reklam
USD
28 ℃
EUR
BAKI

RİİB könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini 613 ağac əkməklə yad ediblər

CANLI TV / 25.02.2023 17:00

Fevralın 25-də Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.


"carciTV" xəbər verir ki, paytaxtın Nərimanov rayonunda təşkil edilən aksiyada Xocalı qətliamında həlak olmuş 613 nəfərin xatirəsini əbədiləşdirmək məqsədilə 613 ağac əkilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda yaşadılması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmiş aksiyada könüllülər iştirak ediblər.

Aksiyada iştirak edən RİİB könüllüsü Əli Həsənəliyev bildirib ki, 31 il əvvəl Xocalıda törədilən faciənin qurbanlarının unudulmadığını, onların xatirəsinin dərin hüzn və ehtiramla yad edildiyini nümayiş etdirmək üçün o dəhşətli gecədə qətlə yetirilən hər bir soydaşımızın xatirəsinə bir ağac əkilib: "Əkdiyimiz ağaclar böyüdükcə, ərazilər yaşıllaşdıqca həmin ağacların hansı məqsədlə əkilməsi xatırlanacaq. Beləliklə bizdən sonrakı nəsillərə tariximizi məhz bu cür üsullarla xatırladacağıq. Vətən müharibəsində iştirak edə bilməsəm də, şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına aldığı torpaqlarda keçirilən ağacəkmə aksiyalarına qoşulmaq ən böyük arzumdur. Xüsusilə də Xocalıda ağac əkməklə həm şəhidlərimizin, həm də faciə qurbanlarının ruhunu şad etmək istərdim”.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə həyata keçirilən Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 Xocalı sakini qətlə yetirilib.

Heydər Əliyev Fondu Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində silsilə tədbirlər reallaşdırır. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası həyata keçirilir. Kampaniyanın fəaliyyət istiqamətlərinə Xocalı soyqırımına dair həqiqətlərin beynəlxalq aləmdə tanıdılması, faciə qurbanlarının xatirəsinin yad edilməsi, bu hadisələrin yaddaşlarda həkk olunması, xüsusən də gənc nəslə ötürülməsi də daxildir.


Oxunub: 187






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim