reklam
USD
16 ℃
EUR
BAKI

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota verib

REPORTAJ / 21.04.2023 04:39

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota verib


Azərbaycan səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası verib.

"carciTV" xəbər verir ki, Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin "RUSARMİNFO” erməni xəbər agentliyinin efirində səsləndirdiyi yolverilməz bəyanatları ilə əlaqədar Azərbaycan səfirliyi Rusiya XİN-ə etiraz notası göndərib.

Səfirliyin notasında "Yedinaya Rossiya” Partiyasından olan deputatın Azərbaycan və Türkiyə ilə bağlı fikirlərinin qəbuledilməz olduğu, regionda sabitliyi pozmağa yönəldiyi vurğulanıb, Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalmış münaqişəni yenidən alovlandırmağa təhriki kimi qiymətləndirilib.

İşğaldan azad edilmiş ərazilərdə fəal şəkildə aparılan yenidənqurma işləri fonunda "Azərbaycan tərəfindən münaqişənin qızışdırılması” ilə bağlı bəyanatların cəfəngiyat olduğu qeyd edilib.

Bildirilib ki, 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, ilk olaraq Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə təşəbbüs göstərən, dövlətlərin ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasını nəzərdə tutan sülh gündəliyinin təşviqini davam edən məhz Azərbaycandır.

Azərbaycan tərəfi Rusiyanın hakim partiyasının nümayəndəsinin bu cür bəyanatlarının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylər göstərən Rusiyanın vasitəçiliyinə kölgə saldığını bildirib. Oleq Matveyçev Azərbaycan ilə Rusiya arasında 2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə xəbərsiz ola bilməz və onun bu cür bəyanatları həmin sənədin müddəalarının pozulması deməkdir. Hakim partiyanın nümayəndəsi olan deputat öz bəyanatlarında məsuliyyətli olmalı və Rusiya Federasiyasının rəsmi mövqeyini rəhbər tutmalıdır.

Rusiya parlamentində informasiya siyasətinə cavabdeh deputatın Azərbaycana qarşı hücumlar üçün informasiya platforması olan, Rusiyada etnik zəmində millətlərarası düşmənçiliyi qızışdıran erməni saytına müsahibəsi onun sifarişli və imperativ xarakter daşımasından xəbər verir.


Oxunub: 242






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim