reklam
USD
3 ℃
EUR
BAKI

Leyla Abdullayeva Fransanın “İ24news” televiziya kanalına regiondakı reallıqlardan danışıb

XƏBƏR / 01.03.2023 02:42

Antisemitizmin olmaması dünyəvi və hər kəsin əqidəsinə və etnik mənşəyinə hörmətlə yanaşan dövlət modelimizin gücünü sübut edir.


"carciTV" xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin "İ24news” televiziya kanalına müsahibəsində deyib.

Səfir Leyla Abdullayeva Azərbaycanın sülh niyyətlərindən, regionda davamlı sülhün bərpasında maraqlı olmasından, ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə Münxen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşündən söz açıb. O, regionda sülhə nail olmağın yeganə yolu olan dialoqun bərpasının vacibliyini vurğulayıb.

Səfir söyləyib ki, 2020-ci ildə müharibə başa çatandan sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına nail olmaq üçün sülh müqaviləsinin əsaslanmalı olduğu fundamental prinsipləri bu ölkəyə təqdim edib.

"Azərbaycana qarşı yalan ittihamları eşidirəm. Azərbaycan onilliklər ərzində ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən ölkədir”, -deyə L. Abdullayeva ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərdən və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin regionda yaratdığı yeni reallıqlardan söz açıb.

Diplomat müsahibədə Azərbaycan səfiri İsraildə səfirliyimizin açılması və onun ikitərəfli münasibətlərin inkişafına böyük töhfə vərəcəyini diqqətə çatdırıb. "Azərbaycanda antisemitizmin olmaması ölkə üçün qürur mənbəyidir ki, bu da "dərin dünyəvi, hər kəsin əqidə və mənşəyinə hörmətlə yanaşan dövlət modelimizin gücünü” sübut edir”,-deyə səfir Leyla Abdullayeva vurğulayıb.


Oxunub: 207






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim