reklam
USD
15 ℃
EUR
BAKI

Ulu öndərimiz

CANLI TV / 24.04.2023 02:23
"carciTV" TƏQDİM EDİR

Səadət Qərib


Ulu öndərimiz 

Qədimdir tarixi Azərbaycanın
Ən böyük şəxsiyyətlər sırasında.
"İstiqlal savaşın "müdrik  qalibi,
Ulu ondərimiz xalq arasından.

Vətənin səsinə dərhal səs verən,
Elin   ağrısını , dərdini çəkən
Dar gündə vətənin  hayına yetən, 
Ulu öndərimiz,  xalqın mərd oğlu.

Azərbaycan mənim həyatım dedi
Uzağı hamıdan  o yaxın gördü,
Parlaq gələcəyi bizlərə verdi,
Ulu öndərimiz,  xalqın mərd oğlu. 

Xarici, daxili siyasətiylə 
Nəbzini tutmuşdu ağır zamanın.
Ədalət carçısı, haqqın yolcusu 
Düşünən beyniydi Azərbaycanın. 

Layiqli varisi ilham Əliyev 
Heydər  yolu ilə inamla getdi.
Zəfərdən -zəfərə imzalar atıb
Ölməz atamızın ruhun şad etdi.

Bir başqa sevgiydi vətənə eşqi, 
Yanında olurdu xalqın, millətin
Danılmaz vətənçün  elədikləri,
Fədakar liderin böyük xidməti.

Onun sayəsində  odlar diyarı,
Addım-addım çatdı  hürriyətinə.
Borcluyuq müstəqil Azərbaycanı,
Ürəklər fəth edən Ulu öndərə.


İNSAN ÖMÜR BOYU YIXILIB QALXAR 

Bir gündə yaşarsan bəzən dörd fəsli, 
Bir anda ömründə   şimşəklər çaxar.
Bitməz ki həyatın fırtınaları,
İnsan neçə dəfə yıxılıb qalxar?

Susasa  ürəyin  zəmzəm  suyuna,
Dumanlı  bir hava çöksə ruhuna,
Hay verməzsə ümid, əğər hayına
İnsan neçə dəfə yıxılıb qalxar?

Fərq etməz ömrünün hansı yaşında,
Səbr bardağın hey ,dolub daşanda,
Çarəsiz olmağa məruz qalanda,
İnsan neçə dəfə yıxılıb qalxar?

Çiynindəki yükün ağır olduqda,
Haqsızlıq içində duyduqlarında,
Məcbur susduğunda, susduqlarında,
İnsan neçə dəfə yıxılıb qalxar?

Dünya boyda dərdi  daşıyır insan,
Yıxılsa da qalxıb yaşayır  insan,
Bəzən də  yenidən  başlayır  insan,
İnsan ömür boyu yıxılıb-qalxar.

Səadət Qərib,
şair.


Oxunub: 227






SON XƏBƏRLƏR

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image

10:40 Daşdəmir Əjdəroğlu-Tağıyev - 60

Product image

10:32 Daşdəmir Əjdəroğlu - 60

Product image

10:27 Daşdəmir Əjdəroğlu – 60 : Zəhmətkeşliyi ilə fələyi də onun kimi saymağa vadar edən jurnalist

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim