reklam
USD
11 ℃
EUR
BAKI

MEHRİBAN ƏLİYEVA - XEYİR ƏMƏLLƏR CARÇISI

RƏSMİ / 22.02.2023 12:14

"carciTV" TƏQDİM EDİR

AZƏRBAYCANIN BİRİNCİ XANIMI

"Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır. Əminəm ki, o, bundan sonra da ölkəmizin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.”

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti.

     Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsas istiqamətini, ölkəmizdə və beynəlxalq aləmdə gördüyü işlərin mahiyyətini də xoş məram, xoş niyyət təşkil edir.

    Hər bir dövləti qüdrətli edən - zamanında verilmiş düzgün qərarlar, vaxtında həyata keçirilən dəyişikliklər, ən mühümü isə ali vəzifələrdə bunun yüksək məsuliyyətini daşımaq gücünə malik doğru insanların olmasıdır. Bütün bunlar ölkəni gücləndirərək sarsılmaz edir, xalqın istək və arzularının reallaşmasına yol açır, cəmiyyəti narahat edən istənilən problemin həllini tapmasına yardımçı olur. 
Bu baxımdan 2017-ci ilin 21 fevralında Azərbaycanın milli dövlətçilik tarixində yeni bir səhifə başlandı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Mehriban xanım Əliyeva ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin edildi. Vətəndaşlarımızın ürəyindən xəbər verən bu addım adi bir vəzifə təyinatı deyildi. Son illərdə ölkəmizdə ardıcıl şəkildə aparılan islahatların, baş verən dəyişikliklərin bundan sonra daha da sürətlənəcəyinin, Azərbaycanda müsbətə doğru əsaslı dəyişikliklərin baş verəcəyinin, idarəetmə sistemində də, ümumən, cəmiyyətimizdə də  tamamilə yeni bir dövrə keçidin xoş müjdəsi idi. 

   Mehriban xanım Əliyeva bu təyinata qədər də dövlət-vətəndaş münasibətlərində yeni dəyərlər sisteminin formalaşmasına, ictimai inkişafa, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da möhkəmləndirilməsinə, mədəniyyətimizin təbliğinə fədakar əmək sərf etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin öz məqsədlərinə çatması, böyük uğurlar qazanması üçün dövlət rəhbərimizin ən yaxın silahdaşı kimi köməyini heç zaman əsirgəməmişdir. 
Ölkəmizin birinci xanımının 2004-cü ildə yarandığı ilk vaxtlardan on minlərlə insanın ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun rəhbəri kimi yerinə yetirdiyi ictimai missiya, Milli Məclisin deputatı statusunda yaratdığı millət vəkilliyi örnəyi, ən əsası təşkilatçılıq qabiliyyəti, problemləri yoluna qoymaq əzmi, insanların halından anlamaq duyğusu, onların sevincini də, kədərini, qayğısını da hiss edə bilməsi Mehriban xanımı hamıya doğmalaşdırmışdı. Ona görə də Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanı daha  yüksək dövləti kürsülərdə görmək və onun xalqı qarşısında üzərinə böyük məsuliyyət götürməsini arzulayırdılar. Azərbaycan Prezidenti 21 fevral 2017-ci il tarixli sərəncamı ilə vətəndaşlarımızın bu arzusunu reallaşdırdı. 

   Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi insanlarımızda rahatlıq yaratdı. Bu təyinat onun xoş sorağı idi ki, bundan sonra ölkənin idarəetmə sistemində inkişafa doğru dəyişikliklər daha sürətli baş verəcək. Atılan addımlar, verilən qərarlar qısa zamanda öz hədəfinə çatacaq. Dövlət-vətəndaş münasibətləri daha da doğmalaşacaq. Mühafizəkar düşüncəli kimlərsə vaxtilə onlara həvalə edilmiş vəzifə səlahiyyətlərindən istifadə edərək dəyişikliklərə icra proseslərində müxtəlif üsullarla maneə yarada bilməyəcəklər. 
   Nəticələri Mehriban xanımın 1995-ci ildən cəmiyyətin diqqəti qarşısında həyata keçirdiyi və Azərbaycan üçün çox böyük faydalar gətirən ictimai fəaliyyətindən görmüşdük. Ölkənin birinci xanımı 1995-ci ildən - hələ Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratdığı və "Azərbaycan İRS" jurnalının nəşrinə başladığı günlərdən bəri Vətən naminə müxtəlif vəzifələr yerinə yetirmişdi. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bu ictimai vəzifələrin hər birində Azərbaycanın keçmişinə dərin sayğı duyan, amma bu gününə və gələcəyinə də bacardığı faydaları vermək istəyən vətənpərvər bir xanımın dərk edilmiş məsuliyyəti öz ifadəsini tapır: "Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız". 
     Bunlar söz xatirinə deyilmiş adi kəlmələr deyil. Mehriban xanım Əliyevanın həyatı, yer üzünün ən dəyərli əşrəfi olan insanın ictimai missiyasını dərk etdiyi anlardan seçilmiş həyat qayəsidir. O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsini də məhz belə bir məsuliyyət duyğusu ilə qəbul etdi və artıq daha geniş çevrədə, bu dəfə ümumdövlət səviyyəsində, daha böyük dövrədə fayda yaradacaq şəkildə davam etdirməyə başladı.  

    "Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam". Bu kəlmələr onun dövlətçilik andının, yerinə yetirəcəyi vəzifələrə münasibətdə prinsipial mövqeyinin ifadəsi idi.   
    Mehriban xanımın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edildikdən sonra ilk görüşünü 2017-ci il martın 9-da keçmiş məcburi köçkünlərimizlə keçirməsi ondan xəbər verirdi ki, indiyə qədər istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də Milli Məclisin deputatı kimi onun təşəbbüsü ilə reallaşdırılmış bir çox layihələrdə olduğu kimi vətəndaşlarımızın sosial problemlərinin həlli birinci xanım üçün yenə də əsas prioritetlərdən olacaq. Ötən 6 il ərzində də sosial məsələlər, Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə bu sahədə qəbul olunmuş qərarların icrası, dövlət rəhbərimizin sosialyönümlü siyasətindən irəli gələn məsələlərin uğurla yerinə yetirilməsi Mehriban xanımın fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Amma bu, yeganə istiqamət deyil. Azərbaycanın Birinci vitse-prezidenti bu vəzifə təyinatına qədərki dövrdə olduğu kimi, milli mədəniyyətimizin inkişafı, mədəniyyət diplomatiyası, təhsil, səhiyyə, turizm, idman və s. bu kimi kifayət qədər əhatəli sahələrdə də fəaliyyətini davam etdirir, ölkəmizin hərtərəfli tərəqqisi üçün dəyərlər yaradır.
   Azərbaycanın Birinci vitse-prezidenti ilk dəfə məcburi köçkünlərimizlə görüşərkən hələ torpaqlarımızın bir hissəsi Ermənistan hərbi birləşmələrinin işğalı altında idi. Keçmiş məcburi köçkünlərimiz üçün hər cür şəraitə malik çoxmənzilli binaların inşasında, onların yeni mənzillərə köçürülməsində, bu şəhərciklərdə gənc nəslin təmsilçilərinə təhsil almalarından, layiqli vətəndaş olaraq yetişmələrindən ötrü müvafiq şəraitin yaradılmasında birinci xanımın müstəsna rolu olmuşdur. 
Tale elə gətirdi ki, Azərbaycan xalqı 2020-ci ilin noyabrında qazandığımız tarixi zəfərlə işğal acısından qurtuldu. Həsrət qaldığımız yurdlarımıza yollarımız açıldı. Burada qarşıya çıxan mənzərə isə tükürpədici idi. Azərbaycan xalqının əsrlər ərzində bu əzəli-əbədi torpaqlarımızda yaratdığı mədəniyyət nümunələri dağıdılaraq tar-mar edilmişdi. O təsvirləri izlədikcə biz Mehriban xanımın bu mənzərəyə baxan kədərli gözlərini, göynəyən  qəlbini hiss edirdik. Çünki mədəniyyətin bəşəriyyət üçün nə demək olduğunu bütün ruhu ilə duyub hiss edən, bütün ömrünü milli dəyərlərin qorunmasına, dünyamızda mədəniyyətin qalibiyyətinə sərf etmiş bir insan üçün vandalizm mənzərələrini izləməkdən böyük mənəvi əzab ola bilməz. Dövlət rəhbərimiz böyük zəfərimizin ardınca dərhal bu torpaqlarda bərpa-quruculuq işlərinə başlamaq göstərişi verdi. Bu prosesdə Mehriban xanım Əliyeva da üzərinə böyük bir tarixi missiya götürdü. Birinci vitse-prezidentin rəhbərliyi ilə  Qarabağ və Şərqi Zəngəzurda tarixi abidələrimizin, müqəddəs ziyarətgahlarımızın bərpasına başlandı və bu proses davam edir.
 
    Mehriban xanım Əliyeva sülh insanıdır. Bütün dünya onu sülhə xidmət missiyası ilə tanıyır, rəğbət bəsləyir. Bu gün müxtəlif hərbi münaqişələrdən əziyyət çəkən dünyamızda Mehriban xanım kimi sülhməramlı missiya yerinə yetirən, sivilizasiyaların fərqli mədəniyyətlərin, dillərin, dinlərin dialoqu ilə insanlar arasında və ümumən, yer üzündə sülhə töhfə verən insanlara çox böyük ehtiyac var.    
     2008-ci ildə mədəniyyətlər arasında dialoqun təşviqi məqsədilə paytaxtımızda başlanan və qısa müddətdə böyük nüfuz qazanan, BMT kimi beynəlxalq təşkilatın ali rəhbərliyində də təqdir olunan "Bakı prosesi"nin uğurunda, Azərbaycanın evsahibliyi ilə bu istiqamətdə beynəlxalq humanitar forumların, digər faydalı tədbirlərin təşkilində, bəşəriyyəti təhdid edən problemlərin birgə həllərinin tapılmasında Mehriban xanım Əliyevanın rolu böyükdür.  
     Təhsilə dəstək, müasir dövrümüzün bilik və bacarıqlarının fərdi inkişafa can atan hər kəs, xüsusilə də gənc nəsil üçün əlçatanlığı Mehriban xanım Əliyevanın fəaliyyətinin aparıcı xəttidir. İnkişaf dəyişiklikdir, mütərəqqi ənənələr üzərində yeni dəyərlərin yaradılmasıdır. Həyatımızdakı ən böyük dəyişikliklər isə məhz təhsillə, məktəblə başlanır. Bu məqsədlə ötən onilliklərdə Birinci vitse-prezidentin təşəbbüsü və Heydər Əliyev Fondunun layihələri çərçivəsində Azərbaycanın müxtəlif regionlarında, eləcə də ölkə hüdudlarından kənarda minlərlə məktəb, uşaq bağçası, ixtisaslaşdırılmış uşaq məktəbləri tikilərək istifadəyə verilib. Eləcə də mövcud məktəblər yenidən qurularaq müasir tələblərə uyğunlaşdırılıb.  Mehriban xanımın müəllifi olduğu "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək" layihələri, "Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı" ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsində, eləcə də milli təhsilimizin məzmununun təkmilləşdirilməsində mühüm rola malikdir. Bu layihələr çərçivəsində Azərbaycandan kənarda məktəbə, təhsil infrastrukturuna böyük ehtiyacın olduğu bir çox məkanlarda da təhsil müəssisələri tikilib. "Təhsilə dəstək" layihəsi çərçivəsində indiyə qədər Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan, Hollandiya, Vyetnamda bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhərinin Rara ərazisində zəlzələdən sonra dağılmış orta məktəb binasının inşası bu baxımdan Heydər Əliyev Fondunun ən uğurlu və rəğbət doğuran layihələrindən biridir. Xatırladaq ki, həmin məktəb qızlar üçündür. Bu da bütün dünyada qızların təhsilinin, ictimai fəallığının, iqtisadi müstəqilliyinin təmin olunmasının Mehriban xanım üçün nə qədər böyük önəm kəsb etdiyini göstərir.  
   Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilib. Eyni şəkildə Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tiflisdəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunub. Həmçinin Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilib. Maarif nuru dünyanın hər yerində yayılıb. Bununla Azərbaycanın dost çevrəsi daha da genişləndirilib. Təhsilə, maarifə dəstək verən ölkə kimi Azərbaycanın imici daha da yüksəlib.

    İllərdir ki, Azərbaycan cəmiyyəti və dünya Mehriban xanım Əliyevanı uşaq evlərindəki, internat məktəblərindəki kimsəsiz körpələrin, qocalar evlərindəki ahılların doğma hamisi kimi tanıyır, rəğbət bəsləyir. Dövlətimizin bu sahələrlə bağlı həmişə sosial proqramları olub, bu proqramlar müəyyən səviyyədə yerinə yetirilib. Birinci xanımın yaratdığı fərq isə odur ki, o, dövlətə sığınmış kimsəsiz körpələrlə, qocalarla bağlı proqramları hər hansı inzibati iş, dövləti vəzifə kimi yerinə yetirmir. Mehriban xanım Əliyeva bu yerlərin sakinlərinə doğma ana, doğma övlad kimi yanaşır, onlara sahib çıxır. Beləliklə, dövlətlə vətəndaş arasındakı münasibətlər daha da yaxınlaşır, vətəndaşın öz dövlətinə inamı, güvəni güclənir.   
     Mehriban xanım Əliyevanın rəhbərliyi ilə dövlətimizin səhiyyə sahəsindəki sosial proqramları da yüksək diqqətlə, hər bir detal nəzərə alınmaqla, ciddi nəzarət altında və müasir tələblərə uyğun şəkildə həyata keçirilir. Səhiyyə xidmətləri vətəndaşlarımız üçün getdikcə daha əlçatan olur. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü və birbaşa təşkilatçılığı ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Tibb müəssisələrinin yenidən qurulması və inşası" kimi olduqca əhəmiyyətli layihələr, Bakıda yaradılmış müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları hər il minlərlə insanın həyatını xilas edir. 
    İki il öncə bütün dünyanı çənginə almış COVID-19 koronavirus pandemiyasının ağır təhlükələr törətdiyi, insanların sağlamlığı üçün qapanmaların zəruri olduğu günlərdə Mehriban xanımın cəmiyyətimizə narahat mesajlarını, çağırışlarını, bütün bunların yaratdığı ictimai rəğbəti, effektiv nəticələri də yaxşı xatırlayırıq.   
     Mehriban xanım Əliyeva xeyir əməllər carçısıdır. Xeyir əməllərin olduğu hər yerdə onu görə, adını duya bilərik. Bu günlərdə qardaş Türkiyədə baş verən və Azərbaycan xalqını da sarsıdan zəlzələdən zərərçəkənlərə yardım zərurətinin yarandığı anlarda da belə oldu. Zəlzələdən dərhal sonra Mehriban xanımın təşkilatçılığı, yaxından iştirakı ilə yardım dolu təyyarələr, yük maşınları Türkiyəyə göndərildi. Cəmiyyətimizin, vətəndaş cəmiyyəti institutlarımızın qardaş ölkəyə sistemli, mütəşəkkil dəstəyi təmin olundu. Azərbaycanın çətin sınaqla üzləşmiş qardaş ölkəyə köməyi, maddi və mənəvi dəstəyi yenə davam etməkdədir. 
     Mehriban xanım Əliyeva 6 ildir ki, Azərbaycanın Birinci vitse-prezidentidir. 6 il zamanca, bəlkə də, o qədər böyük müddət deyil. Amma bu qısa zamanda görülmüş işlərin mahiyyəti, əldə edilmiş uğurların miqyası milli dövlətçilik tariximizin çox əhəmiyyətli bir səhifəsinə çevrilib.  

    Hər zaman olduğu kimi, bu dəfə də Heydər Əliyev Fondu zəlzələdən əziyyət çəkən insanlara edilən yardım və dəstəyi ilə fərqləndi. Elə ilk andan Fondun prezidenti Mehriban Əliyevanın göstərişi ilə qardaş ölkəyə humanitar yardım göndərildi. Faciədən zərərçəkənlərə lazım olan dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və eləcə də isti geyimlərlə ilkin yardımlar olundu.

     Sadalananlar ilkin yardımlar idi. Bu gün Azərbaycan yenə də öz qardaşının - Türkiyə dövlətinin yanındadır. Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi Mehriban Əliyevanın göstərişinə əsaslanaraq, Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampaniyasına başlamışdır. Heydər Əliyev Fondu edilən yardımlarla yanaşı, həm də bölgəyə Fondun könüllülərini cəlb edib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Heydər Əliyev Fondunun humanitar yardımını çatdıran azərbaycanlı könüllülərlə görüşərək, ilk dəqiqədən yanlarında olduğu üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürünü bildirmişdir.
      Mehriban xanım Əliyeva 6 ildir ki, Azərbaycanın Birinci vitse-prezidentidir. 6 il zamanca, bəlkə də, o qədər böyük müddət deyil. Amma bu qısa zamanda görülmüş işlərin mahiyyəti, əldə edilmiş uğurların miqyası milli dövlətçilik tariximizin çox əhəmiyyətli bir səhifəsinə çevrilib.

ONUN BÖYÜK ÜRƏYİ

     Təqvimin 21 fevral günü təkcə Mehriban xanımın özü və doğmaları üçün deyil, onu tanıyanların, bu görkəmli dövlət xadiminin fəaliyyətini izləyənlərin hamısı üçün, o cümlədən Kərimovlar ailəsi üçün də əlamətdar bir gündür.

     Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti, respublika Milli Məclisinin üzvü, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı elçisi kimi onun gördüyü işlər o qədər çoxcəhətli, o qədər dəyərli və əhəmiyyətlidir ki, onları göz önünə gətirəndə qəlbən sevinir, Vətənə və xalqa böyük məhəbbət və xidmətin parlaq nümunəsi ilə fəxr edirsən.
    Hər il Mehriban xanımın doğum günündə və Heydər Əliyev Fondunun yaradılması Günü ilə bağlı mən həmişə öz yazılarımla, "Ad günü” jurnalının xüsusi buraxılışları ilə səmimi sözlərimi qeyd etmişəm.
     Mən artıq 30 ildir mətbuat sahəsində çalışıram. Azərbaycanın inkişafı Heydər Əliyevlə başladı, indi bu işi İlham Əliyev davam etdirir. Mehriban xanım Azərbaycanın adını dünyanın çox ölkələrində yüksəklərə qaldırıb.
   Öz nəcib və xeyirxah təşəbbüsləri və çoxillik səmərəli fəaliyyəti ilə Mehriban xanım respublikamızda və yaxın-uzaq ölkələrdə milyon-milyon insanın dərin rəğbətini qazanıb. Respublikamızda o, sosial həyatın, mədəniyyət, incəsənət və idmanın inkişafı, uşaq və gənclərin təlim-tərbiyəsinin təkmilləşdirilməsi işinə böyük əmək sərf edir. Son illərdə ölkəmizdə keçirilmiş böyük beynəlxalq siyasi, elmi və mədəni tədbirlər, incəsənət və idman bayramları Azərbaycanın Birinci vitse-prezidentinin təşkilatçılıq məharətini parlaq şəkildə nümayiş etdirib, respublikamızda və xaricdə ona böyük şöhrət və rəğbət qazandırıb.
    O, "Avroviziya - 2012” beynəlxalq musiqi müsabiqəsi, "Bakı-2015” I Avropa Oyunları təşkilat komitələrinin sədri, Bakıda keçirilən bir sıra digər böyük tədbirlərin ideya rəhbəri kimi Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi işinə layiqli töhfələr verib. İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsində Mehriban xanımım xidməti ölkəmizin ali mükafatı – "Heydər Əliyev” ordeni ilə qeyd olunub.
    Dünyada Mehriban Əliyevanı doğma xalqının həyatında, taleyində və ürəyində xüsusi yeri olan müdrik, xeyirxah, humanist bir Azərbaycan xanımı kimi tanıyırlar. Milli və ümumbəşəri dəyərlərin zənginləşdirilməsi, mərhəmət hissinin dünyanın hər yerində insanların mənəvi tələbatına çevrilməsi işinə onun verdiyi töhfələr Rusiyanın "Dostluq”, Polşanın "Xidmətlərə görə” Böyük Komandor Xaçı, Fransanın "Şərəf Lügionu”, Pakistanın "Hilale Pakistan”, İtaliyanın "Xidmətlərə görə " Böyük Xaç Kavaleri, Serbiyanın "Sreten”, Macarıstanın "Xidmətlərə görə” Komandor Xaçı ordenləri, bir sıra digər dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların mükafatları ilə qeyd edilib.
     Mehriban xanımın böyük ürəyi ölkəmizin və dünyanın heç bir probleminə laqeyd qalmır. Onun ürəyi daim böyük mərhəmət hissi, yaxşılıq duyğusu və insanları həmişə xoşbəxt görmək arzusu ilə döyünür.
      Kərimovlar ailəsi adından Mehriban xanıma möhkəm cansağlığı, uzun ömür, xalqımız və ölkəmiz üçün çox gərəkli fəaliyyətində yeni-yeni nailiyyətlər, daha nurlu günlər arzulayırıq.

Rahib KƏRİMLİ,
"Ad günü" jurnalının Baş redaktoru, "carciTV" xəbər portalının rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı.

Oxunub: 225

SON XƏBƏRLƏR

2024-11-21

03:05 Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar

Product image

02:53 Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ

Product image

02:33 Azadlığına qovuşmuş Ağdam quruculuq və inkişaf dövrünü yaşayır

Product image

2024-11-14

13:29 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi

Product image

13:19 Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçiriləcək

Product image

13:10 It started 18 years ago with the UAE leadership’s pioneering vision to diversify the economy and address global sustainability challenges

Product image

13:04 Bakıda qadın heykəli buna görə sökülübmüş...SƏBƏB...FOTO

Product image

2024-11-13

12:04 Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib

Product image

2024-11-06

13:06 Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisindəCOP29-la bağlı yaradılan şəraitlə tanış olub VİDEO

Product image

12:50 Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Product image

12:47 Şeyxülislam: COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim