reklam
USD
8 ℃
EUR
BAKI

Tarix yazan talelərin əbədiyyət nəğməsi

CANLI TV / 20.04.2023 16:10
"carciTV" TƏQDİM EDİR

Nəsirova Rəfiqə Rafiq qızı (01.03.1985)
İlk ali təhsili tarix və ictimaiyyət, 
ikinci təhsil bədii yaradıcılıq və 
ekran dramaturgiyası.
HEYDƏR ƏLİYEV-100

Tarix yazan talelərin əbədiyyət nəğməsi


Tarix yazan talelərin vətən sevgisi beşikdə başlanır. Seçdikləri yol onları ölümsüzlük zirvəsinə ucaldır.  
Şəxsiyyəti zaman yetişdirir deyirlər. Məncə əsl şəxsiyyət zamanı dəyişdirməyi bacarandır. Bu həyatı hərə öz təbirincə yaşayır, həyat isə hamını keçmişdən gələcəyə daşıyır. Aradakı fərqlər bizim seçimlərimizin nəticəsində yaranır. Yer üzünə hakim kəsilən insan doğulduğu gündən arzuların əsirinə çevrilir. Onun surəti əyrisi-düzü, yaxşısı-pisi ilə var olan zamanın hər üzünə hopur. Bir vaxt yaşı bilinməyən cahanın duyğu dənizinə yelkən açıb qopan tufandan heyrətlənən insan gün gəlir əzəmətli dalğaları fəth edir. Yaşadıqca kədərə təslim olub sarsılmaq yerinə ən çarəsiz anlarında belə bir ümidin ətəyindən tutmağı öyrənir. Həyat məktəbinin ilk vəsiqəsini zaman dəyirmanında una çevrilməkdən boyun qaçıranda qazanır. Bəzən hündür bir dağ zirvəsində günəşin doğuşunu izləməyin xəyalını qurur, bəzən də qəlbini dağlayan atəşlə qovrulur. İsti ana qucağını axtaran körpə kimi doğmalar içində yad, yadlar içində doğma olur. İnsan kamilliyə çatanda şəxsiyyətə çevrilir. Əsl şəxsiyyət isə qəlbində qopan fırtınalara meydan oxuyub öz yoluna davam edəndir. O, həm hər kəs qədər adi, həm də olduqca bənzərsiz tale yükünü daşıyır.   
Haqqında söhbət açmağa çalışdığım şəxsiyyət hamıdan fərqli bir həyat yaşamışdı. Düşünürəm ki onun qarşılaşdığı çətinliklərə nadir iradə sahibləri dözə bilərdi. Sayılan və sayılmayan məqamlar ilk baxışda heç kimdən seçilməyən şəxsiyyəti milyonların idealına çevirmişdi. O, güllü bir may səhərində göz açdığı dünyada heç nədən xəbərsiz yaşadığı   uşaqlıq illərini hər zaman həzin bir təbəssümlə xatırlayırdı. Yaşadığı mühit, ailəsindən gördüyü tərbiyə ona dərin duyğular aşılamışdı. Yazıda bədii dillə təsvir etməyə çalışdığım şəxsiyyət həyatının heç bir məqamında asanı seçməmiş, bu keyfiyyətinə görə öz xalqının qəlbində taxt qurmuşdu. Tutduğu mövqedən, daşıdığı vəzifədən asılı olmayaraq hər kəsin hislərini bölüşməyi bacarırdı. Böyük bir xalqın liderinə çevrilən şəxsiyyət heç vaxt nə vəfanı, nə də etibarı unutmadı. Əziz oxucu, bəlkə də kimdən bəhs etdiyim artıq sənə məlumdur. O, ən çətin vaxtlarda belə əqidəsindən dönməyib dağ çayları kimi kükrədi və zamanı məcrasından çıxarmağı bacardı. Zaman isə ona xalqın dərin məhəbbətini bəxş etdi. Düşmənləri belə onun nadir xüsusiyyətlərini inkar edə bilmədilər. 
İllər sonra ümummilli lider ünvanını qazanan Heydər Əliyevin taleyi bu vətənin  tarixində yeni bir səhifə açdı. Bəhs edilən dövrün çətinlikləri heç kimə sirr deyil. Heydər Əliyev əsarət məngənəsinin ürəklərə dağ çəkdiyi illərdə haqq səsini ucaltmışdı. Onun Azərbaycan mədəniyyətində milli ruhun qorunması üçün gördüyü işlər hər zaman aktualdır. Əgər mənə ulu öndəri bir neçə kəlmə ilə ifadə etmək şərəfi nəsib olsa unudulmaz Hüseyn Cavidin adını çəkərdim. O Cavid ki, bütün ömrünü gözəlliyin və ülviyyətin tərənnümünə həsr etmişdi. Hərb meydanlarında düşmənə qan udduran liderlə bağlı xatirələrdə anasına aldığı güllü parçadan, sevgisinə qovuşmaq uğrunda atdığı addımlardan bəhs olunur. Şeirə, musiqiyə, teatra bəslədiyi məhəbbət ona bənzərsiz həssaslıq bəxş etmişdi. Vəfatından illər keçsə belə sənət sahibləri onun tamaşalara, konsertlərə gəlişini unutmurlar. Tariximizdə bir çox tale yüklü məsələlər Heydər Əliyev adı, imzası və nüfuzu ilə bağlıdır. Onun yoxluğunda keçən zaman bu həqiqətləri yaddaşlara qazıyır. Ümummilli liderin siyasi kursu və  yaratdığı ənənələr bu gün də ölkə rəhbərliyimiz tərəfindən davam etdirilir. 
Mən 100 illik yubiley tədbirləri ərəfəsində Heydər Əliyev şəxsiyyətini uşaqlıq dünyama iz qoymuş bir natiq kimi də xatırlayıram. Onun bədahətən söylədiyi nitqlərdə fəlsəfi cümlələri seçib qeyd etməyi çox sevirdim. Əziz oxucu, sənə şablonlardan uzaq, duyğulara yaxın bir yazı təqdim etməyə çalışdım. Buna nə dərəcədə nail olduğumu bilmirəm. Bir onu bilirəm ki, bu get-gəllər bazarına dəvə olub, ömür-gün naxışına həvə kimi sığal çəkən dünyada nə pis, nə də yaxşı əməllər heç vaxt yaddan çıxmır. Əgər günəşin doğuşunda sevinclə parlayan gözlər onun qürubuna kədərlənirsə demək duyğularla idarə olunan cahanda yaşamağa dəyər. Yalnız unudulmamaq üçün deyil, həm də millətin taleyində tarix yazan şəxsiyyətləri gələcək nəsillərin zehninə qazımaqdan ötrü. 

Rəfiqə RAFİQ qızı.


Oxunub: 364






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim