reklam
USD
3 ℃
EUR
BAKI

Reza Deqatinin Xocalı soyqırımı haqqında yeni saytı istifadəyə verilib

XƏBƏR / 24.02.2023 02:44

Dünyaca məşhur fotojurnalist Reza Deqati Xocalı soyqırımının daha geniş tanıdılması üçün yeni saytını istifadəyə verib.


"carciTV" xəbər verir ki, "Xocalı soyqırımı şahidi” beynəlxalq saytı 4 dildə hazırlanıb.

      Qeyd edək ki, məşhur fotojurnalist Reza Deqati 1992-ci ildə Xocalı soyqırımının, Azərbaycan xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biridir. O, hələ o vaxtdan lentə köçürdüyü həqiqətləri dünyaya çatdırmaq üçün dünyanın bir çox yerində sərgilər təşkil edib, reportajlar hazırlayıb.
     "Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələrini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürdüm. O anları ki, mən gördüm, o səsləri ki, mən eşitdim, bütün bunlar mənə dərindən təsir etdi. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiyinlərimdə olan bir yükdür”, - deyə müəllif qeyd edib.
    Otuz ildən çoxdur dünyanın müxtəlif yerlərində problemləri, insanların üzləşdiyi bəlaları dünyaya çatdıran Reza Deqati Xocalı sakinlərinin də səsi olmağı missiya olaraq öz üzərinə götürüb. Bu missiyanın davamı olaraq, "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı və Reza Deqatinin təşəbbüsü ilə "Khojalywitness.org” saytı hazırlanıb.
     Saytda 1992-ci ildə Xocalıda və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olunur. Həmçinin "Time”, "The New York Times”, "The Washington Тimes”, "The Washington Post”, "ВВС1News”, "The Independent,” "Le Monde", "Newsweek", "The Sunday Тimes”, "Human Rights Watch”, "The Age”, "The Boston Globe” "Kommersant”, "Svoboda” kimi nüfuzlu beynəlxalq media orqanlarının soyqırımı ilə bağlı yaydıqları faktlar portala yerləşdirilib.
     Eyni zamanda, Xocalı soyqırımının şahidi olmuş amerikalı jurnalist, yazıçı Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, fransız fotoqraf və kinorejissor Frederik Lengan, litvalı fotojurnalist Riçardas Lapaidis tərəfindən qeyd olunmuş faktlar da sayta əlavə edilib.
Xocalı haqqında məlumatların daha geniş oxucu kütləsinə çatdırılması məqsədilə portal Azərbaycan, fransız, ingilis və rus dillərində hazırlanıb. Gələcəkdə saytın ən azı 10 dildə fəaliyyət göstərməsi nəzərdə tutulur.
    Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı qurbanlarının, şahidlərinin hekayələrini göstərməklə, digər insanların bu şəkillərə baxaraq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.


Oxunub: 306






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim