reklam
USD
10 ℃
EUR
BAKI

“Yaşıl Marafon 2023” ağacəkmə kampaniyasına start verilib

XƏBƏR / 07.03.2023 00:38

Martın 6-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakıda "Ümumrespublika Yaşıllaşdırma Marafonu”nun ("Yaşıl Marafon”) 2023-cü il yaz mövsümü üzrə ilk ağacəkmə aksiyası keçirilib.


"carciTV" xəbər verir ki, ağacəkmə aksiyası zamanı Bakının Xətai rayonunda yerləşən "Gənclik” parkında Yaponiya dövləti tərəfindən Azərbaycana hədiyyə edilmiş sakura ağaclarından ibarət bağ salınıb. Azərbaycan və Yaponiya arasında dostluq rəmzi olaraq əkilmiş həmin sakura ağaclarının çiçəklənməsi ölkələrin inkişafı, onların dostluq və həmrəylik rəmzi olacaq. Eyni zamanda, aksiya zamanı könüllülərin iştirakı ilə parkda qurumuş ağacların əvəzinə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun yeni şam ağacları əkilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkənin müxtəlif regionlarında yaz-payız əkin mövsümlərində kütləvi ağacəkmə aksiyaları təşkil olunur.

Kampaniyanın əsas məqsədi yaşıllıq sahələrinin artırılmasına, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, eyni zamanda, yaşıllıqların qorunması ilə bağlı maarifləndirmə işinə töhfə verməkdir.

Ölkəmizdə yaşıllıqların mühafizəsi və artırılması səylərini bundan sonra da davam etdirmək niyyətində olan IDEA İctimai Birliyi öz tərəfdaşları ilə birgə ictimaiyyəti planetimizin mühafizəsi ilə bağlı mübarizədə, ətraf mühit naminə görülən tədbirlərdə fəal iştirak etməyə çağırır.


Oxunub: 245






SON XƏBƏRLƏR

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Haqqımızda

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim