reklam
USD
19 ℃
EUR
BAKI

Kür çayında suyun səviyyəsi xeyli azalıb - su qıtlığı problemi FOTO

CANLI TV / 04.03.2023 02:07

Kür çayında suyun səviyyəsi yenidən azalıb. Mövcud vəziyyət çayın Sabirabad rayonundan keçən hissəsində də açıq-aşkar müşahidə edilir.


"carciTV" xəbər verir ki, bir vaxtlar Dəli Kür adı ilə tanınan Azərbaycanın ən böyük çayı indi öz məcrasından da xeyli geri çəkilib.

Xanoğlan Əsgərov Sabirabad rayonu Surra kənd sakinidir. Bildirir ki, bu kənddə dünyaya göz açıb, uşaqlıq illəri də Kür çayının sahilində keçib: "Vaxt var idi Kür aşıb-daşardı. Son illər isə Kürdə suyun səviyyəsi xeyli aşağı düşüb. Yanvar ayında ölkə ərazisində yağıntılar Kürdə suyun səviyyəsinə müsbət təsir etsə də, son bir ayda çayda su demək olar ki, minimum səviyyəyə düşüb. Bu vəziyyət aran zonasında əkinlər üçün çətinliklər yaradır. Əkinin suvarılması üçün su Kür çayından nasoslar vasitəsilə götürülür. Lakin bir çox hallarda suyun azlığı həmin stansiyaların işinə çətinlik yaradır”.
Onun sözlərinə görə, vaxt var idi ki, əkin sahələri Kür çayı vasitəsilə fasiləsiz suvarma suyu ilə təmin olunurdu. Lakin hazırda su qıtlığı səbəbindən suvarma qrafiklə təşkil edilir. Məqsəd isə sudan qənaətlə istifadə etməkdir.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Şabanlı deyir ki, Kür çayında son günlər suyun azalması düşməsi davam edir. Çayda suyun səviyyəsi yalnız yağıntılar olan zaman artır, digər hallarda isə suyun azalması müşahidə olunur.
"Kürdə suyun səviyyəsi son günlərdə demək olar ki, 50 santimetr aşağı düşüb. Bu günə kimi çayın hazırki vəziyyəti Sabirabad rayonunda Kür üzərində olan nasos stansiyalarının işinə elə də ciddi təsir etməyib. Kür üzərində faktiki olaraq 68 nasos stansiyası var, onlardan 67-i suyu tam götürmək gücündədir”, - deyə o qeyd edib.
Adil Şabanlı, həmçinin qeyd edib ki, su qıtlığı ümummilli problemdir. Ona görə də hər kəs su ehtiyatlarından səmərəli istifadə etməlidir: "Xüsusən də fermerlərimiz müasir suvarma sistemləri tətbiq etməlidirlər. Çünki müasir suvarma sistemlərinin tətbiqi nəticəsində həm su ehtiyatları qorunur, həm torpağın şoranlaşmasının qarşısı alınır, həm də məhsul bolluğu yaranır”.
Məlumdur ki, su qıtlığı bütün dünyada müşahidə olunur. Bu səbəbdən ölkəmizdə də ən gur sulu çaylarda belə suyun səviyyəsi aşağı düşür. Ona görə də gələcəkdə su qıtlığı probleminin törədə biləcəyi fəsadların azaldılması üçün bütün su istifadəçiləri sudan səmərəli istifadə etməli, su təchizatı qurğularında və məişətdə su itkilərinin qarşısını almalı, təsərrüfatda müasir texnologiya və suya qənaət edən avadanlıqlar tətbiq olunmalı, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır.



Oxunub: 191






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim