reklam
USD
9 ℃
EUR
BAKI

İnsan kapitalının davamlı inkişafı Azərbaycandakı sosial-iqtisadi islahatların prioritetlərindəndir

RƏSMİ / 24.02.2023 02:51

İnsan kapitalının davamlı inkişafının təmin edilməsi Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatların əsas prioritetlərindən birini təşkil edir.


"carciTV" xəbər verir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının İnsan İnkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə vurğulanıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini, ölkəmizdə davamlı iqtisadi inkişaf prosesləri ilə paralel olaraq vətəndaş rifahının təminatı istiqamətində atılan addımları diqqətə çatdırıb.
Xüsusilə son beş ildə 4 sosial islahat paketinin icra olunduğu, sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 55 faiz, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya və median əməkhaqqında iki dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artıma nail olunduğu bildirilib.
Bu dövrdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhatə dairəsinin genişləndiyi qeyd olunub. Məşğulluq xidmətlərinin çeşidinin artırılması, peşə təhsili və təlimi sisteminin təkmilləşdirilməsi, yeni peşə hazırlığı mərkəzlərinin açılması sahələrində əldə olunan nailiyyətlər qeyd olunub. İşçi qüvvəsinin bacarıqlarının artırılması, əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi tədbirləri diqqətə çatdırılıb.
Dövlət başçısının sərəncamları ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də sosial müdafiə sisteminin gücləndirilməsi və insan kapitalının, rəqabətqabiliyyətli kadr potensialının inkişaf etdirilməsinin prioritetlər sırasında olduğu qeyd olunub.
Dünya Bankı ilə ötən dövrdə formalaşan uğurlu əməkdaşlıq təcrübəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi "Azərbaycanda məşğulluğa dəstək” layihəsinin əhəmiyyəti vurğulanıb. 22 min işsiz şəxsin kiçik biznesə çıxışına dəstək məqsədi daşıyan həmin layihə üzrə bu günədək artıq 5,4 minədək işsiz şəxs üçün kiçik bizneslər yaradıldığı bildirilib.
Görüşdə insan kapitalının inkişafı, "Azərbaycanda məşğulluğa dəstək” layihəsinin icrası, sosial müdafiə və məşğulluq proqramlarının genişləndirilməsi, əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi, peşə hazırlığı sisteminin, sosial xidmətlərin təkmilləşdirilməsi və s. istiqamətlərdə görülən işlərə dair fikir mübadilələri aparılıb.


Oxunub: 243






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim