reklam
USD
8 ℃
EUR
BAKI

Azərbaycan tarixinin qızıl yazısı: Ümummilli Lider Heydər Əliyev

CANLI TV / 21.04.2023 03:22

"carciTV" TƏQDİM EDİR

Quliyeva Nəsibə Teymur qızı: 
Rəssamdır. Azərbaycan Dövlət 
İqtisad Universitetinin tələbəsi, 
İqtisadçı vətənpərvərlər təşkilatının
fakültə sədri.
HEYDƏR ƏLİYEV-100

Azərbaycan tarixinin qızıl yazısı: Ümummilli Lider Heydər Əliyev


     Heydər Əliyev həqiqətən də tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur. 
Çingiz Aytmatov

      Hər bir xalqın inkişaf etdirilməsində əvəzoluna bilməyəcək rol oynamış dahi şəxsiyyətlər olmuştur. 
10 May 1923-cü il Naxçıvan Muxtar Vilayəti-Naxçıvan şəhərində heç kimin təxmin belə edə bilməyəcəyi bir şəkildə Azərbaycan Respublikasının və Azərbaycan xalqının talehində çox böyük və qiymətli işlərə imza atacaq bir şəxsiyyət dünyaya gəldi. Zamanla bu şəxsiyyət xalqın tarixinə və yaddaşına unudulmayacak izlər buraxdı. Heydər Əliyevin keçdiyi böyük və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. 
 Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə Azərbaycanın müstəqilliiyinin təməli qoyuldu.Azərbaycan Respublikasının həyatında böyük rol oynamış incəsənət xadimləri,dövlət insanları adına heykəllər ucaldıldı. Yolların çəkilməsi nizama salındı. Yeni, təmtaraqlı binalar ucaldıldı. Azərbaycan xalqının milli ruh,vətənpərvərlik ruhu yüksəldi.
  "Əgər bir sahənin inkişaf etməyini istəyiriksə, öncəliklə özümüzü bu yolda inkişaf etdirməliyik”.Təhsil sahəsinin inkişaf etdirilməsinə böyük üstünlük verən Ümummilli Lider Heydər Əliyevdə bu yolla getdi və 1939-cu ildə Naxçıvan Pedoqoji texnikumunu bitirdiktən dərhal sonra Azərbaycan Sənaye Universitetinin memarlıq fakültəsinə qəbul oldu.Təəssüf ki, başalanan müharibə Hedər Əliyevə  təhsilini dəvam etdirməyə imkan vermədi.Ancaq bu Heydər Əliyevin təhsil mövzusuna olan maraq və diqqətinə qarşı qoya bilmədi.Moskva və Leninqrad şəhərlərində xüsusi ali təhsil almış daha sonra isə Azərbaycan Dövlət Universitetinə qəbul olmuştur.Özünün təhsilə olan bu sevgisini Ümummilli Lider Heydər Əliyev hakimiyyəti boyunca həm övladları həm də,onun üçün ailəsi kimi dəyərli olan Azərbaycan xalqına əks etdirmiştir.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinə qədər Azərbaycan sovetlər birliyinin ən zəif,geridə qalan respublikalarında sayılmıştır.Ancaq yüksək düşünmə qabilliyətinə  sahib dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra, nəzərə çarpacaq qədər uzun bir müddət keçmədən Azərbaycan iqtisadi artım tempinə görə normal səviyyə olaraq adlandırılan sovet ölkələrini geridə buraxmıştır. Özəlliklə, 1969-1982-ci illərdə Azərbaycan Respublikasının sənaye məhsulunun emal həcmi 2.7 dəfə, kənd təsərrüfatı istehsalı 2.3  dəfə, ümumiliktə respublikanın milli gəliri 2.6 dəfə artmıştır.İşsizlik problemini yaranmaması məqsədi ilə yeni iş yerlərinin yaradılması qərarları verildi. Heydər Əliyevin hakimiyyət illərində yüzminlərlə yeni iş yerləri açıldı. Əhalinin işsizliklə olan problemi haradasa tamamilə aradan qaldırıldı. 200-dən çox iri sənaye müəsisəsi yaradıldı. Atılmış bu addımlarla əhalinin yaşam səviyyəsi,sosial vəziyyəti dəfələrlə yaxşılaşdı.

Heydər Əliyev demiştirki "Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünəməxsus yerini tapmalıdır.”. Bu dediklərini isə daha sonra öz xalqını da inkişaf etdirmək uğrunda çox böyük addımlar ataraq təsdiq etmiştir. Sovet Azərbaycanındaki rəhbərliyi dövründə də təhsil,mədəniyyət,səhiyyə,incəsənət və milli-mədəni dəyərlərimizin inkişaf etdirilməsi sahəsində çox böyük əhəmiyyət kəsb edən addımlar atılmıştır.Bu sahələrdə atılmış addımlar hərbir sahə üzrə əvvəlki ilə müqayisədə çox böyük bir fərq yaratmıştır. Sahələr üzrə görülmüş işlər,aparılan dövlət siyasəti, sahələrin inkişafı ilə bərabər insanların düşüncə tərzlərini və təhsil səviyyələrinidə əvvəlki illərə nisbətən yeni inkişaf pilləsinə qaldırmıştır. Heydər Əliyevin hakimiyyəti müddətində müxtəlif elm sahələri üzrə 3000 dən çox elmlər namizədi, 265 elmlər doktoru namizədi hazırlanmıştır.Bundan əlavə olaraq xarici təhsil müəsisələri ilə də təhsil mübadilələrinin inkişaf etdirilməsi məqsədi ilə respublikamızın 1000-dən çox tələbəsi təhsillə bağlı xaricə göndərilmiştir.
Məhz bu böyük şəxsiyyətin milli təəssübkeşliyinin nəticəsi idi ki, onun hakimiyyətdə olduğu illərdə görkəmli azərbaycanlı ədəbi şəxsiyyətlərin yubileyibləri keçirilmiş, ədəbi şəxsiyyətləri əbədiləşdirən əməli addımlar atılmışdır. Məsələn, hər kəsin bildiyi kimi, Heydər Əliyevin təşəbbüsü ilə şair-dramaturq Hüseyn Cavidin anadan olmasının 100, 110 və 120 illik yubileylərinin təntənəli şəkildə qeyd olunması ədəbiyyat tariximizin parlaq səhifələrindən birini təşkil edir.Heydər Əliyev ədəbi şəxsiyyətlər, incəsənət xadimləri,musiqiçilər,xalq artistləri daxil bütün incəsənət dünyasının üzvlərinə xüsusi diqqət göstərmiş və onların inkişafına maddi və mənəvi dəstək göstərmiştir.
Ümummilli Liderin Azərbaycan Respublikasının inkişafı istiqamətində attığı addımlar əvəzolunmazdır. Azərbaycan xalqı heç bir zaman ulu öndəri unutmayacaq.Tam tərsi nəsildən nəsilə öyrədəcəktir. 80 illik yaşamı müddətində dahi şəxsiyyət Heydər Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmağı bacarmıştır.Azərbaycan xalqı belə bir liderə sahib olduğunu hər zaman fəxr və qürur hissi ilə danışacaq,yeni nəsillərdən əlavə digər dövlətlərə,xalqlarada tanıtmağa dəvam edəcəktir.
29 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul ettiyi qərara görə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev” ili elan olunmuştur.Bu addım Ümummilli Lider Heydər Əliyevin  adının tarixə həkk olunmasını tamamilə təsdiqləmiştir. 

 Görkəmli  şəxsiyyət Heydər Əliyev hər zaman müstəqil Azərbaycanımızın qüvvətli ordusu üçrəngli bayrağı ilə öyünüb fəxr etmişdir. O, öz bariz irsi, tükənməz sevgisi ilə yaddaşlarımızda iz buraxmıştır:
        
«Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm, bundan sonra da bu yolla gedəcəyəm, başqa yolum yoxdur. Vətənə, xalqıma, millətimə məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur.»  (H.ƏIiyev)

Nəsibə QULİYEVA,
Azərbaycan Dövlət İqtisad Universiteti tələbəsi.


Oxunub: 383






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim