reklam
USD
10 ℃
EUR
BAKI

AŞIQ PƏRİ QIZLARIMIZ ŞUŞADA

CANLI TV / 24.05.2023 02:17

AŞIQ PƏRİ QIZLARIMIZ ŞUŞADA


Yəqin ki , hər biriniz çox gözəl xatırlayırsınız yaxın keçmişi.
   Doğma Şuşamızın  ermənilər tərəfindən paytaxt   elan olunması təşəbbüsünü.Paşinyanın öz yaxın tərəfdaşları ilə doğma Cıdır düzümüzdə ,,Yallı" getməsini.Həmin gün mən də bütün Azərbaycan övladları kimi böyük sarsıntı keçirtmişdim. Özümə yer tapa bilmirdim.On dəqiqənin içində ,,Vətən harayı" adlı səkkiz bənd şeir yazmışdım.Çığırmaq , hay salmaq istəyidim...Əlimdən başqa heç nə gəlmirdi.
   Bəli,sanki Allah səsimizi eşitdi.İgid vətən oğullarımız Ali Baş Komandanımızın əmri ilə ilə otuz ildən çox bir müddətdə üzərimizdəki bu ağır xəcalət yükünü götürdülər .Özü də necə .Düşmənin hərbi bazasını , strukturunu bütünlüklə məhv edərək.Düşmən ağır itgilər versə də bizlər də az zərbə almadıq.Minlərlə igidlərimiz şəhid oldu.Neçə -neçə əsgərlərimiz yaralandı.Əlbəttə , müharibə heç kəsə xeyir gətirmir.Amma bizim savaşımız haqq savaşı idi.İllərlə düşmən tapdağı altında inləyən vətən torpağlarımız bizi gözləyirdi.Cabbarın, Üzeyirin, Xanın , Natavanın ruhu narahat idi , haray gözləyirdi.Bülbülün, Seyidin yanıqlı səsi  var idi bu illər ərzində.Bəli, Qələbəni çaldıq.İgidlərimizin qanları , canları bahasına alındı torpaqlarımız.
Üzvü olduğum,,Aşıq Pəri məclisi" nin çox dəyərli üzvləri , başda gözəl şairəmiz ,məclisin rəhbəri Pərvanə  Zəngəzurlunun təşəbbüsü ilə  dünən Qarabağa, Şuşaya səfər etdilər.
Həmişə Pərvanə xanımla söhbət edəndə deyirdi ki, ən böyük arzum Şuşada, Cıdır düzündə ,,Yallı "rəqsini getmək, bir də gözəl bir çəkiliş etməkdir. Şükür ki, əziz bacım, bu arzunuza çatdınız.
Bu gün sevimli şairəmiz Südabə İrəvanlıdan Şuşa təəsüratlarını soruşanda həm kövrəldi ,həm də qürur hissi ilə qeyd etdi ki,Minirə, doğma yerləri görmək arzusu çox olsa da , ziyarət zamanı torpaq üstə ayaq basanda  şəhidlərimizin ruhu xatırlanır.Hər daşı ,qayası igidlərimizin keçdiyi döyüş yolundan söhbət açır.İnsan duyğuları haldan- hala, şəkildən- şəkilə düşür .Bu hisslərdə sevgi, qürur ,qəm,  həstət ,düşmənə nifrət ,hər biri bir- birinə qarışır.
   Südabə xanım danışdıqca , mən də özümü o doğma yerlərdə hiss etdim.Müəyyən səbəblərdən qızlarımıza qoşula bilməsəm də , bütün varlığımla onların yaşadığı duyğuları duya bildim.Bəli , Şuşamıza qovuşmuşuq.Bir vaxt xain düşmənlərimizin rəqs etdiyi o müqəddəs torpaqda ,dünən Aşıq Pəri məclisimiz ,,Yallı " getdi.
Qızlarımıza uğurlar və can sağlığı diləyir, yazımı Pərvanə xanımın elə yenicə yazdığı iki bənd şeiri ilə başa vururam
Müşkülümü asan edən Allahım!
Yetdin mənim imdadıma çox şükür.
İllər idi Şuşa deyib qovruldum,
Son qoyuldu fəryadıma ,çox şükür .
O gözəllik yoxdur ki yer üzündə ,
Yeri vardı söhbətin də sazın da.
Yallı getdik biz də Cıdır düzündə ,
Axır çatdım muradıma,çox şükür .

Minirə DADAŞQIZI,
Şair-publisist
,,Aşıq Pəri məclisi"nin mətbuat katibi.


Oxunub: 520






SON XƏBƏRLƏR

2026-03-06

16:03 Azərbaycan Prezidenti cənab İlham Əliyevin İranın Azərbaycana qarşı dron hücumu ilə bağlı çıxışından təsirlənərək MÜRACİƏT

Product image

03:52 Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib

Product image

03:17 POEZİYA DƏQİQƏLƏRİ Elnarə BABAYEVA

Product image

03:05 Sürücülər

Product image

2026-01-04

03:30 QIŞ NAĞILI Məryəm ƏLİYEVA

Product image

2025-12-26

03:27 Şəhla MİRZƏBƏYOVA QƏTİYYƏTİN TƏNTƏNƏSİ - PREZİDENT İLHAM ƏLİYEV

Product image

2025-12-25

01:58 AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğramasından bir il ötür

Product image

2025-12-24

01:52 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:48 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:46 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image

01:44 Prezidentin Mətbuat Xidmətinin məlumatı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Haqqımızda

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim