NƏĞMƏLİ POEZİYA
CANLI TV / 24.02.2023 00:51

Şeirləri "Tunel" adlı ilk kitabında, "Elin səsi" və "Elm və Təhsil" qəzetlərində, "Zəfərə doğru" jurnalında, "Xarıbülbül", "Dəmir yumruq,Polad bilək", "Turan", "Zəfər", "Şərqin səsi", "Vətən", "Şam işığı", "Buta", "Zirvə", "Nəğməli könüllər", "Ziya", "Canım Azərbaycanım" Ədəbi-bədii elmi-publisistik məcmuələrdə dərc olunub. Qazandığı uğur və nailiyyətlərə görə "GOLDEN HANDS NATİONAL AWARDS” - "QIZIL ƏLLƏR" diplomu ilə təltif olunub.
"carciTV"nin NƏĞMƏLİ POEZİYA verilişində Ülviyyə Məhəmmədin şeirlərini təqdim edirik.ANA DİLİM
Xalqımın qiymətli xəzinəsisən,
Dillərin içindən seçilən dilim.
Qədimdən də qədim,el imzasısan,
Damarda qanimsan,ey Ana dilim.
Düşmənə damğa tək dağ basanımsan,
Yurdumun Şimallı,Cənublu dili.
Vahidsən, bölünməz tam Azərbaycansan,
Cismimdə canımsan,ey Ana dilim.
Körpəyə laylasan beşik başında,
Ana dodağından süzülən dilim.
Hər qalib yurddaşmın imza qoyduğu
Səslənən Himnimsən ,ey Ana dilim.
Yollara mayaksan ,yolçuya yoldaş,
Sən tarix yaddaşım, basılmaz elim.
İmzalar içində imzamsan mənim,
Bitməyən duamsan ey Ana dilim.
AZADLIĞIN RƏMZİ BAYRAQ
Dalğalan sən göy üzündə, azadlığın rəmzi bayraq,
Qürur ilə yırğalan sən, Şəhid qanlı, şanlı bayraq.
Sən illərin əmanəti, babalardan bizə miras,
Sən yararaq əsarəti göy üzünü bəzən, bayraq.
Sən enmə, hey dalğalan ki, Şəhidlər göylərdən baxır,
Zəfər çalan ordumuzun tapdağından düşmən axır.
Yüksəklərdə ol ki, görsün səni yaxınlar, uzaqlar,
Qürur ilə baxır sənə yol ötən böyük uşaqlar.
Ucadan da ucal bayraq, sən millətin namus arı,
Arzum budur zamanında bəzə o tayda diyarı
Tarixdən boylanır, baxır neçə igid, nər oğullar,
Sənin qiymət dəyərini Şəhid övlad verən anlar.
Sən yüzlərin arzususan, sən minlərin arzususan,
Sən əllərin bəzəyisən, sən ellərin bəzəyisən.
Sən yurdumun azadlığı, düşmən bağrın yaranımsan,
Xalqım sənin keşiyində, ucal daim, dalğalan sən.
Bir kərə yüksələn bayraq enməz bir də başını, bil,
O taydan həsrət boylanır Təbriz, Culfa, yurd Ərdəbil.
Boylanıb baxır şimala, baxır o taydan bu taya,
Bizdən kömək gözləyirlər, çağırır artıq haraya.
Yaşıl rəngin yurd rəngidir islam rəngi,
Vətən rəngi, Ucaldı Zəfər Günündə sənlə birgə göyə Cəngi.
Mavi rəngin səma rəngi daim açıq, aydın olsun,
Göy üzündə doğan Hilal, ulduz qoy sirdaşın olsun.
Al rəngin Şəhid qanıdır tarixlərə möhür vuran,
Üçrəngli bayrağınla sən daim yaşa AZƏRBAYCAN.
DÜNYAM QAL MƏNİM
Dünyamı hədiyyə verirəm sənə,
İstəsən sahibi sən olacaqsan.
Sən dünya durduqca, dünya qoynunda,
Elə dünyam kimi hey qalacaqsan.
Dünyamı hədiyyə verirəm sənə,
Onun dağı sənin, düzü də sənin.
Dənizi, bulağı,axan çayı da,
Golü, şəlaləsi, özü də sənin.
Dünyamı hədiyyə verirəm sənə,
Çiçəyi də sənin, gülü də sənin.
Meşəsi,zəmisi, güllü çəməni,
Qızılgül qoynunda bülbülü sənin.
Dünyamı hədiyyə verirəm sənə,
Nəğməsi da sənin, sözü də sənin.
Bircə xahişim var əgər mümkünsə,
Dünyamı bəzə sən, dünyam qal mənim.
BAĞIŞLA
Bağışla ki ulduz ola bilmədim,
Hər gecəndə göydə doğa bilmədim.
Bağışla ki, sənlə ola bilmədim,
Sənsiz ikən sənsiz qala bilmədim.
Bağışla ki, bir qışın buz səhəri,
Doğdum səhər çıxan yetim ay kimi.
Bağışla ki ,qəlb evini odladım,
Oxun atıb peşman bacan yay kimi.
Bağışla ki, susuz çaya döndüm mən,
Mənzil ikən məcradan qurudum mən.
Bağışla ki tüstüm boğdu gözlərin,
Odun ikən odsuz qalıb söndüm mən.
Bağışla ki,səni sənsiz gömdüm mən,
Sevgim dondu bu qışın buz səhəri.
Bağışla ki, odsuz qalıb söndüm mən,
Özül atdım tənhalar şəhərində.Ülviyyə MƏHƏMMƏD.

2025-08-02
00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

2025-06-21
11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

10:32 Daşdəmir Əjdəroğlu - 60

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

2025-06-19
18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

2025-06-11
01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

2025-06-03
01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

2025-05-29
12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq


TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Əlaqə
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
Haqqımızda
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
