reklam
USD
20 ℃
EUR
BAKI

“Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramının yekunu olaraq bağlanış mərasimi keçirilib

CANLI TV / 12.04.2023 09:46

"Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi - 2.0” proqramının yekunu olaraq bağlanış mərasimi keçirilib 


Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə artıq ikinci dəfədir ki, həyata keçirilən "Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” - 2.0 proqramı fəaliyyətini yekunlaşdırıb.

Proqram çərçivəsində ümumilikdə 2022-2023-cü illəri əhatə etməklə 15 təşkilatın 15 layihəsinə resurs dəstəyi göstərilib və bu layihələr 6 istiqaməti əhatə edib. 

Gənclər təşkilatları tərəfindən gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması, ətraf mühitin mühafizəsi, yerli və beynəlxalq layihələrin yazılması, idarəedilməsi istiqamətində gənclərin bilik, bacarıq və təcrübələrinin artırılması, gənclər arasında zərərli vərdişlərin aradan qaldırılması, sağlam həyat tərzinin təbliği, gənclərin əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi, sahibkarlıq haqqında məlumatlılıq səviyyəsinin artırılması və regionlarda fəaliyyət göstərən gənc ictimai liderlərin potensiallarının artırılması, istiqamətləri üzrə həyata keçirilən layihələr çərçivəsində 10 şəhər/rayonda 34 təlim, 17 vörkşop/qrup işi, 15 görüş, müxtəlif istiqamətlər üzrə 4 yarış, 4 intellektual oyun və 1 sərgi keçirilib.

Proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin artırılmasında vasitəçilik etmək, gənclərə vətənpərvərlik hisslərini mütəmadi olaraq aşılamaq, gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaq, həmçinin gənclərlə iş sahəsində araşdırmaların aparılmasına nail olmaqdan ibarət olub.

Qeyd edək ki, proqramın yekunu olaraq AR Gənclər Fondunun İcraçı direktorunun müavini Qədir Xəlilov və AR Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Həsən Səmədovun iştirakı ilə bağlanış mərasimi keçirilib. Tədbirdə NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək proqram haqqında ətraflı məlumat vermiş, həmçinin artıq proqramın yeni adda "ŞƏBƏKƏ” adı ilə fəaliyyət göstərəcəyini elan etmişdir. 
Proqrama uyğun olaraq tədbirin davamında hesabat videoçarxı təqdim olunub, "ŞƏBƏKƏ” Proqramına yenidən layihələrin qəbulunun yaxın zamanda elan olunacağı bildirilib. Ənənəyə sadiq qalaraq yekunda proqramın qalibi olan təşkilatlar təltif olunub və xatirə fotosu çəkilib.

"carciTV"


Oxunub: 208






SON XƏBƏRLƏR

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image

2025-04-29

16:44 ŞƏRQİN LİDERİ

Product image

16:19 Bakıda Azərbaycan-İran biznes forumu keçirilib Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian tədbirdə iştirak ediblər

Product image

09:20 Göyərçin sülh rəmzi kimi

Product image

2025-04-28

00:12 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Product image

23:42 Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə geniş tərkibdə görüşü keçirilib

Product image

23:28 Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalında Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olunub

Product image

23:17 İran Prezidenti Məsud Pezeşkianın rəsmi qarşılanma mərasimi olub

Product image

2025-04-23

23:50 ÜRƏYİNDƏKİ DİLİNDƏ, BEYNİNDƏKİ ƏMƏLİNDƏ OLAN XANIM TƏBRİK EDİRİK!

Product image

23:45 Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədəki zəlzələnin monitorinqini davam etdirir

Product image

23:37 Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasının diqqət mərkəzində

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim