reklam
USD
5 ℃
EUR
BAKI

Xocalını unutmadıq

CANLI TV / 27.02.2023 01:05

Xocalını unutmadıq

Ən böyük faciələrdən biri olan Xocalı soyqırımı xalqımızın genetik yaddaşında tarixi yer tutur. Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş genosiddir.

1992-ci il 26 fevral - Azərbaycan xalqı üçün ən dəhşətli günlərdən biri oldu . Erməni terrorçuları 366-cı alayın köməyindən istifadə edərək Xocalı qırğınını törətdilər.
Əliyalın insanlara hücum edən qaniçən ermənilər dəhşətli vəhşilik törətdi. Hələ tarix belə vəhşilik , belə dəhşət görməmişdi. Misli görünməmiş bu vəhşilik nəticəsində yüzlərlə insan qətlə yetirildi , yüzlərlə insan əlil oldu , yüzlərlə dinc sakin yaralandı, əsir götürüldü.
Düşmənlər öz çirkin əməllərini yenə davam etdirdilər . Qarabağın azərbaycanlılar yaşayan bir çox kənd və qəsəbələrini  yandırdılar , dağıtdılar , yerləyeksan etdilər . 
Qalan insanlar isə doğma yurd-yuvalarından didərgin düşdülər.
 Soyqırım  gecəsindən sonra məhv edilmiş şəhərin ətrafını , yolları , meşələri gəzən qaniçənlər , qandan doymayan erməni faşistləri meşələrdə , yollarda gizlənə bilən günahsız insanları – qocaları , qadınları , uşaqları tutub ağır işgəncələr verirdilər . 
Sonra isə daha dəhşətli bir mənzərəyə şahid olduq.
Qaçıb canını qurtarmaq istəyən yaşlı babalar , nurani nənələrin , körpə uşaqların , gözəl-göyçək qız-gəlinlərin qarlı çöllərə səpələnmiş cəsədləri... Hətta  günahsız insan cəsədləri belə , düşmən tərəfindən tanınmaz hala salınmışdı...
Unutmayaq tökülən qanları , qətlə yetirilmiş körpələri , qanına qəltan edilən ağbirçək nənələri , nurani babaları... Unutmayaq gözüyaşlı qalan anaları , bacıları...Unutmayaq şikəst olmuş , əsir düşmüş qardaş və bacıları...
Unutmayaq xaraba qalmış şəhərləri, kəndləri , dağıdılmış dədə-baba məzarlarını...
Vətənin bir qarışını belə ,  Vətənin  bir daşını belə unutmayaq! 
Hər il olduğu kimi bu il də Xocalı faciəsində dünyasını dəyişən günahsız insanların xatirəsini yad etmək məqsədilə Azərbaycanın bütün  məktəblərində olduğu kimi, Bakı şəhəri 274 nömrəli tam orta məktəbdə də Xocalı faciəsinə həsr olunmuş dərslər , müxtəlif tədbirlər keçirilir , kompozisiyalar hazırlanır və qan yaddaşımızda əbədi qalan Xocalı faciəsi bir daha xatırlanır .
 
Yeganə ƏLİYEVA,
Bakı şəhəri, 274 nömrəli məktəbin müəllimi.


Oxunub: 473






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim