QÜRURUMUZ - İFTİXARIMIZ
CANLI TV / 27.04.2023 02:33
QÜRURUMUZ - İFTİXARIMIZ
Vətənin dar günündə güvən yerimiz oldu o. Bu danılmaz həqiqətdir ki, O, Azərbaycanı zirvələrə ucaltdı. Sabitliyin ,sülhün bərqərar olmasında misilsiz xidmətləri oldu. O, Azərbaycanın ən qaranlıq günlərində işıq oldu ,günəş kimi parladı.
İnsan hansı ayda doğulursa o aya oxşayır deyirlər. Onun simasının gözəlliyi və nuru da may ayının çiçəkləri kimi idi. İnsan mənəviyyatı üçün yaşamalıdır deyirdi, O. Mənəvi dəyərləri yüksək qiymətləndirməsi onun daxili mənəvi zənginliyinin təcəssümü idi.
"Xalq gərək öz kökünü xatırlasın” Bu kəlmədə çox şey yatır. İnsanın hansı xalqa mənsub olmasının nə qədər vacibliyini deyir və bunu unutmamaq ,yaşatmaq və davam etdirmək üçün çalışmaq və inkişaf etdirməkdən bəhs edirdi O. "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kəlməsi bu sevgidən qaynaqlanıb. Azərbaycanla fəxr etməyi, onu sevməyi öyrətdi bizə bu misra.
"Ağıl olan yerdə zora ehtiyac yoxdu” şuarı elmə və təhsilə, mədəniyyətə istiqamətləndirdi gəncləri.
"Dövlətçilik hər bir insanın qəlbində olmalıdır” deyərək bütün həyatını bu dövlətin rufahına həsr etdi O.
"Demokratiya insanların şüurunda dəyişiklik deməkdir,bu inqilabla olmur,təkamüllə olur” kəlamı mənim üçün dünyada demokratika haqqında yaılmış kitablar qədərdir. Bunu psixologiyaya da aid edə bilərik. İnsan dəyişmək və sağalmaq üçün ən birinci şüurunda dəyişməlidir .
Əyilib hər körpənin üzündən öpməkdən tutmuş, səngərdə əlində silah tutub əsgərlərlə eyni yerə qoyardı, O, özünü. "İnsan göründüyü kimi olmalıdır” sözünün canlı nümunəsi idi, O, bizə.
Dahi rəhbər, gözəl insan, görkəmli şəxsiyyət 100 illiyini fəxarət, sevgi və qürurla anırıq.
Ruhun şad olsun.
İlhamə Mustafayeva,
Sosial psixoloq və ailə məsləhətçisi.
2026-01-04
03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA
2025-12-26
03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV
2025-12-25
01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür
2025-12-24
01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:42 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:41 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:40 Prezidentin Mətbuat Xidmətinin məlumatı
01:38 Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
XƏBƏR ARXİVİ
TƏBRİK EDİRİK!
Seyid Füğara Ağa
Əlaqə
Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb
Haqqımızda
Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?
İDMAN13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq
23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib
Təqvim
