Xarici diplomların tanınması üçün müraciət daha da asanlaşır
CANLI TV / 24.02.2023 10:21
Xarici diplomların tanınması üçün müraciət daha da asanlaşır
Təhsildə Keyfiyyət Təminatı Agentliyi xarici diplomların tanınmasıilə bağlı elektron ərizə sistemini vətəndaşların istifadə rahatlığıüçündaim təkmilləşdirir. Ərizəçilər tərəfindən daxil olan rəylər əsasında sistemdəmüxtəlif innovativ həllər,əlavələr və dəyişikliklər edilir.
Agentlik bu silsilə addımlar çərçivəsindəvətəndaşların tanınma üzrədaha darahat müraciət edə bilməsi üçünwww.taninma.azkeçidiniistifadəyə verib. Keçid vasitəsilə vətəndaşlar birbaşa Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsinin tanınma bölməsinə daxil ola,prosesləbağlı ətraflıməlumatları əldə edə, müraciət edə və şəhadətnamələrini yoxlaya bilərlər.
Diplomların təsdiqlənməsi üçün imtahan qiyməti 250 manat olacaq.
***
Keçən yazımda sizlərə bir çox xaricdə təhsil və diplom əldə etmiş tələbələrin məruz qaldığı bir problemdən bəhs etmişdim. Həmin problem bəzi xarici diplomların Azərbaycanda tanınmamasıdır. "Bəs xarici diplomların tanınması nə deməkdir? Nələrə diqqət etməliyik? Bu problemlə qarşılaşmamaq üçün nə etməliyik?” suallarına ətraflı cavab vermişdim ,əgər bu sualların cavabını maraq edir və ətraflı məlumat əldə etmək istəyirsinizsəhttps://qebulol.az/xarici-diplomlarin-taninmasi-2021/linke daxil olub oxuya bilərsiniz. İndi isə sizlərədiplomların Azərbaycanda tanınması üçün nə etməli və bunun üçün nələrə diqqət etməliyikmövzusunda ətraflı məlumatlar vermək istəyirəm. Elə isə gəlin başlayaq!
Diplomların Azərbaycanda Tanınması üçün Nə Etməli?
Mütləq şəkildə hər bir xaricdə təhsil almış tələbə ölkə ərazisinə qayıtdıqda həmin ali məktəbin diplomunu tanıtmalı və ixtisas ekvivalentini müəyyən etdirməlidir yəni Azərbaycanda tədris olunan ixtisaslarla bərabər, bir növ oxşar olması kimi başa düşülür. Əks halda tələbə əldə etdiyi diplomu Azərbaycan ərazisində qanunla tanıtmayıbsa(nostrifikasiya olunmayıbsa) keçərsiz sayılır və əmək fəaliyyətini icra etməkdə bir çox problemlərlə qarşılaşa bilir. Lakin bəzi özəl sektorlar gənclərin xarici diplomunu tanınmama olmadan belə qəbul edirlər. Bu mövzuda xarici diplomunu almış tələbə özü qərar verməlidir. Lakin tələbə dövlətlə bağlı qurum və ya nazirlikdə işləməyi planlayırsa bu məsələyə çox ciddi yanaşmalıdır.Bəs xarici diplomların tanınması üçün ərizəçilər nə etməlidir?
Ölkəyə qayıdarkən xüsusilədə Ukrayna , Rusiya, Polşa və s. bu kimi ölkələrdə təhsil almış tələbələrin diplomu həmin ölkədəapostil olunmalı və ya leqallaşdırılmalıdır.Bəs Apostil nədir? Bir ölkənin ərazisində verilmiş hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada rəsmiləşdirildikdən sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Hazırda belə rəsmiləşdirmənin 2 növü mövcuddur:apostilin verilməsi və konsul leqallaşdırılması.Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini bu şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə həmin sənədə vurulmuş möhür və ya ştampın həqiqiliyini təsdiq edir.Apostilin verilməsi və leqallaşdırma arasında fərq nədir?Leqallaşdırma daha uzun müddətli prosedur olaraq bir neçə qurumların təsdiqinin tələb edir. Leqallaşdırma:
- sənədin istifadə olunması nəzərdə tutulmuş xarici dövlətin konsulluğu tərəfindən təsdiq edilməsini nəzərdə tutur
- leqallaşdırılmış sənəd yalnız onu rəsmiləşdirmiş dövlətin ərazisində istifadə oluna bilər.
Apostilin verilməsi isə birpilləli prosedur olmaqla sənədin yalnız bir orqan tərəfindən təsdiq olunmasını nəzərdə tutur və həmin sənəd "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən” 5 oktyabr 1996-cı il tarixli Haaqa Konvensiyaya üzv olan bütün dövlətlərdə təqdim edilə bilər.

Ölkəyə qayıtdıqdan sonra namizədlər diplom və əlavəni, lazimi digər sənədləri Azərbaycan dilinə çevirib notarial qaydada təsdiq etdirib Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) diplomun tanınması ilə bağlı (nostrifikasiya olunması ilə bağlı) online müraciət etməlidirlər. Qeydiyyat elektron ərizə sistemi vasitəsi ilə həyata keçirilir. Qeydiyyat zamanı təqdim edilənelektron poçt və mobil nömrədaimi olaraq istifadə edilən olmalıdır. Belə ki, qeydiyyat zamanı təqdim olunan əlaqə vasitələrinə ərizələrlə bağlı mütəmadi olaraq məlumat göndərilməkdədir. Lakin ərizəçilər sənədlərini Agentliyə mail vasitəsi ilə deyildə, TKTA-nin "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” üzrə Elektron Ərizə Sisteminəhttps://apply.enic.edu.az/default.aspxdaxil olub qeydiyyatdan keçməlisiniz. Əks halda sizin elektron poçt vasitəsi ilə göndərdiyiniz sənədlərə baxılmayacaq.
Son olaraq sizlərə xaricdə təhsil yolunuzda uğurlar və bu kimi hallara məruz qalmamağınızı arzu edirəm!
Oxunub: 209
26.06.2026
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:25 Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
09:19 Yağış yağacaq - PROQNOZ
08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
25.06.2026
23:50 Bu yolda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
23:45 Prezidentdən Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
23:35 "Yaşasın Azərbaycan əsgəri!" - Prezident
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
10.06.2026
11:59 Muğanlı-İsmayıllı yolunda ağır QƏZA: Xəsarət alan var - VİDEO
XƏBƏR ARXİVİ ÇOX OXUNANLAR08:46 26 İyun – Silahlı Qüvvələr Günüdür
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
09:50 Yaponiyada güclü ZƏLZƏLƏ
09:19 Yağış yağacaq - PROQNOZ
00:25 Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
15:40 Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu!
İDMAN
09:42 Arda Güler Türkiyənin qol "orucunu açdı" - VİDEO
12:41 Portuqaliyalı getdi, azərbaycanlı gələ bilər - Sadıqovun istəyi gerçəkləşir?
10:44 Dünya çempionatına 3 gün qaldı: İNGİLTƏRƏ - "Üç aslan" - VİDEO
MÜSAHİBƏ
10:33 Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani
10:08 Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibə verib - FOTO - VİDEO
01:39 PREZİDENT İLHAM ƏLİYEV - DÜNYAYA ÖRNƏK OLAN LİDER
00:47 AZƏRBAYCAN XALQININ TARIX YAZAN QƏHRƏMANI
Təqvim