reklam
USD
24 ℃
EUR
BAKI

FÖVQƏLBƏŞƏR İNSAN.

CANLI TV / 21.04.2023 04:17

"carciTV" TƏQDİM EDİR

Minirə Dadaşqızı Məmmədova.
Aşıq Pəri və AYB-Şirvan bölməsinin üzvü,
Şair -publisist, Ağsu rayon Kalva kəndi

FÖVQƏLBƏŞƏR İNSAN


   Dünyaya bəzən elə insanlar gəlir ki, onlar Yer əhli olmurlar.Onlar Allah tərəfindən seçilmiş, xüsusi  görəvlərlə  bu Yer üzünə endirilmiş ruhlardır ki , belə insanlara fövqəlbəşər insan deyirlər. O millət, o xalq da xoşbəxtdir ki, onların taleyinə belə şəxsiyyətləri Allah nəsib edir.
Elə bizim Azərbaycan xaqımız  kimi.Bəli, millətimizin bir xalq olaraq ölüm-qalım məsələsində, parcalanmağa doğru getdiyi ərəfələrdə məhz belə bir insanı ,belə bir dahini Azərbaycan xalqının taleyinə yazdı Allah.Görünür uca Yaradan bizim xalqımızı çox sevirmiş ki , belə bir çətin anda bu dahi şəxsiyyəti bu xalqın harayına yetirdi.
   
Yəqin ki, elə də uzaq keçmiş deyil.Orta və yaşlı nəslin nümayəndələrinin hər birinin gözləri önündə baş verirdi olanlar.Artıq hərc-mərclik baş alıb gedir, milli məclisdə deputatlar az qala əlbəyaxa vuruşa çıxırdılar.Millətimiz parçalanmaq qorxusu yaşayırdı xalq olaraq.Bax, belə bir zamananda gəldi böyük şəxsiyyət Heydər Əliyev.Bircə baxışı bəs edirdi qarşısındakını susdurmağa.Əzəmətli görünüşü, vüqarlı duruşu, məntiqli sözləri, böyük siyasəti ilə bu xalqı nəinki  parçalanmağa qoymadı, eyni zamanda  öz cəsarətli addımları ilə dünya liderlərini heyrətə saldı.Bir vaxtlar Azərbaycanı saymayan , ona yarım etməyən dövlətlər bu balaca , lakin  dünya dövlətləri arasında öz yeri olan dövlətimizlə əməkdaşılıqlar etməyə, sərmayələr yatırtmağa başladılar.Günü-gündən artdı dövlətimizin nüfuzu.Millətlər arasında ucalarda dalğalandı bayrağı.Əlbəttə bütün bunlar hamısı Heydər Əliyev siyasətinin bəhrəsi idi.O tək  dövlət başçısı deyildi.O əsl nümunə bir ata  da oldu.Bu gün onun siyasətinin layiqli davamçısı İlham Əliyevin apardığı siyasət ,məhz Heydər Əliyev məktəbindən qaynaqlanır.Bu gün azad Şuşamız üçün , azad olmuş torpaqlarımız üçün də Heydər Əliyev ruhuna minnətdarıq .Onun yetirdiyi övadının komandanlığı ilə  alındı torpaqlarımız .Silindi alınlardan xəcalət tərimiz.Allah sizə rəhmət eyləsin ulu öndər.

EY  FÖVQƏLBƏŞƏR İNSAN!

Sən elə bir zamanda gəldin Azərbaycana,
Qoymadın ki, bu dövlət bölünə parçalana,
Millətim bir xalq kimi yenidən gəldi cana,
Hünərinə mat qaldı bu kainat, bu cahan,
Sən ey ali şəxsiyyət, ey fövqəlbəşər insan!

Adi bəşər deyilsən , sən göylərdən enmisən .
Peyğəmbərlər, imamlar məqamından gəlmisən.
Qüdrətini Şah dağdan, Baba dağdan almısan,
Gücünə min güc  qatıb  Heydər dağı , Savalan,
Sən ey ali şəxsiyyət, ey fövqəlbəşər insan!
 
Vurdun imperiyaya müstəqillik oxunu,
Qopartdın yad əllərin əsarət buxovunu.
Götürdün ürəklərdən müstəmləkə xofunu,
Yox başqa belə dövlət , az müddətdə ucalan,
Sən ey ali şəxsiyyət, ey fövqəlbəşər insan!

Cəsarətin  dünyanın özün heyrətə saldı.
Addığın hər addıma dövlətlər heyran qaldı.
Günü gündən yurdumuz şöhrət tapdı, ucaldı,
Dünyada səs yaratdı Bakı-Tiflisi-Ceyhan,
Sən ey ali şəxsiyyət, ey fövqəlbəşər insan!

Adını könüllərdən əsrlər də çıxartmaz.
Sənin kimi dahini dövran bir də yaratmaz.
Qərinələr ötsə də ellər səni unutmaz,
Nə qədər ki, yaşayır müstəqil Azərbaycan,
Sən ey ali  şəxsiyyət, ey fövqəlbəşər insan!

Minirə  DADAŞQIZI,
Şair-publisist.


Oxunub: 350






SON XƏBƏRLƏR

2025-06-03

01:11 Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib YENİLƏNİB VİDEO

Product image

2025-05-29

12:30 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq

Product image

2024-07-21

02:28 Laçında Azərbaycan Prezidentinin, Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin Zirvə görüşü keçirilib

Product image

2025-05-27

17:23 QƏZƏLLƏR : O.D.ELMAN

Product image

2025-05-26

15:16 Prezident İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub

Product image

15:01 “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsi açılıb

Product image

2025-05-19

00:14 YAZMAĞA VARIMDIR QƏLƏM, VARAĞIM, TUTARLI YAZMAĞA SÖZ AXTARIRAM

Product image

00:08 ÖMRÜN SONU İLƏ ÖMRÜN ƏVVƏLİ, AXIRDA BİRLƏŞİB, BİR YOL GEDİRLƏR

Product image

2025-02-01

03:12 Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib VİDEO

Product image

2025-05-12

11:22 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər

Product image

2025-05-04

23:58 Qəzalı binaların söküntüsü niyə LƏNGİYİR? - Ekspertlər CAVABLANDIRIR

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim