reklam
USD
2 ℃
EUR
BAKI

Türkiyənin xarici işlər naziri Azərbaycan könüllüləri ilə görüşüb

REPORTAJ / 27.02.2023 10:17

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraşda zəlzələdən zərərçəkənlər üçün salınmış çadır şəhərciyində könüllü kimi çalışan Azərbaycan gənclərinin bir qrupu ilə görüşüb.


"carciTV" Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) saytına istinadla xəbər verir ki, nazir Mövlud Çavuşoğlu öz sosial şəbəkə hesabında Azərbaycan könüllüləri ilə arasında baş tutan görüşü əks etdirən paylaşım da edib. Həmin paylaşımda Türkiyə XİN başçısı Azərbaycanda hər kəsin Türkiyəyə yardım etmək istəməsi haqqında məlumatlı oluduğunu qeyd edib, buna görə də minnətdar olduğunu könüllülərin diqqətinə çatdırıb. Mövlud Çavuşoğlu ziyarətinin sonunda Azərbaycan könüllülərinin bir qrupu ilə xatirə şəkli çəkdirib.

Məlumat üçün bildirək ki, artıq iki həftədən çoxdur fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrdəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir. Eləcə də zəlzələ bölgələrindəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən onlarla məhəlləyə zəruri yardımları çatdırır və digər dəstək verici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.

Eyni zamanda, Azərbaycan könüllüləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstərirlər. Bununla yanaşı, tibb təhsilli könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldir, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət edirlər.


Oxunub: 258






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim