reklam
USD
9 ℃
EUR
BAKI

Müstəqil dövlətçiliyimizin banisi – Heydər Əliyev

NƏŞR / 27.04.2023 03:13

Müstəqil dövlətçiliyimizin banisi – Heydər Əliyev


Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqının və dövlətinin inkişafı, müstəqilliyi uğrunda əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Vətəni, xalqı qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin həyat yolu, zəngin və çoxşaxəli irsi əsl həyat məktəbi, tükənməz xəzinədir. Ölkəmizdə siyasi sabitliyin qorunması, hüquqi dövlət quruculuğu, müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, vətəndaş cəmiyyətinin formalaşması, milli təhlükəsizliyin təmin olunması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində mümkün olmuşdur. Onun təkcə Vətən və xalq qarşısında deyil, həm də bəşəriyyət qarşısında xidmətləri danılmazdır. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini qiymətləndirməyə qadir, ölkənin mədəni, təbii və iqtisadi resurslarını, potensialını, əhalinin rifah halının yaxşılaşdırılmasına və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı çox xoşbəxtdir ki, tarix ona Heydər Əliyev kimi dahi şəxsiyyət, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa bir zamanda dünyəvi, hüquqi, demokratik inkişaf yoluna çıxarmağa qadir olan dövlət başçısı bəxş etmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərlik etdiyi dövrdə əsl dövlət xadimi kimi xalqının gələcək xoşbəxtliyi üçün möhkəm təməl qoymuşdur. Keçmiş ittifaq dövlətinin rəhbərliyində yüksək vəzifə tutduğu zaman xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər, Azərbaycanın sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıq göstərmiş, buradakı quruculuq işlərinin davam etməsinə hərtərəfli dəstək vermişdir. Əlbəttə, Kremlin imperiya təfəkkürlü sahibləri öz parlaq zəkası ilə onları kölgədə qoyan müdrik bir azərbaycanlının paxıllığını çəkməyə bilməzdilər. Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaqla xalqımıza ağır maddi-mənəvi zərbə vurdular. Sonralar üzləşdiyimiz dəhşətli bəlalar, xüsusən, təcavüzkar ermənilərin və onların himayədarlarının Azərbaycana qarşı fitnəkar niyyətləri, soydaşlarımızı öz ata-baba torpaqlarından didərgin salmaq, Qarabağı Ermənistana birləşdirmək cəhdləri də məhz Heydər Əliyevin, sözün həqiqi mənasında, siyasi-mənəvi repressiyalara məruz qaldığı dövrdə gerçəkləşdi. Lakin həyatının daim təhlükədə olduğu vaxtlarda da ümummilli liderimiz doğma xalqının harayına səs verdi. 1990-cı ildə Qorbaçov hakimiyyətinin Bakıda törətdiyi qanlı qırğına sərt etirazını bildirdi, bu cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi, daha sonra Dağlıq Qarabağ məsələsində keçmiş SSRİ rəhbərliyinin ikiüzlülüyünü ifşa edərək, Kommunist Partiyası sıralarından çıxdı. Buna baxmayaraq Ulu Öndərin ecazkar gücü və qüdrətli təşkilatçılığı ilə müstəqillik ideyaları zamanın sovet məkanında da parlaq və şəfəqlənən ideala çevrilmiş, sanki gələcək azadlıq mübarizəsinin istiqamətini müəyyənləşdirmişdir. O yaxşı bilirdi ki, milli varlığını qorumağı bacaran, ictimai şüur baxımından mütəşəkkil olan bir xalq gec-tez öz müstəqil dövlətini quracaqdır.
Müstəqilliyimizin ilk illərində ümummilli liderimizin siyasi hakimiyyətdən kənarda qalması Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoydu ki, bunun da başlıca səbəbi səriştəsiz, şəxsi maraqlarını hər şeydən üstün tutan şəxslərin ən ali vəzifələrdə təmsil olunmaları idi. Lakin müdrik Azərbaycan xalqı baş verən hadisələrə biganə yanaşmayaraq öz liderinə qovuşmaq üçün bütün imkanları səfərbərliyə aldı.
Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı. Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısı alındı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı və həmin gün Azərbaycanın tarixinə "Milli Qurtuluş Günü” kimi yazıldı. Yaxın keçmişimizdə baş verən hadisələrə qiymət verməyi bacaran hər bir insan dərk edir ki, Heydər Əliyev qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli liderin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində ölkəmiz müstəqilliyini itirmək, parçalanmaq, vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Ölkə quruculuq və rifaha doğru addımlayırdı. Artıq xarici investisiyaların Azərbaycana təhlükəsiz axını üçün ümid körpüsü yaranmışdı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı dünyanın diqqətini Azərbaycana yönəldə bildi və qısa zamanda ölkəmiz beynəlxalq arenada iqtisadi sistemə daxil oldu. Ölkənin taleyi ilə bağlı qəbul edilən ən mühüm qərarlardan biri Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsinə dair 1994-cü ildə imzalanan əsrin müqaviləsi olmuşdur. Bu layihədə Azərbaycanın iqtisadi potensialının səmərəli inkişafına, həm də beynəlxalq əlaqələrin, mütəffiqlərinin sayının artırılmasına nail olundu. Bakı-Tibilisi-Ceyhan neft kəmərinin açılması və bununla əlaqədar ölkənin ixracyönümlülüyünün artması iqtisadiyyatı gücləndirən vacib amillərdən oldu. Xəzər dənizinin neft və qaz resurslarından istifadə olunması dayanıqlı inkişafın bütün göstəricilərinə təsir göstərdi. Neft-qaz sektorunda həyata keçirilən çoxmilyardlı layihələr bu sahəyə bağlı olan və olmayan digər sahələrin də inkişafına təkan verdi. "Əsrin müqaviləsi” adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu ali sənəd Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasında yeni mərhələ açdı. 1998-ci ildə şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmü ləğv olundu. Heydər Əliyev üçün müstəqil Azərbaycan fəlsəfəsinin təməlində azadlıq, demokratiya, iqtisadi tərəqqi, sosial ədalət və rifah dururdu. Hakimiyyətin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması ümummilli liderin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir. Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə dahi şəxsiyyətin adı ilə bağlıdır. 1998-ci il oktyabrın 11-də Ulu Öndər yenidən yekdilliklə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, ümummilli liderə olan sonsuz etimadı, məhəbbəti, inamı bir daha sübut edirdi. Ulu Öndər həmin dövrdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən bir həyat, müstəqilliyi daha da möhkəmləndirilmiş Azərbaycanı bəxş etdi.
Hər ötən il Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, parlaqlığını bir daha üzə çıxarır. Zaman Heydər Əliyevin siyasi baxışlarına yeni məna qazandırır, onun xalqımızın bu gününə və sabahına çox möhkəm bağlarla bağlı olduğunu daha yaxından göstərir. Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və Azərbaycanın siyasi arenada nüfuzu Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun mükəmməl bir qaynaqdan - Heydər Əliyev zəkasından yoğrulduğunu bir daha sübut edir.
Bu gün Heydər Əliyevin milli dövlətçilik irsini əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin uğurları sayəsində ölkəmiz tarixinin ən qüdrətli mərhələsini yaşayır. Ulu Öndər Heydər Əliyevin demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti müəyyənləşdirilmiş möhkəm ənənələr üzərində özü də yeni bir dövlətçilik məktəbinin banisinə çevrilmişdir. Cənab İlham Əliyev respublikamızı uğurlu inkişaf yoluna çıxarmaqla, Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerjikommunikasiya layihələrinin başlıca təminatçısına çevirmişdir. Xalqa layiqli xidmət andını əməli işi ilə doğrultmuş dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf prioritetlərini dəqiq müəyyənləşdirmiş, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönəlmiş, demokratiya kursunu inamla davam etdirmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Bu əsər bu gün İlham Əliyev tərəfindən yüksəliş, qürurlu inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi.
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi sosial-iqtisadi, hərbi-siyasi və milli-mənəvi uğurlar istər ölkə daxilində və istərsə də beynəlxalq müstəvidə yüksək qiymətləndirilmişdir. Dövlət başçısının həyata keçirdiyi qətiyyətli və ardıcıl siyasət nəticəsində ölkənin iqtisadi və sosial infrastrukturunda yeni-yeni texnoloji nailiyyətlər qazanılmış, hətta müxtəlif təyinatlı müasir texnikalar istehsal edən qüvvətli ölkəyə çevrilmiş, beynəlxalq aləmdə söz sahibi olan lider dövlət olmuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu, milli birlik strategiyası və döyüşçülərimizin təmin edilmiş ruh yüksəkliyi nəticəsində Azərbaycan ordusu regionda ölkəmizin maraqlarına cavab verən yeni siyasi reallıq yaratmışdır. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində erməni tapdağı altında olan şəhər, qəsəbə və kəndlər işğaldan azad edilmişdir. Vətən müharibəsi günlərində dini, etnik, regional, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan xalqı Vətən naminə, Qələbə naminə Müzəffər Ali Baş Komandanın ətrafında yumruq kimi birləşmişdi. Azərbaycan tarixinin 44 günlük şanlı Zəfər salnaməsinin yaradıcısı və müzəffər qəhrəmanı olan ölkə Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin siyasi-ideoloji, dövlətçilik mənafeyini uğurla davam etdirməsi bir daha bütün dünyaya göstərir ki, Heydər Əliyevin uzaqgörən siyasəti yaşayır, yaşadır və ölkəmizi parlaq, aydın gələcəyə inamla aparır.

Rahib KƏRİMLİ,
"Ad günü" jurnalının Baş redaktoru, "carciTV" xəbər portalının rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı.


Oxunub: 354






SON XƏBƏRLƏR

2024-12-20

00:31 Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçib

Product image

00:26 Metropolitenin yeni sədri kimdir? - DOSYE

Product image

23:21 Prezident İlham Əliyev "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib

Product image

23:05 Milli Məclisin iclasında 11 məsələ müzakirə edilib

Product image

23:02 Prezident İlham Əliyev Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi ilə bağlı paylaşım edib

Product image

22:42 Sarmaşıq (hekayə)

Product image

21:42 Sınıq qabın hekayəsi

Product image

2024-12-16

01:52 Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

Product image

01:47 Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Product image

01:39 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Product image

01:32 Sabahdan Azərbaycanda Media Savadlılığı Həftəsi başlayır

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Əlaqə

Haqqımızda

İDMAN

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image

01:14 “Paris-2024”: Azərbaycan basketbol millisi ABŞ-ı məğlub edib

Product image

01:23 Birinci vitse-prezident Mehriban Əliyeva Hidayət Heydərovun Olimpiya çempionu olması ilə bağlı paylaşım edib

Product image
Təqvim