reklam
USD
22 ℃
EUR
BAKI

Turistlər üçün aeroportu olmayan 5 kiçik ölkə haqqında məlumat

MARAQLI / 04.03.2023 22:12

Dünyanın 5 kiçik ölkəsində aeroport yoxdur və bu dövlətlərin ərazisinə gələn turistlər digər nəqliyyat vasitələrindən istifadə edirlər. "carciTV" həmin ölkələr barədə məlumatları təqdim edir.


Vatikan
Əhalisinin sayı cəmi 800 nəfər olan dünyanın bu ən kiçik dövlətində aeroport tikintisi üçün uyğun ərazi də yoxdur. Eyni zamanda, çay və dənizin də olmadığı Vatikanda su nəqliyyat vasitələrindən də istifadə etmək mümkün deyil. Lakin İtaliyanın Ciampino və Fiumicino aeroportlarına gələn səyahətçilər qatarla cəmi 30 dəqiqəyə bu şəhərə çata bilirlər.

Monako
Bu ikinci ən kiçik dövlət üç tərəfdən Fransa ilə həmsərhəddir və ərazisində aeroport yoxdur. Monakoya səfər etmək istəyənlər Fransanın Nis şəhərinin "Côte d'Azur” aeroportuna gələrək taksi ilə bu knyazlığa yollana bilərlər.

San Marino: 
Vatikanın yaxınlığında yerləşən bu kiçik ölkə dünyanın ən qədim dövlətlərindən biridir. Hər tərəfdən İtaliya ərazisi ilə əhatə olunmuş San Marinonun dənizə çıxışı yoxdur. Torpaqları çox kiçik olduğundan, burada aeroport tikilməyib. Bu ölkəyə gələnlər İtaliya aeroportlarından istifadə edirlər. Daha sonra avtomobillər təyinat yerinə çatmaq mümkündür. San Marinoya ən yaxın aeroport İtaliyanın Rimini Beynəlxalq Hava Limanıdır. Bununla yanaşı, Florensiya, Bolonya, Venesiya aeroportlarından da istifadə etmək mümkündür.

Lixtenşteyn
Bu ölkənin o qədər də böyük olmayan ərazisinin perimetri cəmi 75 kilometrdir. Dağlıq relyefi və çox kiçik ərazisi bu cırtdan dövlətə Reyn çayı sahilində və Avstriya dağları ətəyində aeroport tikməyə imkan verməyib. Lixtenşteyn əhalisi təxminən 120 kilometr uzaqlıqda yerləşən Sürix hava limanına çatmaq üçün avtomobil və ya avtobusdan istifadə edirlər.

Andorra
Ərazisi sadaladığımız ölkələrdən böyük olsa da, Andorra Knyazlığı dağlıq relyefə malik olması səbəbindən aeroporta sahib deyil. Bu dövlət Fransa və İspaniya arasında yerləşir və Pireney dağları ilə əhatə olunub. Burada hündürlüyü 3 min metrə çatan dağlar var və bu, təyyarələrin mütəmadi uçuşu üçün təhlükə yaradır. Andorra sakinləri və knyazlığa gələn turistlər təxminən 200 kilometr uzaqlıqda yerləşən İspaniyanın Barselona aeroportundan istifadə edirlər.


Oxunub: 286






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim