reklam
USD
4 ℃
EUR
BAKI

Yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatında üç qızıl medal qazanıblar

İDMAN / 16.03.2023 04:27

Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.


"carciTV" xəbər verir ki, mübarizəyə dörddəbir finaldan qoşulan yunan-Roma güləşçimiz Elmir Əliyev (60 kq) türk Mert İlbarsla gərgin keçən görüşdə əzmkar qələbə qazanıb. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib. E.Əliyev finalda israilli Melkamu Fetene ilə qarşılaşıb və rəqibinə qalib gələrək Avropa çempionu olub.

Qurban Qurbanov (72 kq) ilk mərhələdə xorvatiyalı Luka Malobabiçi vaxtından əvvəl xalçadan məyus yola salıb. Təmsilçimiz səkkizdəbir finalda rumıniyalı İqor Botezdən güclü olub. Güləşçimiz dörddəbir finalda finlandiyalı Coni Komppaya qalib gəlib. Yarımfinalda gürcüstanlı Giorgi Çixvadzeylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibini üstələyən güləşçimiz adını finala yazdırıb. Q.Qurbanov həlledici qarşılaşmada ukraynalı İrfan Mirzoyevə heç bir şans verməyib. Rəqibinə tam üstünlüklə qalib gələn güləşçimiz ölkəmizə ikinci qızıl medalı qazandırıb.

Yunan-Roma güləşçimiz Murad Əhmədiyev (97 kq) debütdə serbiyalı Luka Katiçə qalib gəlib. Pəhləvanımız dörddəbir finalda ukraynalı Aleksandr Yevdokimovu məğlub edib. M.Əhmədiyev yarımfinalda almaniyalı Lukas Lazogianisi üstələyərək finalda macarıstanlı Aleks Şokeyə rəqib olub. Finalda rəqibini əks-fənddə yaxalayan güləşçimiz "tuşe” ilə qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) gümüş medal qazanıb. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 dünya çempionatını 3 qızıl və 1 gümüş medalla başa vurub.


Oxunub: 302






SON XƏBƏRLƏR

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib

Product image

01:35 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim