reklam
USD
18 ℃
EUR
BAKI

Bənövşə ətri...

CANLI TV / 14.03.2023 03:56

"carciTV”  TƏQDİM EDİR

Bənövşə ətri...


   Ətirlərin fəslidir bahar. Quşların  nəğməsində,həşəratların canlanmasında  bir doğmalıq var. Çox uzaq olduğum yer başqa şəhərlər olub.Ən çox darıxıb,kövrəldiyim qaratoyuğun oxuması ,bənövşələrin ətri , bir də anamın qışdan sonra dərindən təmizlədiyi evimizin ,kraxmallı yorğan - döşəyin ətri.
İnsan zamanın dünya ilə vəhdətində bir köməkçidir. Zaman insanla yeriyir,dünya isə bu gedişə izləyici.Bəzən "Dejavu" yaşamaq kimi qəribə hisslərin haradan qaynaqlandğını tam təəssüratı ilə xatırlamağa çalışırıq.Bu xatirənin elə özüdür...
Bənövşə ətrini sevməyi valideynlərim öyrətmişdi.Uşağa nəyi daha çox aşılasan onu sevər. Bağımızdan gətirib həyətdə hasarın dibi ilə cərgəylə əkmişdi atam. Arabir gedib bir ovuc yığırdı, gətirib anama verərdi.O da stəkana su töküb,bir parça qənd salardı.Çiçəkləri qoyardı bu suya.Evimizə bənövşə ətri dolardı.
Yaşıdlarım olan qızlar bənövşələri dərman şüşələrinə yığıb,hansısa sehrli qüvvə ilə ətir də hazırlayardılar.Sehri onda idi ki, heç vaxt nə əlavə etdiklərini deməzdilər, mən də çox israr etməzdim.Çünki dar şüşələrdə işgəncəylə əzdikləri bənövşələri gördükcə ətriyyatçı peşəsinə acığım gələrdi.
 Beləcə illər bənövşələrin bitib- solması kimi təkrarlandı və uzun zaman kəsiyindən sonra atam qocaldı. Ən pisi isə gözlərinin nurunu itirdi.Ömrünün son iki ilini sevdiyi təbiəti görmədi.
 Yaşlı bir müəllim həmkarı vardı.Bizə tez-tez atamın ziyarətinə gələrdi.Hər dəfə maraqlı söhbətlər edər,çalışardı ki,atamın kədərli üzünü güldürsün.
Yaz gəlmişdi.Həmin müəllim yenə də ziyarətə  gəldi.Əlində də bir dəstə bənövşə.Bənövşələri ətrini hiss edən atamın üzü güldü, qonağın ona uzatdığı çiçəklərin ətrini içinə çəkdi:-" Yaz gəlib...Hər yer yaşıldır yəqin...." Hamımız bu sözə kövrəldik.
Bir aydan sonra atamı itirdik.Amma bənövşələri saxlamışdım.Qurudub qoydum kitabın arasına.
Bir neçə il sonra həmin müəllim işlədiyim kitabxanaya gəldi ,söhbət zamanı hər nəyə varsa şeir yazdığını,tək bənövşəyə şeir qoşa bilmədiyini etiraf etdi.
Zaman və insanlar dəyişir,dünya isə izləyir.Yenə bahar gəlir,yenə bənövşə ətri bürüyür hər yanı....

Natavan İBRAHİMOVA,
Qəbələ rayonu, Xırxatala kənd kitabxanasının müdiri.


Oxunub: 483






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim