reklam
USD
24 ℃
EUR
BAKI

Beynəlxalq koalisiyanın nümayəndələri Ağdamdan sülh çağırışı ediblər

XƏBƏR / 25.02.2023 16:54

Fevralın 25-də "Xocalı: Barışıq üçün etiraf et” beynəlxalq koalisiyasının Ağdam şəhərində "Sülh üçün çağırış” mövzusunda tədbir təşkil olunub.


"carciTV" xəbər verir ki, tədbirdə İtaliya, Danimarka, Macarıstan, Bosniya və Herseqovina, Türkiyə və digər ölkələrdən mütəxəssislər iştirak ediblər.

Qonaqlara əvvəlcə Ağdamın tarixi, indiki vəziyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qarabağ xanlığının banisi Pənahəli xan XVIII əsrdə Ağdamda ağ daşdan ev tikdirib. Ağdam şəhərinin adı da burdan götürülüb. Qədim türk dilində isə Ağdam kiçik qala mənasını daşıyır. Ağdam şəhəri Qarabağ xanlığı dövründə inkişaf edib. Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə onlarla görkəmli şəxsiyyət bəxş edib. Ağdamda həm də Azərbaycan mədəniyyətinin ən vacib nümunəsi sayılan muğam geniş inkişaf edib. Qarabağ muğam məktəbinin nümayəndələri Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafına böyük təsir göstərib.

Məlumat verilib ki, ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra BMT-nin Təhlükəsizlik Şurası 853 nömrəli qətnamə qəbul edərək, erməni hərbçilərindən dərhal Ağdamı tərk etməyə çağırıb. Amma buna baxmayaraq, BMT-nin qətnaməsi yerinə yetirilməyib. Ermənilər işğal dövründə Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Beynəlxalq koalisiyanın nümayəndələri sonra xocalılıların qətlə yetirildiyi, Xocalı ilə Ağdam arasında yolun üzərində yerləşən Şelli kəndindəki "Ölüm dəhlizinə” səfər ediblər. Xocalı faciəsinin şahidləri bildiriblər ki, 1992-ci il fevralın 26-da Xocalı işğal edilərkən erməni terrorçuları guya bu yolun "humanitar dəhliz” kimi təmin edildiyini bildirib, lakin elə həmin dəhlizdə yüzlərlə dinc insanı qətlə yetiriblər.

Daha sonra koalisiya üzvləri humanitar dəhlizin "Ölüm dəhlizi”nə çevrildiyi, Xocalının cəmi 9 kilometrliyində yerləşən ərazidə günahsız qurbanların xatirəsinə zeytun ağacı əkiblər. Sülhə çağırışı simvolizə edən zeytun ağacının yanında isə koalisiyanın şüarını əks etdirən "Ədalət olmadan etimad, etimad olmadan barışıq mümkün deyil” ("Without justice there's no trust, without trust there's no reconciliation”) yazılmış xüsusi poster yerləşdirilib.

İtaliya İnsan haqları Federasiyasının sədri Antonio Stanqonun səsləndirdiyi beynəlxalq koalisiyanın bəyanatında qeyd olunub ki, sülhə gedən yol ədalətdən keçir və qalıcı sülhə yalnız keçmişdə baş vermiş hərbi cinayətlərin nəticələrinin aradan qalxması ilə nail olmaq olar.

"Bu gün biz Xocalının 9 kilometrliyindəyik, "Ölüm dəhlizinə” çevrilmiş dırnaqarası "humanitar dəhlizdəyik”. Səfərimiz bu torpaqlar azad edildiyi üçün mümkün olub. Biz yaxında belə anım mərasimlərini Xocalıda keçirəcəyimizə də əminik. Münaqişənin bitdiyi, Azərbaycan və Ermənistan liderlərinin regionda sülh erasının başladığını elan etdiyi bir şəraitdə beynəlxalq vətəndaş cəmiyyəti üçün də hərəkətə keçmək zamanıdır. Bu cəhdlər cəzasızlıq və susqunluğa son verilməsi, Xocalı barədə ədalətə nail olması və yalnız belə bir sağlam əsasda sülhün əldə olunmasını hədəfləməlidir”, – deyə bəyanatda qeyd olunur.

Sonda natiq bəyan edilən hədəflərə nail olunması istiqamətində koalisiyanın "Etiraf və barışıq” adlı praktiki proqramının sabah Bakıda keçid ədaləti mövzusunda keçiriləcək konfransda təqdim ediləcəyini bildirib.

Sonra qonaqlar Ağdam şəhərində Xocalı soyqırımı qurbanlarının vaxtilə dəfn olunduğu xiyabanı ziyarət ediblər. Xocalı sakinləri bildiriblər ki, Ağdam çox doğma, əziz və müqəddəsdir. Çünki Ağdam torpağında yüzlərlə Xocalı şəhidi uyuyur.

Ziyarətçilər şəhidlərimizin ruhlarına dualar oxuyublar. Burada bütün məzarlıqlarımızda törədilmiş vəhşiliklərdən, eyni zamanda, Milli Qəhrəman Allahverdi Bağırovun qəhrəmanlığı haqqında danışılıb. Diqqətə çatdırılıb ki, ermənilər xislətlərinə uyğun olaraq, Şəhidlər xiyabanındakı qəbirlərin əksəriyyətini qarət məqsədilə qazaraq dağıdıblar.

Xocalı qətliam dəhlizinə səfəri çərçivəsində xarici qonaqlar Ağdam Cümə məscidini və Ağdam Şəhidlər xiyabanı ziyarət ediblər, burada dəfn edilmiş faciə qurbanlarının ruhlarına dualar oxuyublar. Ağdama səfər çərçivəsində qonaqlara Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə xüsusi nümayəndəliyində keçirilən görüşdə Qarabağda dini və mədəni abidələrin bərpası ilə bağlı aparılan işlər barədə məlumat verilib.


Oxunub: 184






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim