müxtəlif əzalarını itirmiş yüzlərlə qaziyə yeni ümidlər bəxş etmək, onları həyata qaytarmaq əsl ürək işidir. Biz Mehriban xanımın qayğısı ilə yenidən həyata döndük".

Mərkəzin direktoru "Bəkirin sözünə qüvvət" verir. Deyir ki, İkinci Qarabağ müharibəsində yaralanmış qazilərimizin protezləşdirilməsi yekunlaşmaq üzrədir: "Həm müharibə zamanı, həm də postmüharibə dövründə 217 qazi amputasiya olunub. Onların 10-da iki ətraf amputasiya edildiyi üçün qazilərimiz ümumilikdə 227 ədəd protezlə təmin edilməlidirlər. 209 qazinin 218 protezlə təminatı artıq başa çatıb. Hazırda cəmi 9 nəfərin protezlə təmin olunması üzərində iş aparılır. Bunun səbəbi isə həmin qazilərin amputasiyasının yaralandıqdan uzun müddət sonra həyata keçirilməsidir. Həkimlər ümid yeri gördükdə zədələnmiş ətrafların amputasiyasına tələsmirlər, ona görə də belə vaxt fərqi yaranır. Qazilərin protezləşdirilməsinin gecikməməsi üçün əlimizdən gələni əsirgəmirik. Ona görə də amputasiya olunan qazilərin əlillik təyinatını gözləmədən protezləşdirilməsini həyata keçiririk".
A.Məcidov  həmçinin qeyd etdi ki, ümumilikdə 2022-ci ildə 67 min 254 nəfər bu və ya digər reabilitasiya vasitəsilə təmin edilib: "Bu göstərici 2021-ci ildəkindən 20 min çoxdur. Cari ilin yanvar ayında isə 5024 reabilitasiya vasitəsi fiziki məhdudiyyətli şəxslərə təqdim edilib. Nəzərə almaq lazımdır ki, müəssisə Vətən müharibəsindən sonrakı dövrdə mina partlayışı və sentyabr hadisələri zamanı yaralananları da ən müasir protezlərlə təmin edir. Postmüharibə dövründə agentliyin reabilitasiya müəssisələrində 2 min 949 nəfərə xidmət göstərilib. Ümumilikdə 1813 müharibə əlilinə 31 min 913 reabilitasiya vasitəsi verilib".

Daha sonra protezlərin istehsal prosesi ilə tanış olur, hazırlanmasında müxtəlif materiallardan istifadə edilən protezlərə yeni nəfəs verməyə can atan mütəxəssislərin iş fəaliyyətini müşahidə edirik. Onların missiyası olduqca məsuliyyətlidir. Burada çalışan işçilər əllərini, qollarını, ayaqlarını itirənləri yenidən həyata bağlamaq üçün qüvvələrini əsirgəmirlər. Mərkəzin emalatxanasında il ərzində təxminən 2 minə yaxın protez hazırlanır. Mütəxəssislər bildirirlər ki, bir protezin hazırlanması üçün təxminən 20 gün vaxt lazım olur. "Bu emalatxananın işi digərlərindən çox fərqlənir. Biz sanki cansız materiala yeni can bəxş etmək üçün çalışırıq", - deyə onlar bildirirlər.
Ümumiyyətlə, protez istehsalı birmənalı olaraq ölkəmizdə həyata keçirilir. Nəzərə almaq lazımdır ki, protezlər əlilliyi olan şəxslərin fərdi xüsusiyyətləri nəzərə alınmaqla hazırlanır. Sadəcə bəzi protez növlərinin tərkib hissələrindən olan bir sıra detallar xarici istehsalçılardan alınır. Mərkəz xüsusilə Almaniyanın "Ottobock", İslandiyanın "Ossur", İngiltərənin "RSL Steeper" və ABŞ-nin "Fillauer" şirkətləri ilə əməkdaşlıq edir. Mərkəzdə həmçinin qazilərin təkrar müayinəsi və protezlərin dəyişdirilməsi xidməti də göstərilir.
Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın "2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi" layihəsi çərçivəsində döyüşlərdə xəsarət almış hərbçilərimiz dünyanın müasir protez istehsalçılarının yüksək texnologiyalı məhsulları ilə təmin olunublar. Bu, birinci xanımın milli təəssübkeşliyinin və vətənpərvərliyinin göstəricisidir. Belə ciddi sosial əhəmiyyət kəsb edən layihələrin təşəbbüskarı olması Mehriban xanımın qəlbinin istiliyini və həssaslığını ifadə edir. Layihə çərçivəsində qısa müddətdə müvafiq işlər həyata keçirilib, əsgər və zabitlərin fərdi protez tələbləri nəzərə alınmaqla, onlara uyğun və yüksək keyfiyyətli protezlər təqdim olunub. 

Müharibə əlillərinin yerli və xarici xəstəxanalarda müalicə olunmasında, onların ən müasir protezlərlə təmin edilməsində, həmçinin müharibədə yaralanan hərbçilərə yeni mənzillər, fərdi evlər və avtomobillər təqdim olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri böyükdür. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyət sferasında Vətənimizin azadlığı uğrunda canından keçən və yaralanan igidlərimizə qarşı diqqət və qayğının önəmli yer tutması onun dövlətimizə və xalqımıza uğurlu xidmətindən xəbər verir. Birinci xanımın təşəbbüskarı olduğu böyükmiqyaslı işlər Azərbaycan qadınının işgüzarlığının, yüksək intellektinin, mehribanlığının mükəmməl nümunəsidir. 

    Mehriban Əliyeva tərəfindən irəli sürülmüş hər bir təşəbbüs Azərbaycan xalqının firavan yaşamasına istiqamətlənib və bu, adımızı zirvələrə ucaldır. 


Oxunub: 144






SON XƏBƏRLƏR

2024-04-16

00:23 QƏLƏMLƏR NIYƏ KÜSDÜ? Uşaq hekayəsi

Product image

00:20 Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

Product image

00:11 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

Product image

00:02 Prezident İlham Əliyevin Qəbələ rayonuna səfərindən görüntülər

Product image

23:46 Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub Dövlətimizin başçısı tədbirdə çıxış edib

Product image

2024-04-08

23:40 Yaş sizin həyatınıza əngəl deyil! 96 yaşlı kardioloq öz uzunömürlülük və mükəmməl sağlamlığının sirrini paylaşıb

Product image

23:20 Çörəyimizə gizli qatılan- Xərçəng yaradan 3 maddə

Product image

23:05 Azərbaycanda ən böyük büdcəyə sahib olan bələdiyyələr hansılardır? - SİYAHI + RƏQƏMLƏR

Product image

22:51 Yaxşı menecerlərin sahib olmalı olduğu 9 xüsusiyyət

Product image

22:10 Daha bir deputatın mandatı ləğv olunacaq

Product image

22:04 Şirkətdə idarəetmənin səviyyəsini müəyyən etmək üçün 18 əsas sual

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

21:55 Azərbaycan savatçıları İtaliyada 4 qızıl medal qazanıblar TƏBRİK EDİRİK

Product image

23:07 “Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib

Product image

23:16 "Qarabağ"-"Bayer" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-3

Product image
Təqvim