reklam
USD
14 ℃
EUR
BAKI

YAP ilə AK Parti arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

REPORTAJ / 16.04.2023 00:00

Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının İstanbul vilayət təşkilatında görüş keçirilib


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

AZƏRTAC-ın Türkiyəyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, YAP İdarə Heyətinin üzvləri, deputatlar Hikmət Məmmədov, Pərvin Kərimzadə, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən və YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevdən ibarət nümayəndə heyəti ilə aprelin 15-də Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul vilayət təşkilatında görüş keçirilib.

Görüşdən əvvəl Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və AK Parti Sədrinin birinci müavini, İstanbul millət vəkili Numan Kurtulmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar.

Numan Kurtulmuş bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri "Bir millət, iki dövlət” təfəkkürü ilə sürətlə inkişaf edir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın dostluq və qardaşlıq münasibətləri, dövlət qurumlarımızın da işbirliyi ilə iki qardaş ölkə arasında münasibətlər sürətlə inkişaf edərək hazırda müttəfiqlik səviyyəsinə yüksəlib.

Azərbaycan–Türkiyə əlaqələrinin bütün mərhələlərdə daha da möhkəmləndiyini vurğulayan AK Parti Sədrinin birinci müavini diqqətə çatdırıb ki, təkcə dövlətlərimiz arasında əlaqələr deyil, qardaş xalqlarımızın münasibətləri də gündən-günə inkişaf edir.

İşğal altındakı torpaqlarının azad edilməsi uğrunda 44 günlük qəhrəmanlıq dastanının yazıldığı Vətən müharibəsində də Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən Numan Kurtulmuş deyib ki, Türkiyənin beynəlxalq aləmdə nüfuzu, milli müdafiə sənayesi onun bütün imkanları ilə Azərbaycanın yanında olmasına şərait yaratdı. Nəticədə beynəlxalq təşkilatların, o cümlədən Minsk Qrupunun 30 il ərzində bu istiqamətdə heç bir addım atmadığı problem Türkiyənin köməyi və Azərbaycanın mübarizəsi ilə həllini tapdı.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Türkiyədə baş vermiş zəlzələ zamanı həyatını itirənlərlə bağlı başsağlığı verərək, yaralıların tezliklə şəfa tapmasını arzulayıb.

Tahir Budaqov bildirib ki, dərin köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bir çox sınaqlardan çıxıb. Əlaqələrimiz 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi yüksək siyasi, mənəvi dəstəyindən sonra keyfiyyətcə yeni müstəviyə qədəm qoyub. Azərbaycan xalqı bu dəstəyi, qardaşlığı, dostluğu heç zaman unutmayacaq.

YAP-ın Azərbaycan qarşısında duran yeni vəzifələrin həyata keçirilməsi, məqsədlərə nail olunması üçün genişmiqyaslı fəaliyyət həyata keçirdiyini vurğulayan Tahir Budaqov deyib: "İyunun 2-də Türkiyəyə səfərimiz zamanı Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə Yeni Azərbaycan Partiyası arasında imzalanmış əməkdaşlıq Sazişini xüsusi qeyd etmək istəyirəm. Həmin Saziş imzalandıqdan sonra AK Parti ilə Yeni Azərbaycan Partiyası bir çox layihələri həyata keçirib, uğurlu əməkdaşlıq edib. Bu qısa zaman kəsiyində hətta beynəlxalq səviyyəli tədbirləri də birlikdə reallaşdırmışıq”.

Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının regionda yeni reallıqlar yaratdığını söyləyən Tahir Budaqov postmünaqişə dövründə Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərində Türkiyənin ölkəmizə verdiyi dəstəyi xüsusi vurğulayıb. Qeyd edib ki, Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş bütün bölgələrdə aparılacaq quruculuq işlərində də ölkələrimiz birlikdə olacaq, bu işləri birgə həyata keçirəcək.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dostluq əlaqələri bütün bölgədə sabitlik və inkişaf üçün möhkəm əsaslar yaradıb. Bu proses artıq bütün dünyanın diqqətini cəlb edib, beynəlxalq güclərin maraq dairəsinə düşüb. Son illərdə Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və liderliyi ilə həyata keçirilən tədbirlər nəticəsində türk dövlətlərinin daha da yaxınlaşmasının, vahid bir təşkilat olaraq fəaliyyət göstərməsinin şahidi oluruq. Yaranmış tarixi fürsəti düzgün qiymətləndirməli və bu imkandan türk dövlətlərinin hamısının faydalanmaq şansını əldən verməməliyik.

Sonra xatirə şəkli çəkdirilib.


Oxunub: 203






SON XƏBƏRLƏR

2025-04-19

03:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Product image

03:26 Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Product image

2025-04-17

12:17 Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Product image

12:07 Kərimli Fizuli Adil oğlu Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini vəzifəsinə təyin olunubTƏBRİK EDİRİK!

Product image

12:03 Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə yeni sədr təyin olunub TƏBRİK EDİRİK!

Product image

11:39 Kitabxanalar xalqın bilik və zəka mənbəyidir

Product image

2025-04-10

16:26 QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ GÜLMƏRƏM, ÖZ YURDUMUN BİR GÜNÜNƏ QURBANAM.

Product image

16:14 PÜNHANIN PÜNHAN DÜNYASI

Product image

16:08 ŞAİQ MUSTAFAYEV YARADICILIĞINDA

Product image

15:57 Giya Paçxataşvilinin “Doğum şəhadətnaməsi” şeirlər kitabı haqqında bir neçə kəlmə

Product image

15:32 Armud ağacı. Natavan YUSİFOVA

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim