reklam
USD
10 ℃
EUR
BAKI

Tbilisidə professor Hafiz Paşayevin gürcü dilinə tərcümə edilmiş “Bir səfirin manifesti” kitabının təqdimatı olub

REPORTAJ / 20.05.2023 02:19

Mayın 19-da Gürcüstan Milli Elmlər Akademiyasında (GMEA) Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin gürcü dilinə tərcümə edilmiş "Bir səfirin manifesti” kitabının təqdimatı olub.


"carciTV" xəbər verir ki, mərasimdə Azərbaycanın Elm və Təhsil Nazirliyinin, Gürcüstandakı səfirliyinin, ADA Universitetinin əməkdaşları, GMEA-nın, Gürcüstanın Təhsil və elm, Xarici İşlər nazirliklərinin rəhbərliyi, ictimai-siyasi xadimlər, elm adamları iştirak ediblər.

GMEA-nın prezidenti, akademik Qiorqi Kvesitadze kitab haqqında danışıb, səfir Hafiz Paşayevin Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra xaricdə ölkəmizin təmsil olunması, düzgün tanıdılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. O deyib ki, bu kitab oxucuların Azərbaycan diplomatiyası haqqında məlumatlandırılması baxımından çox önəmlidir.

Akademikin sözlərinə görə, bu cür təşəbbüslər, həmçinin ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin inkişafına xidmət edir.

Professor Hafiz Paşayev çıxış edərək "Bir səfirin manifesti”nin ərsəyə gəlməsinin tarixçəsindən söhbət açıb, nəşrdə real faktlarla yanaşı, öz daxili hisslərini və düşüncələrini qələmə aldığını bildirib. Müstəqilliyinin bərpasından sonra Azərbaycanın ABŞ-da ilk səfiri olduğunu xatırladan Hafiz Paşayev diqqətə çatdırıb ki, kitabda bu iki ölkə arasında münasibətlərin yaranması və inkişafına dair mülahizələr toplanılıb. O vurğulayıb ki, yaxşı diplomat, ilk növbədə ölkəsinin güclü təbliğatçısı olmalıdır. Səfirlər öz memuarlarını qələmə almaqla gələcək diplomatlar üçün dəyərli vəsait hazırlamış olurlar.

GMEA-nın vitse-prezidenti Roin Metreveli çıxış edərək, Azərbaycan-Gürcüstan münasibətlərindən danışıb. Müstəqilliyimizin bərpasından sonra məhz Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrik siyasəti nəticəsində ölkələrimiz arasında münasibətlərin yeni müstəvidə inkişaf etdiyini vurğulayıb. Bildirib ki, bu cür tədbirlər ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlərində inkişafına xidmət edir.

Gürcüstan təhsil və elm nazirinin müavini Nodar Papukaşvili bu kitabın əslində gürcü diplomatların ABŞ haqqında məlumat alması üçün əhəmiyyətli olduğunu bildirib.

Tədbirdə, digər çıxış edənlər də "Bir səfirin manifesti” kitabının əhəmiyyətindən danışıblar. Bildirilib ki, nəşrdə diplomatların yararlana biləcəyi çox dəyərli məlumatlar var. Kitab diplomatiya sahəsində uğurlu karyera qurmaq istəyən gənc nəsil üçün önəmli vəsaitdir.


Oxunub: 279






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim