reklam
USD
27 ℃
EUR
BAKI

ZƏNGƏZUR DƏHLİZİNİN ƏHƏMİYYƏTİ

CANLI TV / 15.03.2023 10:03

"carciTV”  TƏQDİM EDİR

ZƏNGƏZUR DƏHLİZİNİN ƏHƏMİYYƏTİ


    Azərbaycan Zəngəzur dəhlizinin açılması ilə ciddi iradə nümayiş etdirməkdə  davam edir. Çünki dəhliz Azərbaycan regionun ən böyük transmilli nəqliyyat mərkəzinə çevirəcək,Qərblə-Şərq iqtisadi rregionları birləşdirəcək böyük layihə artıq bütün ünyaya səs salmaqdadır. Təbii ki, Ermənstan və ona dəstək olan qüvvələr prosesə mane olmağa çalışır. Açıq şəkildə desək, İkinci Qarabağ müharibəsindəki qalibiyyətdən sonrakı dövrdə Ermənistanla münasibətİləri normalllaşdırmaq bizim milli maraqlara cavab verir. Maraqlısı odur ki, iki ölkə arasında münasibətlərə dair irəliləyiş olduqda bəzi qonşu dövlətlərin mətnaltı mənfi reaksiyasını müşahidə edirik. Qarabağ münaqişəsi uzun müddət idi ki, regonumuza  siyasi ətalət gətirmişdi. Baxmayaraq ki, Azərbaycan iqtisadi və transmilli layihələrlə dünya ölkələrinə etibarlı tərəfdaş kimi tanıda bildi, Ermənistan-Azərbaycan arasında olan konflikt özü-özlüyündə regional təhlükə yaradırdı. 
    Prezident İlham Əliyevin bu il olduqca əhmiyyətli hesab edilən Davos Forumu və Münhen Təhlükəsizlik konfransında dünyaya vacib mesajlar verdi. İlk növbədə Zəngəzur dəhlizinin  bu və ya digər şəkildə açılacağı, Ermənistanla sülh müqaviləsi imzalandıqdan sonra tərəflərin münasibətlərin normallaşdırmasına dair Azərbaycan tərəfindən lazımi addımların atılacağına dair fikirlər Qərb mətbuatda maraqla qarşılandı. Lakin dəhliz ətrafında olan pozitiv siyasi abu-hava tək Ermənistanı deyil, eyni zamanda İranı da narahat etməyə başlayıb. 
  İranda Azərbaycan səfirliyinə olan terror hücumundan sonra dünən İran hökuməti Azərbaycanşünaslıq Mərkəzini bağlandı hətta təbrizli fəallar da həbsə atılıblar. Görəsən, həmin Azərbaycanşünaslıq Mərkəzində İranı hürkütəcək nə baş verib? Cavab aydındır. 
Ölkəmizin milli mənafeyi təhlükəsizlik kontekstindən baxdıqda dövlət və xalq həmrəyliyi ilə qorunur.     Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı sanksiyaların maştabını nəzərə alaraq  Zəngəzur korridorunun açılması əslində sanksiyalara daim məruz qalmış İran daxil olmaqla, bütün qonşu ölkələrin maraqlarına cavab verir. Ermənistan hakimiyyəti isə başa düşməlidir ki, ölkənin sosio-iqtisadi inkişafı sülh müqaviləsinin imzalanması və Azərbaycan münasibətlərin normallaşdırıldırmasından gedir. Azərbaycan bugün də həm Qərb, həm də Şərqlə siyasi balansı tutmağa çalışır. Bunu ölkəmizdə baş tutan rəsmi tədbirlərdən və ölkə rəhbərliyinin vacib səfərlərindən agah oluruq. Çünki bizim məram təkdir-Firavan, müstəqil və sülhün bərqərar olduğu regionda yaşamaq.

Gülsel SƏFƏROVA,
Siyasi analitik


Oxunub: 419






SON XƏBƏRLƏR

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image

2025-06-19

18:03 Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində

Product image

2025-06-11

01:16 Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb

Product image

01:11 Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Product image

01:03 Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Product image

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim