reklam
USD
6 ℃
EUR
BAKI

Prezident İlham Əliyev Xalq artisti Oqtay Mirqasımova “İstiqlal” ordenini təqdim edib

XƏBƏR / 13.06.2023 03:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də görkəmli kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımova "İstiqlal” ordenini təqdim edib.


"carciTV" xəbər verir ki, Xalq artistini təbrik edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Oqtay müəllim, bu gün sizin yubileyinizdir. Bu yubiley münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Siz uzun illərdir kino sənətinin inkişafında çox fəal işləyirsiniz. Son illər ərzində Azərbaycanda gördüyünüz işlər hamımızı çox sevindirir. Siz həm görkəmli rejissor kimi, həm pedaqoq kimi böyük şöhrət qazanmısınız. Azərbaycan kinosunun inkişafında sizin çox böyük rolunuz vardır.

Oqtay Mirqasımov: Minnətdaram.

Prezident İlham Əliyev: Eyni zamanda, ictimai həyatda da fəalsınız, həmişə öz vətəndaşlıq mövqeyinizi bəyan etmisiniz. Cəmiyyəti narahat edən məsələlərlə bağlı sizin dəyərli fikirləriniz çox böyük önəm daşıyır.

Sizin fəaliyyətiniz Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. Siz 2003-cü ildə "Şöhrət”, 2018-ci ildə "Şərəf” ordeni ilə təltif olunmusunuz. Bu gün - yubileyiniz olan gündə siz Azərbaycan dövlətinin yüksək ordeni olan "İstiqlal” ordeni ilə təltif edilirsiniz. Mən sizi ürəkdən təbrik etmək və bu ordeni sizə təqdim etmək istəyirəm.

x x x

Dövlətimizin başçısı "İstiqlal” ordenini Oqtay Mirqasımova təqdim etdi.

Prezident İlham Əliyev: Təbrik edirəm.

Oqtay Mirqasımov: Siz həm gözəl sərkərdə, gözəl siyasətçi, sözündən dönməyən kişisiniz. Bu keyfiyyətlər bizim üçün önəmlidir. Biz uşaqlıqdan belə böyümüşük - həmişə əsgər, qəhrəman bizim üçün kumir olub. Allah razı olsun. Siz böyük Heydər Əliyevin – atanızın oğlusunuz. Bu, çox böyük bir işdir və adama nə qədər ruh verir. Bunu hər kəs bilir.

Prezident İlham Əliyev: Çox sağ olun, təşəkkür edirəm. Xoş sözlərə görə minnətdaram.


Oxunub: 262






SON XƏBƏRLƏR

2025-11-03

01:53 Təranə Yusifqızının iki kitabının təqdimatı Azərbaycan Yazıçılar Birliyində

Product image

01:14 TƏMƏNNA

Product image

00:44 MÜTALİƏNİN ŞƏXSİYYƏTİN FORMALAŞMASINDA ROLU

Product image

2025-10-14

21:21 Deputat: Bu gün dünya Azərbaycanı regionları, maraqları və mədəniyyətləri birləşdirməyə qadir ölkə kimi qəbul edir

Product image

21:16 Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Lahora səfər ediblər

Product image

21:11 Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının 21-ci iclası keçirilib

Product image

21:05 "Birlik – 2025” birgə təliminin açılış mərasimi keçirilib

Product image

20:59 Azərbaycan Prezidenti İlham Əliyev Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammitində iştirak edib

Product image

20:27 Natiq Cəfərli Əli Kərimlini belə ifşa etdi - FOTOLAR

Product image

2025-08-02

00:30 Direktor: “Abşeron” mədə-bağırsaq sanatoriyasında uroloji xidmətlər də göstəriləcək

Product image

2025-06-21

11:07 Əsl dosta fəlsəfi düşüncələrimlə dost payı

Product image
XƏBƏR ARXİVİ
ÇOX OXUNANLAR

TƏBRİK EDİRİK!

Seyid Füğara Ağa

Əlaqə

Keçmiş hakim dələduzluqda ittiham olunur - Adı qətl sifarişçisi kimi hallanıb

Heydər Əliyevin çətinliklə Polşadan gətirtdiyi "Göyərçin"lər hara yoxa çıxıb?

Haqqımızda

İDMAN

13:25 Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

Product image

18:58 UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

Product image

23:07 Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib

Product image
Təqvim